133
ki, məsləhət bundadır.
Tabelər haqqında. Böyük yaradan padĢahı hamının üstündə höyük
yaratmıĢdır. Bütün insanlar ona tabedir, onun sayəsində bir parça çörək sahibi olur,
böyük vəzifələrə çatırlar. Onları elə saxlamaq lazımdır ki, həmiĢə
öz yerlərini
bilsinlər, qulaq sırğasını qulaqlarından çıxarmasınlar. Onların yaxĢı və pis
iĢlərini həmiĢə bir-birinə göstərmək lazımdır ki, kim olduqlarını yaddan
çıxarmasınlar, bir də öz bildiklərini etmələrinə yol verilməməlidir. Onlar hərəsi öz
yerini bilməli, bir-birinin halından xəbər tutmalı, ayaqlarını cızıqlarından kənara
qoymamalıdırlar, onlara nə deyilibsə, onu da yerinə yetirməlidirlər.
Hekayət. Büzürcmehr bir gün ƏnuĢirəvana dedi: ―Vilayət Ģahındır, Ģah
vilayəti qoĢuna tapĢırır, adamları tapĢırmır. Əgər qoĢun Ģahın vilayətinə mehriban
olmayıb, vilayətin adamlarına Ģəfəqqəl
və mərhəmət göstərməsə, hərə öz kisəsini
doldurmağa çalıĢsa, vilayətin halına qalmasa, rəiyyəti yaxĢı saxlamasa, qoĢun
həmiĢə vilayətdə cəza versə,
zindana salsa, iĢdən qovsa, qəzəblənsə, xəyanət
törətsə, Ģahla qoĢun arasında nə fərq? Belə iĢlər həmiĢə Ģahların ixtiyarında
olmuĢdur, qoĢunun yox. Orduya belə hüquq və ixtiyar vermək olmaz. Bütün
dövrlərdə qızıl tac, qızıl üzəngi, qızıl cam olmuĢdur;
taxt qurdurmaq, sikkə
basdırmaq hüququ Ģahlardan baĢqa heç kəsdə olmamıĢdır. Bir də deyiblər: "ġah
fəzilət və Ģücaətdə bütün Ģahlardan üstün olmaq istəyirsə, əxlaqını təmiz
saxlamalıdır." Dedi: "Necə?" Dedi: "Pis xasiyyətləri özündən uzaqlaĢdırmalı,
yaxĢılarını özünə aĢılamalıdır. Pis xasiyyətlər bunlardır: kin, həsəd,
təkəbbür,
qəzəb, Ģəhvət, hərislik, xəsislik, inad, yalançılıq, paxıllıq, bədxahlıq, zülm,
xudpəsəndlik, tələsmək, naĢükür olmaq, yüngülbeyinlik. YaxĢı xasiyyətlər
bunlardır: həya, xeyirxahlıq, həlm, alicənablıq, bağıĢlamaq, təvazö, səxavət,
sədaqət, səbr, qədirdanlıq, rəhmdillik, elm, ağıl, ədalət.
Bu xüsusiyyətlərə bu tərtib üzrə yiyələnib onların hamısını həyata keçirə
bilsən, dövlət iĢlərində heç bir məĢvərətçiyə ehtiyac qalmaz."
Dostları ilə paylaş: