Əli Məhəmməd Bürqəinin
285
zənci qoĢunları ilə Xuzistan və Bəsrədə
xürucu. Məhəmməd ə.s.-ın hicrətindən iki yüz əlli beĢinci ilində Bürqəi xüruc etdi.
O, uzun illərdən bəri Əhvaz və Bəsrədə zənciləri yoldan çıxarır, beətə gətirməyə
çalıĢırdı. Onlara çoxlu vəd verib vaxt təyin etmiĢdi. Təyin edilmiĢ vaxt gəlib
çatdıqda xüruc etdi, zəncilər də ona qoĢuldular. Əvvəl Əhvaz və Bəsrəni tutdular,
sonra bütün Xuzistanı ələ keçirdilər. Zəncilər öz hökmdarını tutub öldürdülər,
fəsad törətdilər, zülmlər etdilər. Xəlifə Möqəmid bir neçə dəfə ordu göndərdi,
hamısını darmadağın etdilər. Bürqəi on dörd ay altı gün Ģahlıq etdi, axırda
Mötəmidin qardaĢı Müvəffəq tərəfindən hiyləgərliklə ələ keçirildi. Bütün zənciləri
öldürdülər. Əli bin Məhəmməd Bürqəini Bağdadda dara çəkdilər. Onun da
məzhəbi Məzdək, Babək-Qərməti məzhəbi idi, hər mənada onlardan daha pis idi.
Bəhreyn, Ləhsadə Bu-Səid Cənnabi və oğlu Bu-Tahirin xürucu. Mötəsimin
286
dövründə Bu-Səid əl-Hüseyn bin Bəhram əl-Cənnab
287
Bəhreyn və Ləhsadə xüruc
etdi. O, adamları bizim batini adlandırdığımız Ģiə məzhəbinə dəvət edirdi. O
camaatı yoldan çıxartdı, öz iĢini möhkəmlətdi, gücləndikdə quldurluğa baĢladı,
malları ümumi elan etdi. Bir müddət keçdi. Bir xidmətçi onu öldürdü. Bu
hadisədən sonra Bəhreyn və Ləhsada xidmətçilərə etibar qalmadı. Onun Bu-Tahir
adlı bir oğlu var idi. O atasının yerində oturdu. Bir müddət sakit dolandı, Ģiələrin
sözündən bir Ģey baĢa düĢmürdü, özünü fiqs-fəsaddan kənarda saxlayırdı. Nəhayət,
bir nəfər məzhəb mübəlliğələrinin yanına göndərdi, onların "Kənzü-bilağətüsabe"
adlanan kitabını istədi. Onu oxucaq itə döndü. Bəhreyn və Ləhsadə olanların
hamısına dedi: "Hamınız silahlanın, sizinlə iĢim vardır."
Həcc vaxtı yaxınlaĢırdı, bir dəstə adam onun baĢına toplandı, onları
götürüb Məkkəye-müəzzəməyə apardı. Həccə saysız-hesabsız adam toplanmıĢdı.
Əmr etdi: "Qılıncları siyirin, kimə rast gəldiniz, öldürün. ÇalıĢın Məkkə
156
yaxınlığından daha çox qırın."
Qəflətən xalqı qılıncdan keçirməyə baĢladılar.
Məkkəlilər silahlanıb Bu-Tahirb davaya çıxdılar. Bu-Tahir iĢi belə
gördükdə elçi göndərib dedi: "Biz davaya deyil, həccə gəlmiĢik. Günah sizdədir ki,
hərəm qapılarını üzümüzə bağladınız, biz də silaha əl atmalı olduq. Geri qayıdın,
hacıları incitməyin, biz də həccə gəlmiĢik. Bu yol bağlı olsa, siz rüsvay olarsınız.
Bizim həccimizi haram etməyin, qoyun ziyarətimizi edək."
Məkkəlilər elə güman etdilər ki, düz deyirlər, anlaĢılmazlıq olub, onları
acıqlandırıblar, onlar da qılınca əl atıblar.
SaziĢə gəlib and içdilər ki, hər iki tərəf silahı yerə qoyub müharibə
etməsinlər. Silahları yerə qoydular, Məkkənin baĢına dolanmağa baĢladılar. Bu-
Tahir silahların dağıldığını gördükdə öz yoldaĢlarına dedi: ―Tez silahları götürüb
özünüzü hərəmin içərisinə salın. Bayırda, içəridə kimi tapdınız, öldürün."
Sonra onlar gözlənilmədən hərəmə soxuldular, qılınc qaldırdılar, kimə rast
gəldibrsə, öldürməyə baĢladılar. Adamlar qılıncın qorxusundan özlərini quyulara
atır, dağlara dırmaĢırdılar. Bu-Tahirin dostları "QaradaĢı" evdən bayıra
atdılar, qızıl novdanı sındırdılar və dedilər: "Sizin allahınız göydə yaĢayırsa, onun
evinin yerdə nə iĢi var?! Dağıtmaq lazımdır!" Orada olan pal-paltar, parça, nə
vardısa hamısını tikə-tikə doğrayıb talan etdilər, istehza edib kinayə ilə [bu ayəni]
dedibr: "Ora girənə zaval yoxdur, bu yer onu təhlükədən xilas edər." Siz ki, ora
girmiĢdiniz, bəs nə üçün bizim qılıncımızdan xilas olmadınız? Allahınız olsaydı,
sizi bizim qılıncımızdan qurtarardı."
Belə sözlər deyir, müsəlmanların arvad-uĢaqlarını tutub aparırdılar. Sayca
iyirmi mindən çox adam öldürdülər. Quyuya salınanlar bura daxil deyildi. Bu-
Tahir əmr etdi, öldürülənləri quyudakıların üstünə atsınlar, onlar ölülərin altında
ölsünlər.
Qızıl, gümüĢ, ətriyyat, zərif Ģeylərin hamısını yığıb apardılar.
Bəhreynə qayıtdıqdan sonra bu mallardan məzhəb mübəlliğlərinə hədsiz-
hesabsız hədiyyələr göndərdilər.
Bu hadisə islam tarixi ilə üç yüz on yeddici ildə, Müqtədirin vaxtında
olmuĢdur
289
.
Sonra Məğribə Əbdullah Meymun Qəddahın oğlanlarından biri olan Bu-
Səidə hədiyyə göndərdi, onun adı Əhməd idi və bu zaman böyük oğlan idi.
Əbdullah onun anasını aldıqdan sonra oğlunu tərbiyəyə götürmüĢ, iĢ tapĢırmıĢ,
ədəb-ərkan öyrətmiĢ, dəm-dəstgah düzəltmiĢ, nəhayət, özünə caniĢin təyin etmiĢdi.
Bundan sonra məzhəbə dəvət etməyə öyrətdi, niĢanlar verdi. O hazırlaĢıb Məğribə
getdi, Sicilmas Ģəhərində məskən saldı. ĠĢi yaxĢı gətirdi, bu məzhəbi camaata
öyrətməyə baĢladı, bəzilərinə zorla, bəzilərinə xoĢluqla bu məzhəbi qəbul etdirdi.
O deyirdi: "Mən Mehdiyəm
290
, ələviyəm." Ağır vergilər qoydu, meyi halal etdi,
ana-bacı ilə evlənməyə icazə verdi; mərvani və əbbasilərə lənət oxumağı əmr etdi.
Onun axıtdığı nahaq qanlardan, yaratdığı yaramaz qayda-qanunlardan
157
danıĢsam uzun olar. Tarixdə belə deyirlər ki, Misirdə oturanlar onların
övladlarındandır. Bu-Səid, Bu-Tahir Ləhsaya gəldikdən sonra Tövrat, Ġncil,
Qurandan nə qədər cüzv var idisə, hamısını ortalığa töküb murdarladılar.
Bu-Tahir dedi: "Üç adam xalqı günaha batırıbdır. Çoban, təbib və sarvan.
291
Bu
sarvan o birilərindən daha çox hiyləgər olmuĢdur."
Sonra bacısını, anasını, qızını halal elan etdi. Açıqdan məzdək təriqətini
təbliğə baĢladı, "qara daĢı" iki parça elədi. Bir parçasını ayaqyolunun bir tərəfinə, o
biri parçasını isə digər tərəfinə qoydu. O, çalada oturmaq istərkən bir ayağını bir
çalanın, o biri ayağını o biri parçanın üzərinə qoyardı.
Əmr etdi, elçi və peyğəmbərlərə lənət oxusunlar. Bu iĢ ərəblərə yaman
ağır gəlirdi.
Sonra hökm verdi, kiĢilər öz ana və bacılarına yaxınlıq etsinlər.
Ərəblərdən bir çoxları zırnıx və kükürd yeyib öldülər ki, öz ana və bacılarına
yaxınlıq edə bilməsinlər. Lakin cəhalətdə yaĢayan məğriblilər, bədəvi ərəblər,
könüllü, böyük həvəslə buna razı oldular.
Ġkinci dəfə həcc zəvvarına hücum etdilər, çoxlu adam öldürdülər. Ġraq və
Xorasan əhalisi yığılıb onlara qarĢı çıxdıqda quru və su yolları ilə irəliləməyə
baĢladıqda onlar qorxuya düĢdülər, "qara daĢı‖ gətirib Kufə cümə məscidinə
atdılar. Camaat məscidə gəlib gözlənilmədən "qara daĢı" gördü, iki parçanı götürüb
dəmir mıxla bir-birinə bərkitdilər, Məkkəyə apardılar, yenə də öz yerinə
qoydular.
292
Sonra Bu-Tahir gəbr Gəbrən
293
Ġsfahandan gətirib Ləhsada Ģahlığa
oturtdu. Sonra bu gəbr qalxıb onlardan yeddi yüz baĢçı öldürdü. Bu-Tahir və
qardaĢlarını da öldürmək istədi. Bu-Tahir bundan xəbər tutdu, hiylə ilə onu
öldürdü, sonra yenə də özü hakimliyə baĢladı.
Bu itin islam Ģəhərində nə qədər fisq-fəsad törədib, nə qədər adam
qırdığını yazsaq bu kitaba sığıĢmaz. Bu fitnəkarlıq Razinin
294
dövrünə qədər davam
etdi. Razinin dövründə deyləmilər meydana çıxdı.
Bunları ona görə yada salıram ki, dünyanın hökmdarı, allah onun
səltənətini əbədi etsin, islamda onların nələr törətdiyini bilsin. Onların and-
amanlarına etibar yoxdur, bu qərmətilər fürsət tapcaq həmiĢə çoxlu adam
öldürmüĢlər.
Bu zaman Müğənnəi Mərvəzi Mavərənnəhr Ģəhərində xüruc edib öz
tayfası arasında Ģəriəti tamamilə aradan qaldırdı. Əvvəlcə batinilər kimi, məsələn,
Səid Cənnabi, Bu-Səid Məğribi, Məhəmməd Ələvi Bürqəi və onların mübəlliğələri
kimi təbliğ edirdi. Bunların hamısı bir zamanda yaĢamıĢlar, bir-biri ilə dostluq
etmiĢ, məktublaĢmıĢlar. Müğənnəi Mərvəzi Mavərənnəhrdə bir tilsim düzəltdi.
Dağdan aya oxĢar bir Ģey çıxarırdı, özü də bunu hər gün, təbii ay görünən vaxt
göstərirdi. O ətrafın adamları bunu görür, uzun müddət ona tamaĢa edirdilər.
Əvvəllər özünü batinilər kimi aparırdı. Lakin elə ki, o vilayətin adamlarını
müsəlmanlıq və Ģəriətdən çıxartdı, allahlıq iddiasına düĢdü. Onun vaxtında çoxlu
158
qan axıdıldı, islam əhli ilə onun arasında çoxlu müharibə oldu. O, uzun illər boyu
məhdudiyyət bilməyən bir Ģahlıq etdi. Hamısını yazsaq, məsələ uzanar. Bu itlərin
hərəsi haqqında bir əhvalat danıĢsaq, böyük br kitab lazım olar. Batinilər hər dəfə
xüruc etdikdə onların özlərinə məxsus ad və ləqəbləri olmuĢ, hər Ģəhərdə onlan bir
cür adlandırmıĢlar: Hələb və Misirdə-ismaillilər; Bağdad, Mavərənnəhrdə və
Qəzneyndə-qarmətilər; Kufədə-mübarikilər; Bəsrədə-rəvəndilər və bürqeilər;
Reydə-xələfilər və batinilər, Gurganda-mühəmmirlər; ġamda-mübəyizilər;
Məğribdə-səidilər; Ləhsa və Bəhreyndə-cənnabilər; Ġsfahanda-batinilər. Onlar
özlərini təlimi adlandırırdılar. Hamısının məqsədi birdir; necə olursa-olsun
müsəlmanlığı aradan qaldırmaq, peyğəmbərə ə.s. övladlarına qarĢı düĢmənçilik,
xalqı yoldan azdırmaq. Allah onlara lənət etsin.
Dostları ilə paylaş: |