159
karvan çapırdı. Məhəmməd ibn Həmid təcili yola düĢdü, Məmunun xəzinəsindən
heç bir Ģey istəmədi, orduya malı öz xəzinəsindən verdi və Züreyqin
vuruĢuna yollandı, onu tutdu, qoĢununu məğlub etdi, darmadağın oldular.
Məmun Qəzvin və Azərbaycanı ona verdi. Onunla Babək arasında altı
böyük vuruĢ oldu. Axırda Məhəmməd Həmid öldü-rüldü. Babəkin iĢi
müvəffəqiyyət
qazandı.
Ġsfahana
qayıtdılar.
Mə'mun
Məhəmmədin
öldürülməsindən son dərəcə kədərləndi. Dərhal Xorasanın
valisi Əbdullah Tahiri
çağırıb Babəkin davası-na göndərdi, Kuhistan, Azərbaycan vilayətlərini ona verdi.
Ab-dullah qalxıb Azərbaycana yola düĢdü. Babək ona müqavimət göstərə bilmədi,
möhkəm bir qalaya qaçdı. Ordusu dağıldı.
Ġki yüz on səkkizinci il gəldikdə xürrəmdinilər yenidən Ġsfahan, Pars,
Azərbaycan və bütün Kuhistanda xüruc etdilər. Məmun Ruma getdiyindən
vilayətlərə hazırlıq aparmıĢ, gecə ikən hamısı birdən hücuma baĢlayaraq Ģəhərlər
qarət etmiĢ, Parsdan çoxlu müsəlmanlar öldürülmüĢ, arvad-uĢaqlarını əsir edərək
qul aparmıĢdılar.
Ġsfahanda onların baĢçısı Əli Məzdək
297
adlı bir kiĢi idi. O Ģəhərdən iyirmi
min adam yığıb qardaĢı ilə birlikdə Kuhə
298
yola düĢdü. Bu-Dələf orada yox idi.
QardaĢı Məqəl Kuhda idi. BeĢ yüz atlısı var idi, müqavimət göstərə bilməyib,
Bağdada qaçmalı oldu.
Əli Məzdək Kuhu tutdu,
talan etdi, islam əhlindən əlinə keçəni öldürdü,
iclilərin oğul-uĢağını qul edib geri qayıtdı. Babəkə qoĢulmaq üçün Azərbaycana
getdi. Ətrafdan xürrəmdinilər axıĢıb Babəkin yanına gəlirdilər. Əvvəl on min
idilər, sonra iyirmi beĢ min oldular. Kuhistanın ġəhristanə adlanan bir kiçik Ģəhəri
var, ora toplandılar. Babək də gəlib onlara qoĢuldu. Sonra Mötəsim Ġshaqı
299
qırx
min qoĢunla onun davasına göndərdi. Ġshaq qəflətən onların üstünü aldı, müharibə
baĢladı, hamısını öldürdü.
Ġlk vuruĢda xürrəmdinilərdən yüz min
300
adam öldürüldü. Bir dəstə
Ġsfahana
üz qoydu, on minə yaxın adam Əli Məzdəkin qardaĢı ilə Ġsfahanın
evlərini, kəndlərini talan etdilər, oğul-uĢaqlarını tutub qul apardılar. Ġsfahanın əmiri
Əli ibn Ġsa orada yox idi. Qazi, əyan-əĢraf onlarla davaya çıxdılar, mühasirəyə
aldılar,
qələbə çaldılar, çox adam öldürdülər, oğul-uĢaqlarını qul apardılar. Bundan
sonra Mötəsim daha altı il xürrəmdinilərin iĢi ilə məĢğul oldu, ƏfĢini onların
üzərinə göndərdi. ƏfĢin qoĢun toplayıb Babəklə müharibəyə yollandı. Ġki il
vuruĢdular, tərəfdarlarından çoxlu adam öldürüldü. Axırda Babəki tutmaqdan aciz
qalmıĢ ƏfĢin hiyləyə əl atdı. Gecə öz qoĢunlarına əmr etdi, çadırları yığıĢdırıb daha
on fərsəng irəliləsinlər və orada məskən salsınlar. Sonra Babəkə xəbər göndərdi ki,
bir ağıllı, dünyagörmüĢ adam göndər, sözüm var. Bu hər ikimizin xeyrinədir.
Babək də onun yanına bir adam göndərdi, ƏfĢin ona dedi: "Babəkə de ki,
hər baĢlanğıcın bir sonu vardır, insan kəlləsi kəvər deyildir ki, vurduqca yenə
bitsin. Mənim adamlarının çoxu qırılıbdır, ondan biri qalmayıbdır, yəqin səninki də
belədir, gəl sülh edək. Əlində olan ölkələrlə kifayətlən yerində otur. Mən qayıdıb
160
xəlifədən sənə baĢqa vilayətlər də alaram, yazılı fərmanla rəsmiyyətə salaram.
Mənim nəsihətimi qəbul eləməsən, gəl onda
birdəfəlik bəxtimizi yoxlayaq, görək
tale kimə yar olacaqdır." Elçi onun yanından çıxcaq, ƏfĢin iki min atlı, üç min atlı,
üç min piyadəni dərələr və dağlarda gizlətdi, pusquda oturtdu, guya geri
çəkilirmiĢlər.
Elçi onun yanından qayıdıb əhvalatı Babəkə danıĢdı, qoĢunun azlığı,
çoxluğunu dedi, casuslar da haman cür xəbər gətirdilər. Üç gündən sonra möhkəm
vuruĢmaq qərarına gəldilər.
Sonra ƏfĢin qoĢunu bir fərsəng sağ, bir fərsəng soldan pusquda yerləĢdirib
dedi: "Mən qaçmağa üz qoyduqda onun qoĢunu talana baĢlayacaq, bəziləri isə
təqib edərək mənim dalımca gələcəkdir. Siz onların arxasında pusqudan çıxıb
yollarını kəsərsiniz, mən bu zaman geri dönüb bacardığımı edəcəyəm.
DöyüĢ günü çatdıqda Babək yüz min atlı və piyada qoĢun çıxartdı. ƏfĢinin
qoĢunu gözlərinə az göründü. Müharibə baĢlandı. Hər iki tərəf bərk vuruĢdu, çoxlu
adam qırıldı. Gün batana yaxın ƏfĢin qaçmağa baĢladı, bir fərsəngə qədər"
ordugahdan uzaqlaĢdıqda bayraqdara dedi: "Bayrağı qaldır!"
Cilovu dartdılar, kim ora çatdısa dayandı.
Babək demiĢdi: "Qarətlə məĢğul olmayın, birdəfəlik bu ƏfĢinin iĢini
bitirək, ordusundan baĢımız ayılsın."
Nə qədər atlı var idisə, hamısı Babəklə birlikdə ƏfĢini
təqib etməyə
baĢladılar, piyadalar isə talan və qarətlə məĢğul oldular. Ġyirmi minə qədər atlı
sağdan-soldan ƏfĢinin ardına düĢərək, dağlarda onu təqib etməyə getdi, piyadalar
isə səhrada qaldılar.
Xürrəmdini piyadalarının dərədə dolu olduğunu gördükdə dərənin yolunu
onların üzlərinə bağladılar, qılınc çəkib qırmağa baĢladılar.
ƏfĢin öz dəstəsi ilə geri qayıtdı. Babək və onun qoĢununu araya aldılar.
Babək nə qədər çalıĢdısa, qaçmağa yol tapa bilmədi. ƏfĢin özünü yetirib onu tutdu.
Gecə düĢənə qədər çapıb öldürdülər, səksən mindən çox adamı qılıncdan
keçirdilər.
Sonra ƏfĢin bir qulamı on min atlı və piyada ilə orada qoydu, özü Babəki
və baĢqa əsirləri götürüb Bağdada apardı. Babəkə xüsusi iĢarə vurub Bağdad
Ģəhərini gəzdirdilər. Mötəsimin gözü Babəkə sataĢacaq dedi: "Ay it, nə üçün
dünyada fitnə qaldırdın, nə qədər müsəlman öldürdün?" Heç cavab vermədi.
Əmr etdi, dörd əl-ayağını kəssinlər. Babəkin bir əlini kəsdikdə o biri əlini
bulayıb qanı üzünə sürtdü. Mötəsim dedi: "Ay it, bu nə üçündür?" Dedi: "Bunda
hikmət vardır. Sən mənim hər iki əlimi və ayağımı kəsdirəcəksən. Ġnsanın üzü
qandan qırmızı olar, qan bədəndən axdıqca üz saralar. Mən üzümü ona görə qana
buladım ki, camaat deməsin qorxudan üzü saraldı." Sonra əmr etdi,
Babəki təzə
öküz dərisinə qoyub elə tikdilər ki, öküzün hər iki buynuzu Babəkin qulaqlarının
dibinə düĢdü. Sonra dəri qurudu, Babəki diri-diri dara çəkdilər, əziyyətlə öldü.
Xürucun əvvəlindən edam edilənə qədər onun haqqında çoxlu kitab və rəvayət
161
vardır.
Onun cəlladlarından biri ələ keçmiĢdi. Ondan soruĢdular: "Sən neçə adam
öldürübsən?" Dedi: "Onun cəlldaları çox idi. Mən otuz altı min müsəlman
öldürmüĢəm. BaĢqa cəlladların öldürdükləri bura daxil deyildir."
Mötəsim üç qələbə çalmıĢdır, hər üçü də islamın qüvvətlənməsinə səbəb olmuĢdur.
Biri-Rum,
ikincisi-Babək, üçüncüsü-Təbəristanlı Maziyar Gəbr üzərindəki qələbə
idi. Bu üç qələbədən biri bclə baĢ tutmasaydı, islam məhv olub gedərdi.
301
Dostları ilə paylaş: