Əbu Əli Həsən ibn Əli Xacə


Herat və Qur vilayətlərində qərməti və məzdəkilərin xürucu



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə73/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   69   70   71   72   73   74   75   76   ...   100
Siyasetname

Herat və Qur vilayətlərində qərməti və məzdəkilərin xürucu. Hicrətin 
iki yüz doxsan beĢinci ilində Heratm valisi Məhəmməd Harsümə 
276
əmir Adil 
Samaniyə 
277
xəbər verdi ki, Ğurdağı ətəyində və Tərcistandan Bu-Bilal
278
adlı 
birisi xüruc etmiĢdir, hər təbəqəyə mənsub adamlar onun baĢına toplanmıĢ, o isə 
özünə "Darülədl‖ ləqəbi qoymuĢdur. Herat və Rey vilayətlərindən saysız-hesabsız 
kəndli axıĢıb gəlir və ona beət edirlər. Ġndi onların sayı on mindən artıqdır. Əgər 
onun iĢinə fikir verilməsə, adamların miqdarı daha da çoxala bilər. Deyirlər ki, o, 
Yəqub Leysin 
280
nədimi olmuĢdur, onun caniĢini kimi, xəvarici məzhəbinə dəvət 
edir. 
Əmir Adil bu iĢdən xəbər tutduqda dedi:"Deyəsən Bu-Bilalm əcəli 
çatıbdır." Sonra zikri Hacibə dedi: "BeĢ yüz qoçaq türk qulamı ayır, əmr et ki
onlara dirhəm versinlər, BiğəĢi onlara baĢçı təyin et, o ağıllı qulamdır. Əmr et ki, 
min dirhəm də ona versinlər, beĢ yüz zirehli dəvə hazırlasınlar. Sən sabah onlarla 
Cuyi-Muliyana 
281
gəl, mən baxım, mənim qabağımdan keçib getsinlər." 
Hacib Zikri elə də etdi, Bu-Əli Mərvəziyə
282 
məktub yazdı. Adamlarına 
dirhəm ver, nə qədər qulamlar sənə çatmayıb, gedib Məhəmməd Hərsümə 
qoĢulmayıblar, Ģəhərdən çıx". 
Məhəmməd Hərsümə də yazdı ki: "Hazır ol, Bu-Əli və BiğəĢ gəlib sənə 
qoĢulsunlar." BiğəĢə dedi: ―Qalib gəlsən sənə vilayət verəcəyəm." Qulamlara dedi: 


155 
Bu dava Əli ġirvin 
283 
ya Əmr Leys, ya Məhəmməd Hərəvi
284
davası deyil, orada 
qoĢun və silah çox idi. Bu iĢdə ümid yalnız sizədir. Herat dağı ətəyində xəvaricilər 
əmələ gəlmiĢdir. Xəvarici və qərməti məzhəbini təbliğ edirlər. Onların çoxu əkinçi 
və çobandırlar. Qələbə çalsanız, hamınıza xələt və hədiyyə verəcəyəm." Zirəng bir 
dəbiri onlara kəndxuda təyin etdi. 
Mərvruda çatdıqda Bu-Əli dərhal öz adamları ilə birlikdə onlara qoĢuldu. 
Yol ayrıclarını tutdular ki, xəvaricilərin onlardan xəbərləri olmasın. Herata 
çatdıqda Məhəmməd Hərsümə öz qoĢunu ilə onlara qoĢuldu. Yolları tutdular ki, 
Bu-Bilala xəbər aparan olmasın. Dağa yollandılar, üç gün gecə-gündüz çətin dağ 
aĢırımlarını keçdikdən sonra onlara çatdılar, qəfildən aralığa alıb, hamısını 
öldürdülər. Bu-Bilal, Həmdan və rəislərdən daha on nələrini tutdular. YetmiĢ 
gündən sonra oranı tərk etdilər. Bu-Bilalı Köhəndez qalasına göndərdilər və orada 
həlak oldu. BaĢqalarının hərəsini bir Ģəhərə göndərdilər ki, orada dara çəksinlər. 
Bir müddət onların kökü Ğur və Ğərcistandan kəsildi. Haman il əmir 
Adilin də əcəli çatdı, oğlu Nəsr Əhməd onun yerində oturdu. Onun dövründə baĢ 
verən hadisələr haqqında daha əvvəl danıĢmıĢıq. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin