Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə76/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   72   73   74   75   76   77   78   79   ...   100
Siyasetname

Hekayət. Bir gün Mötəsim Ģərab məclisində oturmuĢdu, qazi Yəhya bin 
Əksəm
302
də orada idi. Mötəsim məclisdən durub o biri hücrəyə getdi. Bir az orada 
qaldıqdan sonra dıĢarı çıxıb Ģərab məclisinə gəldi, sonra hamama gedib üç dəfə 
qüsl etdi, diĢan çıxıb canamaz istədi, iki rükət namaz qıldı, sonra yenə Ģərab 
məclisinə gəldi. Qazi Yəhyaya dedi: "Bu namazı nə üçün qıldığımı bilirsənmi?" 
Dedi: "Yox!" Dedi: "Ġzzət və calal sahibi allahın əta etdiyi çoxlu nemətdən biri 
üçün idi."Yəhya dedi: "Əgər böyük rəy sahibi lazım bilərsə, desin, biz də Ģad 
olaq." Dedi: "Bu saat mən üç qızın bəkarətini aldım. Bunların hər üçü mənim 
düĢmənlərimin-biri Rum padĢahının, ikincisi Babəkin, üçüncüsü maziyar Gəbrin 
qızı idi." 
Xürrəmdinilər bu dəfə də Vasiqin
303
dövründə Ġsfahan ətrafında xüruc 
etdilər. Onlardan çoxlu fisq-fücur baĢ verdi, bu üç yüzüncü
304
ilə qədər davam etdi. 
Kirehi talan etdilər, çoxlu adam qırıldı, yenə də məğlub oldular, yenə də Ģaha qarĢı 
üsyan qaldırdılar. Ġsfahan dağlarında sığınacaq tapıb, karvanları çapır, kəndləri 
talayır, qoca, cavan, qadın, uĢaqları öldürürdülər. Otuz
305
ildən yuxarı fitnəkarlıqla 
məĢğul oldular. Heç bir qoĢun onların öhdəsindən gələ bilmirdi, çünki yerləri çox 
möhkəm, qalaları çox etibarlı idi. 
Axırda ələ keçdilər, onları tutub öldürdülər, kəsik baĢlarını Ġsfahanda 
gəzdirdilər. Bu fəth bütün islamı sevindirdi, "fəthnamə" yazdılar. Onların əhvalatı 
tam Ģəkildə 'Təcarübül-üməm", "Tarixi-Ġsfahan" və "Əxbari-xülafayi-Ali-Əbbas" 
kitablarında yazılmıĢdı. 
Xürrəmdinilər məzhəbinin qaydası belədir: haramı halal bilərlər,
306
bədəni 
bütün əziyyətlərdən azad edərlər, Ģəriəti danar, namaz, oruc, həcc, zəkatı bir tərəfə 
atarlar; Ģərabı, camaatın malını, arvadını halal sayarlar, bütün dini vəzirfələrdən 
uzaq qaçarlar. 
Bir yerə toplananda, məsələ həll edəndə, məĢvərət edəndə onların sözü bu 
olar; əvvəl Bu-Müslimə, Mehdiyə, Əbu-Müslimin qızı Fatimənin oğlu "alim 
uĢaq"
307
adlanan Firuzə salavat çevirərlər. Məzdək məshəbinin əsasının nədən 
ibarət olduğu bundan aydındır.‖ 
308
Xürrəmdinilər və batinilər bir-birinə yaxındır, həmiĢə necə olursa-olsun 
islamı aradan qaldırmaq istərlər. Bu yoldan azmıĢlar adamları ovlamaq üçün 
özlərini peyğəmbər ə. s.-ın övladlarını sevənlər kimi qələmə verərlər. Elə ki 
camaalı ələ qətirib qüvvətləndilər, Ģəriəti məhv eləməyə çalıĢarlar. Peyğəmbər 
övladlarının düĢmənidirlər, heç kəsə rəhmləri gəlməz. Kafirlər içərisində onlardan 


162 
daha rəhmsizi yoxdur. Onlar həmiĢə bir-birlərinə kömək edərlər. Onların 
məzhəbindən tənbeh üçün danıĢıldı. 
Bütün aləm dünya hökmdarınındır (allah onun dövlətini əbədi etsin), 
bütün qullar onun quludur. 
Onlar camaatı mal ilə Ģirnikdirir, müstəhəqlərdən geri alır, elə geri alır, elə 
göstərirlər ki, guya beləliklə, bolluq əmələ gələcəkdir. 
Ətəyi kəsib qola calamaqla heç vaxt köynək olmaz. Bəndənizin sözü-onlar 
əziz adamları, böyükləri bu quyuya salmağa baĢlayanda, onların təbillərinin səsi 
qulaqlara çatanda sirrləri aĢkara çıxanda yada düĢəcəkdir. Yalnız bu 
qarmaqarıĢıqlıqda bilinəcəkdir ki, bu bəndənizin dediklərinin hamısı düzdür, 
xeyirxahlıq üzündən nəsihət etmiĢdir. Böyük allah bu məğlubedilməz dövləti 
rüzigarın bədnəzərlərindən mühafizə etsin, onun düĢmənlərini heç vaxt öz 
arzularına çatdırmasın. Qiyamətə qədər bu dərgah bargahı və divanı din adamlarına 
qismət eləsin, dövləti tərəfdarsız qoymasın. Məhəmməd və onun pak ailəsi xatirinə 
hər gün qələbə, zəfər, izzət və bayram gətirsin. 
Qazancı biziyan mon az görmüĢəm,
Kimi həlim insan, mən az görmüĢəm. 
Bərk gündə düĢmənə dönməyən dostu, 
Axtarıb çox zaman mən az görmüĢəm. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin