168
17.
Münhilər - gizli xəbər toplayanlar, xəfiyyələr, casuslar.
18.
Nədim- padĢahın sirdaĢı,
onun həmsöhbəti, ən yaxın məĢvərətçisi,
eyĢ-iĢrət dostu, həmpiyaləsi.
19.
Müfridlər - burada sarayda saxlanılan xüsusi seçilmiĢ mühalizə
dəstələri, xüsusi Ģah qvardiyası nəfərləri.
20.
Əmir-hərəs - Mirqəzəb, cəza verən dəstənin rəisi, baĢ cəllad,
həbsxana rəisi, nəzmiyyə rəisi.
21.
Çubdarlar - çubuqsaxlayanlar, çubuqvuranlar, cəza dəstələri.
Əmir-
hərəsin adamları.
22.
Xüruc - xaricə çıxmaq, baĢ qaldırmaq, üsyan etmək mənasında iĢlədilmiĢdir.
Ümumiyyətlə, qədim ġərq abidələrində müxtəlif hərəkatlar haqqında mənfi
mənada "xüruc", müsbət mənada "zühur" istilahı iĢlədilir. (məsələn: Xərdəcəlin
xürucu. Axərəzzamanm zühuru və s.)
23.
Məzhəb - əsərdə dini əqidə, məslək, təriqət, siyasi məqsəd mənasında
iĢlədilir. Ümumiyyətlə mənfilik çaları vardır.
24.
Ləhsa - coğrafi yer adıdır. Xəlic-Farsın (Ġran körfəzi) cənub-qərbində, indi
Xofuf adlanır.
25.
Məğrib - burada coğrafi yer adı. Ümumiyyətlə Ģimal-qərbi Afrika mənasında
iĢlədilir.
26.
Kərmətilər, qərmətilər, muqərmətuyələr- ismaililər
təriqətinin bir qolu
hesab edilir. Bir çox tarixi məxəzlərdə qərmətilərlə mübarəkilərin, eləcə də
Qərmətlə Mübarəkin eyni olduğu qeyd edilir. "Siyasətnamə"nin haman fəslində bu
məsələ nisbətən aydın Ģəkildə izah edilir.
27.
O hadisə - Nizamülmülkün Bağdada gedərkən 1092-ci ildə öldürülməsinə
iĢarə edilir. Nizamülmülk 485-ci il ramazan ayının 20-də öldürülmüĢdür. 10
oktyabr 1092-ci ilə uyğundur.
28.
Qiyas əd-dünya və əd-din- Məhəmməd b. Məlik Ģahın ləqəbidir. Bəzi
ĢərqĢünasların fikrinə görə, "Siyasətnamə" məhz onun dövründə üzü köçürülərək
Ģah xəzinəsinə verilmiĢdir. "Siyasətnamə" kitabının sonunda onun mədhinə
deyilmiĢ qəsidə də bunu göstərir.
29.
Ribat- karvansara, mehmanxana.
30.
Eynəlkəmal - hərfən kamil, nəzər kəmalə yetmiĢ baxıĢ mənasında olan bu söz
"Siyasətnamə"də bədnəzər, Ģumgöz mənasında iĢlədilərək mənfilik bildirir.
31.
Samani - Samanilər sülaləsi nəzərdə tutulur. 875-999-cu illər arasında
hakimiyyət baĢında olmuĢlar.
32.
Ġsmail ibn Əhməd- Samani sülaləsinin ən görkəmli hökmdarlarından biri
hesab edilir. Onun dövründə samanilər tam müstəqil dövlət halına düĢərək mərkəzi
Buxara olan qüdrətli bir hakimiyyət yaratmağa müvəffəq olurlar. Buxarada Ġsmail
Samaniyə öz orijinallığı, ornamentin zərifliyi ilə diqqəti
cəlb edən bir məqbərə
tikdirmiĢdir. Ġsmail ibn Əhməd 888-907-ci illlər arasında hökmranlıq etmiĢdir.
33.
Mavərənnəhr- hərfən nəhrin arxası, suyun arxası. Dənizin arxası deməkdir.
169
Orta əsrlərdə qərbdən Xarəzm dənizi (Aral dənizi), cənubdan Ceyhun (Amu-
Dərya), Ģimaldan Seyhun (Sır-Dərya), Ģərqdən Fərqanə ilə əhatə olunan sahəyə
deyilərdi. Çayın arxasındakı ölkə mənasında da iĢlədilmiĢdir.
34.
Yəqub Leys - tam adı və ləqəbi Yəqub ibn Leys əs-Səffardır. Səffarilər
sülaləsinin banisi hesab edilir. 862-ci ildə hakimiyyəti ələ keçirmiĢ, 878/79-cu
illərdə ölmüĢdür.
35.
Sistan - orta əsrlərdə Ġranın Ģərqində vilayət adı. Sistan Ģimaldan
Xorasan, Ģərqdən Əfqanıstan, cənubdan Mokran, qərbdən Kermanla həmsərhəd idi.
36.
Ġsmaili təriqəti - XI əsrdə meydana çıxmıĢ Ģiə təriqətlərindən
birinin adıdır. Həmin əsrin sonunda ismaililər
dini təriqətdən çox
silahlı bir təĢkilata çevrilmiĢ və Səlcuq dövlət baĢçılarına qarĢı sui-
qəsdlər etmiĢdilər. Ehtimala görə, Nizamülmülkü də onlar
öldürmüĢlər.
37.
Əbbasilər, Abbasilər - ərəb xəlifələri sülaləsidir. 750-ci ildən 1258-ci ilə
qədər hakimiyyət baĢında olmuĢlar, özlərinin mənĢəyini Məhəmmədin əmisi
Əbbas ilə bağlayırlar. Cəmisi 37 xəlifə olmuĢdur. Bağdad Ģəhəri bu sülalədən olan
ikinci xəlifə Mənsurun (754-775) dövründə yaradılmıĢ
və xilafətin mərkəzinə
çevrilmiĢdir.
Dostları ilə paylaş: