162
daha rəhmsizi yoxdur. Onlar həmiĢə bir-birlərinə kömək edərlər. Onların
məzhəbindən tənbeh üçün danıĢıldı.
Bütün aləm dünya hökmdarınındır (allah onun dövlətini əbədi etsin),
bütün qullar onun quludur.
Onlar camaatı mal ilə Ģirnikdirir, müstəhəqlərdən geri alır, elə geri alır, elə
göstərirlər ki, guya beləliklə, bolluq əmələ gələcəkdir.
Ətəyi kəsib qola calamaqla heç vaxt köynək olmaz. Bəndənizin sözü-onlar
əziz adamları, böyükləri bu quyuya salmağa baĢlayanda, onların
təbillərinin səsi
qulaqlara çatanda sirrləri aĢkara çıxanda yada düĢəcəkdir. Yalnız bu
qarmaqarıĢıqlıqda bilinəcəkdir ki, bu bəndənizin dediklərinin hamısı düzdür,
xeyirxahlıq üzündən nəsihət etmiĢdir. Böyük allah bu məğlubedilməz dövləti
rüzigarın bədnəzərlərindən
mühafizə etsin, onun düĢmənlərini heç vaxt öz
arzularına çatdırmasın. Qiyamətə qədər bu dərgah bargahı və divanı din adamlarına
qismət eləsin, dövləti tərəfdarsız qoymasın. Məhəmməd və onun pak ailəsi xatirinə
hər gün qələbə, zəfər, izzət və bayram gətirsin.
Qazancı biziyan mon az görmüĢəm,
Kimi həlim insan, mən az görmüĢəm.
Bərk gündə düĢmənə dönməyən dostu,
Axtarıb çox zaman mən az görmüĢəm.
Dostları ilə paylaş: