163
Bu zaman ġəms əl-kufət Əhməd Həsən Meyməndi vəzir imiĢ. AltuntaĢın
məktubunu oxucaq, dərhal cavabında yazır: "Bismillahirrəhman
ər-rəhim, əmir
AltuntaĢ bilməlidir ki, o heç vaxt Mahmud olmayacaqdır.
310
Sən
məsul olduğun
malı heç vaxt qoymayacaqlar ki, səndə qalsın. Vergini toplayıb, sultanın xəzinəsinə
gətir, qəbz al. Ondan sonra donluğunu istə, qoy Sistana yazsınlar. Aparıb vergini
orda baratla təhvil verəndə sənin donluğunu da alıb, Xarəzmə gətirsinlər; bəndə ilə
ağa, Mahmudla AltuntaĢ atasındakı fərq meydana çıxsın".
ĠĢi
nizama salmaq, ordunu qaydada saxlamaq Ģaha xasdır. XarəzmĢahın
gözü, sözü səhvsiz olmalıdır. O bu xahiĢi ilə ya sultana xor gözlə baxmıĢ, ya
Əhməd Həsəni xam və avam yerinə qoymuĢdur. Biz ağıllı və kamallı hesab
etdiyimiz XarəzmĢahın belə bir Ģey yazdığına inana bilmirik. Ġndi ki yazıbdır, üzr
istəməlidir, çünki hakimiyyətdə öz ağasına Ģərik çıxmağın
bəndəyə çox böyük
xətəri vardır."
Bu məktubu bir hərbçiyə verib, onu qulamla Xarəzmə göndərdi. AltmıĢ
min dinarı gətririb
xəzinəyə təhvil verdilər, onun əvəzinə həvalə alıb, Bost
311
və
Sistana apardılar, onun da əvəzinə nar qabığı, mazu (rəng fındığı) pambıq və bu
kimi Ģeylər verdilər.
Ölkəni belə dolandırmaq lazımdır. Qaydaya belə riayət etmək lazımdır ki,
ölkənin mənafeyini bir-birinə bağlayan əlaqələr qırılmasın, xalqın məiĢəti,
xəzinənin vəziyyəti öz qaydasında olsun, dövlət və rəiyyət malına tamahın kökü
kəsilsin.
Gününü qəflət, lağ-lağı və iĢrətdə keçirən Ģahın iĢi get-gedə xarablaĢar,
sonra tarixdə onun adma pis-pis rəvayət və hekayətlər düzəldərlər.
Elə Ģahlıq bəyənilər ki, ondan sonra yaxĢı ad qalsın, tərif deyilsin.
Dostları ilə paylaş: