Qırx altıncı fəsil GƏBR SUNBADIN NĠġABURDAN REYƏ-MÜSƏLMANLARA HÜCUMU VƏ ONUN FĠTNƏSĠ HAQQINDA Ondan sonra Harun ƏrrəĢidin
242
dövrünə qədər bu tayfadan heç kəs baĢ
qaldırmadı. Belə məlum oldu ki, Məzdəkin arvadı Fadənin qızı Xorrəmə, iki
adamla Mədaindən qaçıb Rey yaxınlığına gəldi və camaatı ərinin məzhəbinə dəvət
etməyə baĢladı. Gəbrlərdən bəziləri onun məzhəbini qəbul etdi. Camaat onlara
"xorrəmdinlər" ləqəbi verdilər. Onlar xüruc etmək və bu dini aĢkar təbliğ etmək
üçün münasib gün gözləyir, müvafiq fürsət axtarırdılar.
Peyğəmbər ə s. hicrətindən yüz otuz il keçdikdən sonra Əbu Cəfər Əlmənsur
Bağdad Ģəhərində dəvət sahibi ləqəbli Əbu Müslimi öldürdükdə NiĢabur Ģəhərinin
rəisi Sunbad bir gəbr idi. Onun qədimdən Əbu Müslimlə dostluğu var idi, Əbu
Müslim onu irəli çəkmiĢdi. Əbu Müslim öldürüldükdən sonra o xüruc etdi.
NiĢaburdan Reyə gəldi. Təbəristan gəbrlərini köməyə çağırdı. O, Kuhistan
camaatının əksəriyyətinin rafizi, müĢəbbehi
243
məzdəki olduğunu bilirdi, açıqdan
təbliğat aparmaq istəyirdi. Əvvəlcə Mənsur tərəfindən Reyə amil təyin edilmiĢ
Obeydə Hənifəni
244
, öldürdü, Əbu Müslimdən qalmıĢ xəzinələri ələ keçirdi. Elə ki
gücləndi, Əbu Müslimin intiqamını almağı tələb etdi, Əbu Müslim tərəfindən vəkil
edildiyini irəli sürdü. Ġraq və Xorasan əhalisinə deyirdi: "Əbu Müslimi
öldürməmiĢlər, Əbu Mənsur onu öldürmək istərkən, o allah-taalanın adını çəkmiĢ,
ağ göyərçinə dönmüĢ, uçub getmiĢdir. Ġndi misdən qayrılmıĢ bir qalada Mehdi
245
və Məzdəklə bir yerdə oturmuĢlar. Hər üçü zühur edəcək, Əbu Müslim əvvəl
gələcək, Məzdək onun vəziri olacaqdır. Mənə məktub göndərmiĢdir.,,
Rafizilər Mehdinin, Məzdəkin adını eĢitdikdə onun baĢına çoxlu adam
toplandı. Dəstəsi get-gedə böyüdü, axırda yüz min adam onun baĢına toplaĢdı.
Gəbrlərlə xəlvət söhbət etdikdə deyərdi: "Ərəblərin dövlətinin axırı çatıbdır. Mən
bunu sasani tayfalarının kitablarından tapmıĢam. Kəbəni viran qoymayınca geri
qayıdan deyiləm. Onu günəĢin əvəzinə tikiblər, biz də qədimdə olduğu kimi, yenə
də günəĢi özümüzə qiblə edərik."
Xürrəmdinlərə deyirdi: "Məzdək Ģiə idi, mən sizə əmr edirəm, Ģiələrlə
əlbir olunuz, Əbu Müslimin qanını alınız.,,
Hər üç dəstənin könlünü alardı. O, Mənsurun bir neçə sərkərdələrini
öldürdü, ordular məğlub etdi, yeddi ildən sonra Cümhur Ġcli
246
davaya gəlməli
oldu. Cümhur Xuzistan fars qoĢunlarını toplayıb Ġsfahana gəldi, Ġsfahan
könüllülərini onlara qoĢub Reyə yollandı. Üç gün Sunbadla bərk vuruĢdu.
Dördüncü gün Cumhur Sunbadı öldürdü. O tayfa dağıldı, hərə öz evinə qayıtdı.
Xorrəmdin və Məzdək məzhəbi qarıĢdı. Onlar gizlində sözü bir yerə qoyur, hər gün
bu məzhəbləri təkmilləĢdirir və bir-birinə daha çox yaxınlaĢdırırdılar.
Cumhur Sunbadı öldürdükdən sonra Reyə girdi, gəbrlərdən əlinə keçənin
147
hamısını öldürdü, mallarını qarət etdi, arvad-uĢaqlarını əsir edib, qul apardı.