Əbu Əli Həsən ibn Əli Xacə


Ġsfahan və Azərbaycanda xürrəmilərin xürucu haqqında



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə75/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   71   72   73   74   75   76   77   78   ...   100
Siyasetname

Ġsfahan və Azərbaycanda xürrəmilərin xürucu haqqında. Ġndi qısa 
olaraq, bir neçə kəlmə xürrəmdinilər haqqında danıĢaq ki, dünya hökmdarının 
onlar haqqında da bir məlumatı olsun. Xürrəmdinilər nə vaxt xümc etmiĢlərsə, 
batinilər də onlarla əlbir olmuĢ, onlara kömək etməyə çalıĢmıĢlar, çünki hər iki 
məzhəbin kökü birdir. Xəlifə Mehdinin dövründə, yüz altmıĢ ikinci ildə, Gurgan 
batiniləri "qırmızı bayraq" adlanan xürrəmdinilərlə əlbir oldular və dedilər: "Bu-
Müslim diridir, biz ölkəni ələ keçirməliyik." 
Onun oğlu Əbül Qəranı özlərinə böyük seçdilər. Reyə qədər irəlilədilər, 
halal-haram bilmədilər, arvadları ümumi elan etdilər. 
Mehdi ətrafa Təbəristanın valisi Əmr ibn Əl-Əlaya məktub göndərdi ki, 
birləĢin, onlara qarĢı davaya gedin. Getdilər, o camaatı darmadağın etdilər. Harun 
ər-RəĢid Xorasanda olan xürrəmdinilər, Ġsfahan, Tərmədin, Kapulə, Fab və baĢqa 
yerlərdən bir də baĢ qaldırdılar. Reydən, Həmədandan adamlar dəstə-dəstə, topa-
topa gəlib onlara qoĢuldular. Onların sayı yüz mindən çox idi. Harun Əbdullah ibn 
Mübarəki
295
iyirmi min atlı ilə Xorasandan onların davasına göndərdi. Qorxdular, 
dağılıĢıb, hərəsi öz yerlərinə qayıtdılar. 
Əbdullah ibn Mübarək məktub yazdı: "Biz Bu-Dələfsiz
294 
keçinə 
bilmirik." Məktubun cavabı gəldi: "Çox doğrudur." Onların hər ikisi sözü bir yerə 
qoydular. 
Xürrəmdinilər, batinilər çoxlu miqdarda bir yerə toplanıb yenidən qarətə, 
talana, fisq-fəsada baĢladılar. Bu-Dələf Ġcli, Əbdullah Mübarək qəfildən hücuma 
keçib onlardan saysız-hesabsız adam öldürdülər, oğul-uĢaqlarını Bağdada aparıb, 
qul yerinə satdılar. 
Babəkin xürucu. Bu hadisədən doqquz il keçdikdən sonra Babək xüruc 
elədi, bu tayfa Azərbaycandan qalxıb onlara birləĢmək istədi. Lakin yollarının 
qoĢunlar tərəfindən tutulduğunu eĢitdikdə qorxub qaçdılar. O biri il Məmunun 
dövründə Ġsfahan nahiyəsindən iki yüz on ikinci ildə xürrəmdinilər xüruc etdilər, 
batinilər də onlara qoĢuldular, Azərbaycana gedib Babəklə birləĢdilər. Məmun 
Məhəmməd ibn Həmid ət-Taini Babəkin davasına göndərdi. Ona əmr etmiĢdi ki, 
Züreyq Əli ibn Sədəqə ilə vuruĢsun. O, yağı idi, Ġraq dağlarına çəkilib yol kəsir, 


159 
karvan çapırdı. Məhəmməd ibn Həmid təcili yola düĢdü, Məmunun xəzinəsindən 
heç bir Ģey istəmədi, orduya malı öz xəzinəsindən verdi və Züreyqin 
vuruĢuna yollandı, onu tutdu, qoĢununu məğlub etdi, darmadağın oldular. 
Məmun Qəzvin və Azərbaycanı ona verdi. Onunla Babək arasında altı 
böyük vuruĢ oldu. Axırda Məhəmməd Həmid öldü-rüldü. Babəkin iĢi 
müvəffəqiyyət 
qazandı. 
Ġsfahana 
qayıtdılar. 
Mə'mun 
Məhəmmədin 
öldürülməsindən son dərəcə kədərləndi. Dərhal Xorasanın valisi Əbdullah Tahiri 
çağırıb Babəkin davası-na göndərdi, Kuhistan, Azərbaycan vilayətlərini ona verdi. 
Ab-dullah qalxıb Azərbaycana yola düĢdü. Babək ona müqavimət göstərə bilmədi, 
möhkəm bir qalaya qaçdı. Ordusu dağıldı. 
Ġki yüz on səkkizinci il gəldikdə xürrəmdinilər yenidən Ġsfahan, Pars, 
Azərbaycan və bütün Kuhistanda xüruc etdilər. Məmun Ruma getdiyindən 
vilayətlərə hazırlıq aparmıĢ, gecə ikən hamısı birdən hücuma baĢlayaraq Ģəhərlər 
qarət etmiĢ, Parsdan çoxlu müsəlmanlar öldürülmüĢ, arvad-uĢaqlarını əsir edərək 
qul aparmıĢdılar. 
Ġsfahanda onların baĢçısı Əli Məzdək
297
adlı bir kiĢi idi. O Ģəhərdən iyirmi 
min adam yığıb qardaĢı ilə birlikdə Kuhə
298
yola düĢdü. Bu-Dələf orada yox idi. 
QardaĢı Məqəl Kuhda idi. BeĢ yüz atlısı var idi, müqavimət göstərə bilməyib, 
Bağdada qaçmalı oldu. 
Əli Məzdək Kuhu tutdu, talan etdi, islam əhlindən əlinə keçəni öldürdü, 
iclilərin oğul-uĢağını qul edib geri qayıtdı. Babəkə qoĢulmaq üçün Azərbaycana 
getdi. Ətrafdan xürrəmdinilər axıĢıb Babəkin yanına gəlirdilər. Əvvəl on min 
idilər, sonra iyirmi beĢ min oldular. Kuhistanın ġəhristanə adlanan bir kiçik Ģəhəri 
var, ora toplandılar. Babək də gəlib onlara qoĢuldu. Sonra Mötəsim Ġshaqı
299
qırx 
min qoĢunla onun davasına göndərdi. Ġshaq qəflətən onların üstünü aldı, müharibə 
baĢladı, hamısını öldürdü. 
Ġlk vuruĢda xürrəmdinilərdən yüz min
300
adam öldürüldü. Bir dəstə 
Ġsfahana üz qoydu, on minə yaxın adam Əli Məzdəkin qardaĢı ilə Ġsfahanın 
evlərini, kəndlərini talan etdilər, oğul-uĢaqlarını tutub qul apardılar. Ġsfahanın əmiri 
Əli ibn Ġsa orada yox idi. Qazi, əyan-əĢraf onlarla davaya çıxdılar, mühasirəyə 
aldılar, qələbə çaldılar, çox adam öldürdülər, oğul-uĢaqlarını qul apardılar. Bundan 
sonra Mötəsim daha altı il xürrəmdinilərin iĢi ilə məĢğul oldu, ƏfĢini onların 
üzərinə göndərdi. ƏfĢin qoĢun toplayıb Babəklə müharibəyə yollandı. Ġki il 
vuruĢdular, tərəfdarlarından çoxlu adam öldürüldü. Axırda Babəki tutmaqdan aciz 
qalmıĢ ƏfĢin hiyləyə əl atdı. Gecə öz qoĢunlarına əmr etdi, çadırları yığıĢdırıb daha 
on fərsəng irəliləsinlər və orada məskən salsınlar. Sonra Babəkə xəbər göndərdi ki, 
bir ağıllı, dünyagörmüĢ adam göndər, sözüm var. Bu hər ikimizin xeyrinədir. 
Babək də onun yanına bir adam göndərdi, ƏfĢin ona dedi: "Babəkə de ki, 
hər baĢlanğıcın bir sonu vardır, insan kəlləsi kəvər deyildir ki, vurduqca yenə 
bitsin. Mənim adamlarının çoxu qırılıbdır, ondan biri qalmayıbdır, yəqin səninki də 
belədir, gəl sülh edək. Əlində olan ölkələrlə kifayətlən yerində otur. Mən qayıdıb 


160 
xəlifədən sənə baĢqa vilayətlər də alaram, yazılı fərmanla rəsmiyyətə salaram. 
Mənim nəsihətimi qəbul eləməsən, gəl onda birdəfəlik bəxtimizi yoxlayaq, görək 
tale kimə yar olacaqdır." Elçi onun yanından çıxcaq, ƏfĢin iki min atlı, üç min atlı, 
üç min piyadəni dərələr və dağlarda gizlətdi, pusquda oturtdu, guya geri 
çəkilirmiĢlər. 
Elçi onun yanından qayıdıb əhvalatı Babəkə danıĢdı, qoĢunun azlığı, 
çoxluğunu dedi, casuslar da haman cür xəbər gətirdilər. Üç gündən sonra möhkəm 
vuruĢmaq qərarına gəldilər. 
Sonra ƏfĢin qoĢunu bir fərsəng sağ, bir fərsəng soldan pusquda yerləĢdirib 
dedi: "Mən qaçmağa üz qoyduqda onun qoĢunu talana baĢlayacaq, bəziləri isə 
təqib edərək mənim dalımca gələcəkdir. Siz onların arxasında pusqudan çıxıb 
yollarını kəsərsiniz, mən bu zaman geri dönüb bacardığımı edəcəyəm. 
DöyüĢ günü çatdıqda Babək yüz min atlı və piyada qoĢun çıxartdı. ƏfĢinin 
qoĢunu gözlərinə az göründü. Müharibə baĢlandı. Hər iki tərəf bərk vuruĢdu, çoxlu 
adam qırıldı. Gün batana yaxın ƏfĢin qaçmağa baĢladı, bir fərsəngə qədər" 
ordugahdan uzaqlaĢdıqda bayraqdara dedi: "Bayrağı qaldır!" 
Cilovu dartdılar, kim ora çatdısa dayandı. 
Babək demiĢdi: "Qarətlə məĢğul olmayın, birdəfəlik bu ƏfĢinin iĢini 
bitirək, ordusundan baĢımız ayılsın." 
Nə qədər atlı var idisə, hamısı Babəklə birlikdə ƏfĢini təqib etməyə 
baĢladılar, piyadalar isə talan və qarətlə məĢğul oldular. Ġyirmi minə qədər atlı 
sağdan-soldan ƏfĢinin ardına düĢərək, dağlarda onu təqib etməyə getdi, piyadalar 
isə səhrada qaldılar. 
Xürrəmdini piyadalarının dərədə dolu olduğunu gördükdə dərənin yolunu 
onların üzlərinə bağladılar, qılınc çəkib qırmağa baĢladılar. 
ƏfĢin öz dəstəsi ilə geri qayıtdı. Babək və onun qoĢununu araya aldılar. 
Babək nə qədər çalıĢdısa, qaçmağa yol tapa bilmədi. ƏfĢin özünü yetirib onu tutdu. 
Gecə düĢənə qədər çapıb öldürdülər, səksən mindən çox adamı qılıncdan 
keçirdilər. 
Sonra ƏfĢin bir qulamı on min atlı və piyada ilə orada qoydu, özü Babəki 
və baĢqa əsirləri götürüb Bağdada apardı. Babəkə xüsusi iĢarə vurub Bağdad 
Ģəhərini gəzdirdilər. Mötəsimin gözü Babəkə sataĢacaq dedi: "Ay it, nə üçün 
dünyada fitnə qaldırdın, nə qədər müsəlman öldürdün?" Heç cavab vermədi. 
Əmr etdi, dörd əl-ayağını kəssinlər. Babəkin bir əlini kəsdikdə o biri əlini 
bulayıb qanı üzünə sürtdü. Mötəsim dedi: "Ay it, bu nə üçündür?" Dedi: "Bunda 
hikmət vardır. Sən mənim hər iki əlimi və ayağımı kəsdirəcəksən. Ġnsanın üzü 
qandan qırmızı olar, qan bədəndən axdıqca üz saralar. Mən üzümü ona görə qana 
buladım ki, camaat deməsin qorxudan üzü saraldı." Sonra əmr etdi, Babəki təzə 
öküz dərisinə qoyub elə tikdilər ki, öküzün hər iki buynuzu Babəkin qulaqlarının 
dibinə düĢdü. Sonra dəri qurudu, Babəki diri-diri dara çəkdilər, əziyyətlə öldü. 
Xürucun əvvəlindən edam edilənə qədər onun haqqında çoxlu kitab və rəvayət 


161 
vardır. 
Onun cəlladlarından biri ələ keçmiĢdi. Ondan soruĢdular: "Sən neçə adam 
öldürübsən?" Dedi: "Onun cəlldaları çox idi. Mən otuz altı min müsəlman 
öldürmüĢəm. BaĢqa cəlladların öldürdükləri bura daxil deyildir." 
Mötəsim üç qələbə çalmıĢdır, hər üçü də islamın qüvvətlənməsinə səbəb olmuĢdur. 
Biri-Rum, ikincisi-Babək, üçüncüsü-Təbəristanlı Maziyar Gəbr üzərindəki qələbə 
idi. Bu üç qələbədən biri bclə baĢ tutmasaydı, islam məhv olub gedərdi.
301

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin