165
Necə ki, Ünsüri
314
deyir:
Əbədiyyət istəyirsən, taxtını
qur fələkdən
KəhkəĢanlar kəmərini hikmətlə al mələkdən
Söz deyəndə elə de ki, qüvvət versin idraka,
Zəhmət çək ki, nağılların Ģirin olsun diləkdən!
Əlli birinci fəsil
VĠLAYƏTĠN HESABINl SAXLAMAQ, ONU
TƏRTĠBƏ SALMAQ QAYDALARI HAQQINDA
Vilayətin varının hesabatını aparmaq, onun gəlirini, çıxarını
aydınlaĢdırmaq lazımdır. Bunun qaydası orasındadır ki, xərclərin nədən ibarət
olduğu meydana çıxar, lazım olmayanlar ixtisara salınar, qanunsuz olanların
üstündən qələm çəkilər. Gəlir haqqında məlumat verənin sözündə mübaliğə,
ya nöqsan olmasına
baxmayaraq, ona diqqətlə qulaq asmaq lazımdır.
Dedikləri doğrudursa, o mal ondan tələb edilməli, kəsir varsa, səbəbi
aydınlaĢdırılmalı, malın az olmasına imkan verilməməlidir. Dünya malı
məsələsində və iĢlərin nizama salınmasında Ģahın vəzifəsi ondan ibarətdir ki,
insaflı olsun, Ģahların qədim
adət-ənənələrinə riayət eləsin, pis qayda-qanun
yaratmasın, nahaq qan tökülməsinə yol verməsin. ġahın müqəddəs vəzifələrindən
biri amilləri yoxlamaq, iĢlərinə göz qoymaq, gəlirini, çıxarını nəzarət altında
saxlamaq, var-dövləti qorumaq,
ehtiyat toplamaq, düĢməni dəf etmək üçün
həmiĢə hazır olmaqdan ibarətdir.
ġah elə dolanmalıdır ki, onu xəsis adlandırmasınlar, elə də bədxərc
olmamalıdır ki, onu israfçı və ya pulunun qədrini bilməyən hesab etsinlər. Hədiyyə
verərkən əndazəsini bilməlidir, bir dinara layiq olana yüz dinar, yüz dinar
veriləsiyə min dinar verməməlidir. Belə Ģeylərin böyüklüyə zərəri vardır.
Birdən
deyərlər ki, "adamların qədir-qiymətini bilmir, fəzilət, istedad və elm sahiblərinin
mövqeyini təyin etməyi bacarmır.,,
Səbəb olmadan inciyər, iĢdə kahıllıq
göstərməyə baĢlarlar.
Bir də düĢmənlə elə dava etməlidir ki, barıĢığa yer qalsın. Dost və
düĢmənlə elə əlaqə saxlanmalıdır ki, onu qırmaq mümkün olsun, lakin elə
qırılmalıdır ki, bağlaya bilsin. ġərabı məstliyə qədər içməməlidir. HəmiĢə
qaĢqabaqlı və ya həmiĢə üzügülər olmamalıdır.
Bir müddət ova gedib, dünyanın
kef və ləzzəti ilə
məĢğul oluğu kimi, bəzən də Ģükr, sədəqə, gecə namazı, oruc, Quran
oxumaq, xeyrat verməklə məĢğul olmalıdır ki, həm dindən. həm də dünyadan
istifadə etsin. Gərək adam bütün iĢlərdə mülayim olsun, orta bir mövqe tutsun.
Peyğəmbər ə.s. buyurmuĢdur: "xeyrət umu ovsətiha" yəni iĢlərin ən yaxĢısı orta
166
vəziyyətdir, hamı onu bəyənər.
Hər iĢdə allah-taalanı yada salmaq lazımdır, onda adama zaval gəlməz,
əmr vermək, qadağan
etmək imkan daxilində olar, elə iĢlər görülər ki, yadigar
qalsın. Dünyada çəkilən zəhmətlərin hamısı yaxĢı ad üçündür. Din iĢlərində fəal
olmalıdır ki, böyük allah onu dünya və axirət malından qəni etsin, hər iki dünyada
bütün arzularına çatdırsın.
Budur, "Siyasətnamə
315
kitabı yazılıb qurtardı.
Dünyanın Ģahı mən bəndəsinə buyurmuĢdu ki, bu mənada bir məcmuə
yazım. Hökm yerinə yetirildi. Bir dəfəyə bədahətən, otuz doqquz fəsil yazılıb ali
məclisə göndərildi və bəyənildi. Çox qısa olduğundan sonralar iki [fəsilj və bəzi
Ģeylər artırıldı, hər fəslə layiq olan
incə məsəblər ona əlavə edildi, sadə bir dil
Ģərhinə səy göstərildi. Dörd yüz səksən beĢinci ildə Bağdad tərəfə yola düĢmək
istərkən bunu Ģah kitablarının xəttatı Məhəmməd Məğribiyə verdim və əmr etdim
ki, aydın xətlə üzünü köçürsün.
Əgər mən bu səfərdən salamat qayıtsam, bu dəftəri dünya hökmdarının
yanına aparsın, ali məclisin məsləhəti artsın, ayıq olsun və həmiĢə bu kitabı
oxusun. Bu kitab onu yormaz, çünki bu kitabda həm nəsihət, hikmət, təmsil, həm
də Quran təfsiri, peyğəmbər ə.s. hədisi, peyğəmbərlər əhvalatı, adil Ģahlar hekayəti,
keçmiĢ zamanlar, gələcək hadisələr, rəvayətlər vardır. Bu qədər uzunluğuna
baxmayaraq, çox müxtəsərdir, adil Ģaha layiq bir əsərdir.
Allah bilən məsləhətdir.