Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə62/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   58   59   60   61   62   63   64   65   ...   100
Siyasetname

Hekayət. Belə nağıl edirlər ki, bir gün Süleyman bin Əbdülməlik qəbul 
düzəllmiĢdi, dövlət böyükləri, nədimlər də burada idilər. Birdən ağzından qaçırtdı 
ki: "Mənim dövlətim Süleyman ibn Davud ə.s.-ın dövlətindən artıq olmasa da, 
əskik deyil, yalnız vəhĢilər, divlər, pərilər onun fərmanında idilər, məndə yoxdur; 
məndə olan xəzinə, cah-calal, məmləkət, hökmranlıq bu gün dünyada heç kəsdə 
yoxdur." 


125 
Orda olan böyüklərdən biri dedi: "Ölkəyə lazım olan və ən yaxĢı 
Ģahlardan olmuĢ bir Ģey bizim ölkədə yoxdur". SoruĢdu: ―O nədir?" Dedi: "O sənə 
layiq olan vəzirin yoxluğudur." Dedi: ―Nə demək istəyirsən?" Dedi: "Sən Ģah və 
Ģahzadəsən, sənə elə layiqli bir vəzir - lazımdır ki, onun da on arxası vəzir olsun." 
SoruĢdu: "Dünyada sənin dediyin bu xasiyyətdə bir vəzir tapmaq olarmı?" Dedi: 
"Olar." SoruĢdu: "Harada?" Dedi: Bəlxdə." SoruĢdu: "O kimdir?" Dedi:"Cəfər ibn 
Bərməkidir.
224
" Onun əcdadları ƏrdəĢir Babəkanın dövrünə qədər vəzir 
olmuĢlar, qədim atəĢgədələrdən hesab edilən
Nobahar onların vəqfidir. Ġslam 
ortaya çıxdıqda, hakimiyyət əcəm xanədanının əlindən çıxdıqdan sonra onlar 
özlərinə Bəlxdə yurd saldılar və orada da qaldılar. Vəzirlik irsi olaraq onlara 
keçmiĢdir. Onlarda vəzirlik qayda-qanunları haqqında yazılar vardır. Elə ki, 
övladları yazı-pozu öyrəndilər, o kitabları onlara verərlər ki, oxuyub yadda 
saxlasınlar, əcdadların ruhunda tərbiyə olunsunlar. Bütün dünyada sənin vəzirliyinə 
ən layiq odur. Əlbəttə əmirəlmöminin özü yaxĢı bilər." 
Bəni üməyyə və bəni mərvan xəlifələri içərisində Süleyman bin 
Əbdülməlikdən daha böyük və qüdrətli bir Ģah olmamıĢdır. Bu sözü eĢitdikdə onda 
Cəfər Bərməki Bəlxdən gəlirmək və vəzirlik kürsüsündə oturtmaq arzusu oyandı. 
Elə bildi hələ də gəbrdir (atəĢpərəstdir). SoruĢdu. Dedilər ki, müsəlman olub, 
sevindi. Əmr etdi, Bəlxin valisinə yazsınlar ki, Cəfəri DəməĢqə göndərsin, 
xəzinədən yüz min dinar vermək lazım olsa belə versin, onu tam hörmətlə xidmətə 
yola salsın. Bəlxin valisi fərmanı oxucaq, Cəfəri DəməĢqə tərəf yola saldı. Hansı 
Ģəhərə çatırdısa, böyüklər onun piĢvazına çıxır, təntənə ilə yola salırdılar. Beləliklə, 
gəlib DəməĢqə yetiĢdi. 
Süleyman əmr etdi, bütün böyüklər, sərkərdələr onu qarĢılamağa çıxdılar, 
mümkün ola biləcək ən hörmətli, cah-calallı, dəbdəbəli bir Ģəkildə Ģəhərə gətirdilər 
və yaxĢı bir sarayda düĢürdülər. Üç gündən Sonra onu Süleymanın xidmətinə 
apardılar. Süleymanın gözü ona sataĢcaq, qədd-qaməti, xarici görünüĢü xoĢuna 
gəldi. Elə ki, Cəfər eyvana çıxdı, haciblər onu irəli apardılar, oturcaq Süleyman 
ona iti bir nəzər saldı, üzünü turĢutdu və dedi: "Rədd ol mənim qabağımdan." 
Haciblər onu qamarlayıb dərhal oradan çıxartdılar. Heç kəs bunun səbəbini 
bilmədi. Günorta namazına qədər Ģərab məclisi düzəltdi, böyüklər gəldilər, 
nədimlər oturdular. Qədəhlər dolduruldu, badələr qaldırıldı. Bir neçə kuzə 
boĢaldıqdan Sonra nəĢə gəldi, Süleymanın kefi kökəldi. Bunu görən nədimlərdən 
biri dedi: "ġah böyük bir vəzifə üçün Cəfəri çox böyük hörmət və Ģövkətlə 
gətirtdi, lakin əmirəlmöminin qarĢısında oturub ağzını açmamıĢ onu geri 
qovdunuz. Bütün böyüklər təəccüb etdilər. Bunun səbəbi nə idi?" 
Süleyman dedi:"Əgər uzaq yoldan gəlməsəydi, böyükzadə olmasaydı, 
deyərdim dərhal boynunu vurardılar. Onda öldürücü zəhər var idi, ilk dəfə mənim 
qabağıma zəhər gətirmiĢdi". Böyük nədimlərdən biri dedi: "Ġcazə verin gedim onun 
yanına, görüm bu məsələni boynuna alır yoxsa danır." Dedi: "Get." O saat durub 
Cəfərin yanına getdi, soruĢdu: "Sən bu gün Süleymanın yanına gedəndə yanında 


126 
zəhər var idi?" Dedi: "Bəli, elə indi də vardır, budur, üzüyün qaĢının altındadır. 
Atamdan miras qalmıĢdır. Hələ indiyə qədər bu üzüyün sayəsində bir qarıĢqa da 
məndən inciməyibdir, necə ola bilər ki, mən öz cinsimdən olan bir adamın 
ölümünə razı olam. Bəli mən bunu öz iĢimin xatirinə, ehtiyat üçün gəzdirirəm. 
Mənim ata-babalarım mal-dövlət üstündə çox incidilmiĢ, çox əziyyət görmüĢlər. 
Süleyman məni çağıranda mən nə üçün çağırıldığımı bilmirdim. Qorxdum məndən 
xəzinə qəbaləsi, ya elə bir Ģey istəyə ki, yerinə yetirə bilməyəm. Onda özümü bu 
əzab-əziyyətdən qurtarmaq üçün üzüyün qaĢını çıxarıb, zəhər içəcəkdim." 
O kiĢi bu sözü eĢitcək dərhal qayıdıb Süleymanın yanına getdi, əhvalatı 
ona danıĢdı. Süleyman Cəfərin belə ehtiyatlı, sayıq və uzaqgörənliyinə təəccüb 
etdi, ürəkdən onu bəyəndi, üzr istədi, əmr etdi, Ģah atlarından birini aparıb onu 
böyük cah-calal, hörmət və izzətlə dərgaha gətirdilər. Cəfər Süleymanın qarĢısına 
çatdıqda baĢ əyib təzim etdi. Süleyman ona hörmət göstərib əlindən tutdu, yolu 
necə gəldiyini soruĢdu, çoxlu xoĢ sözlər dedi, oturtdu, çiyninə vəzirlik xələti saldı, 
qarĢısına mürəkkəbqabı qoydu, öz yanında bir neçə fərman yazdırdı. Süleymanı o 
günkü kimi Ģən görən olmamıĢdı. 
Süleyman qəbul otağından çıxdıqdan sonra könlünə Ģərab içmək düĢdü. 
Qızıl, cəvahir, zərbaftla bəzənmiĢ elə bir məclis düzəltdilər ki, heç kəs onun tayını 
görməmiĢdi. 
ġərab məclisi qurdular. Kefinin kök vaxtında dəm çağında Cəfər 
Süleymandan soruĢdu: "Bir neçə min adamın içərisində Ģah haradan bildi ki, 
məndə zəhər vardır?" Süleyman dedi:"Məndə elə bir Ģey vardır ki, o mənim üçün 
bütün xəzinələrdən və mal-dövlətdən əzizdir. Onu həmiĢə özümlə gəzdirirəm. O 
cəza
225 
oxĢayan, lakin cəz olmayan on möhrədən (gözmuncuğu) ibarətdir ki, Ģahlar 
xəzinəsindən əlimə keçmiĢdir, qoluma bağlamıĢam. Onun xasiyyəti budur: birində 
zəhər olduqda, ya Ģəraba, xörəyə zəhər qatıldıqda o saat hərəkətə gəlib özlərini bir-
birinə dəyməyə titrəməyə baĢlayırlar. Mən zəhəri onlarla bilirəm. O vaxt ki, sən 
mənim yanıma gəldin, möhrələr hərəkətə baĢladılar, sən yaxınlaĢdıqca onlar da 
sürətlə titrəyirdilər. Elə ki oturdun onlar bir-birinə dəyməyə baĢladılar. Zəhərin 
səndə olduğuna məndə heç bir Ģübhə qalmadı, sənin yerinə bir baĢqası olsaydı, sağ 
buraxmazdım. Elə ki, sən durub mənim yanımdan getdin, möhrələr sakit oldular." 
Sonra qolundan iki möhrə açıb ona göstərdi və dedi: "Dünyada bundan 
əcayib bir Ģey görmüsənmi?" 
Cəfər və böyüklər təəccüblə baxdılar. Sonra Cəfər dedi: "Mən dünyada iki 
təəccüblü Ģey görmüĢəm ki, onların mislini nə görmüĢəm nə də eĢitmiĢəm. Biri bu 
saat Ģahın bizə göstərdiyidir, birisini də Təbəristan Ģahında gönnüĢəm." Süleyman 
soruĢdu: "O nə idi de?!" Cəfər dedi: "Mənim DəməĢqə göndərilməm haqqında 
Ģahın fərmanı Bəlx valisinə çatdıqda mən dərhal yol hazırlığımı gördüm, 
xidmətinizə gəlmək üçün yola düĢdüm. NiĢaburdan Təbəristana gəldikdə 
Təbəristan Ģahı mənim piĢvazıma çıxdı. Amoldakı
226
sarayına apardı, təam 
göndərdi. Hər gün bir yerdə yeyib-içirdik. Bir gün kefimizin kök çağında mənə 


127 
dedi: "Heç dənizə tamaĢa edibsən?" Dedim:"Yox." Dedi: "Dəniz tamaĢasında da 
mənə qonaqsan." Dedim: "Fərman sizinkidir." 
Sonra əmr etdi dənizçilər gəmiləri düzəldib hazır olsunlar. Sabahısı gün 
məni dəniz kənarına apardı, gəmiyə mindik. Mütriblər çalıb-oxumağa, dənizçilər 
gəmi sürməyə, saqilər Ģərab tökməyə baĢladılar. ġah və mən yan-yana oturmuĢduq, 
aramızda heç kim yox idi. Onun barmağında bir üzük var idi, qaĢı çox təmiz 
yaqutdan idi, rəngi elə duru idi ki, mən ömrümdə ondan yaxĢısını görməmiĢdim. 
Mən gözümü üzükdən ayıra bilmirdim. Axırda Ģah hiss etdi ki, ürəyim üzüyün 
yanındadır. Barmağından çıxarıb qabağıma qoydu. Mən baĢ əydim, üzüyü öpüb, 
Ģahın qabağına qoydum. Dedi: "BəxĢiĢ və hədiyyə verilmək üçün mənim 
barmağımdan çıxarılmıĢ üzük bir daha barmağıma taxılmaz." Dedim: "Bu üzük Ģah 
barmağına layiqdir." Mən üzüyü Ģahın qarĢısına qoydum, o qabağıma itələdi. Üzük 
çox gözəl və bahalı olduğundan öz-özümə dedim: "Bu Ģah mey içib kefləndiyi 
üçün bunu mənə bağıĢlayır, sabah ayılanda birdən peĢiman olub ürəyində məndən 
inciyə bilər." Üzüyü yenə onun qarĢısına qoydum. ġah üzüyü götürüb dənizə atdı. 
Mən dedim:"Vay, heyif, bilsəydim ki, Ģah onu bir daha barmağına keçirməyəcək, 
götürərdim. Mən ömrümdə belə yaqut görməmiĢdim." ġah dedi:"Mən bir neçə dəfə 
onu sənin qabağına qoydum, gördüm ki, gözünü ondan ayıra bilmirsən, sənə 
bağıĢladım. Doğrudur üzük çox qiymətli idi, lakin o sənin gözündə 
düĢündüyümdən daha qiymətli olmasaydı, onu sənə bağıĢlamazdım. Günah 
səndədir ki, götürmədin, indi isə təəssüf edirsən. Lakin o üzüyü sənə qaytarmaq 
üçün bir çarə taparam. Bir qulama dedi: "Bir qayığa otur, elə ki, sahilə çatdın, bir 
ata minib çapa-çapa saraya get, xəzinədara de, filan gümüĢ sandıqçanı istəyirlər
alıb tez bura gətir." Gəmiçiyə əmr etdi: "Ləngər sal, gəmini dayandır, Sonra 
deyərəm nə edərsən." Biz hələ də Ģərab içirdik, qulam gəlib sandıqçanı Ģahın 
qarĢısına qoydu. ġahın kəmərində qaytanlı bir kisə vardı, onun içindən bir gümüĢ 
açar çıxartdı, sandığın ağzını açdı, əlini salıb oradan bir qızıl balıq çıxartdı, 
dəryaya atdı. Balıq suya batıb dəryanın dibinə daldı, bir az keçdikdən sonra balığın 
baĢı suyun üzərində göründü, haman üzüyü ağzında tutmuĢdu. ġah üzüyü balığın 
ağzından alıb mənim qabağıma atdı. Mən baĢ əydim, üzüyü barmağıma keçirdim. 
ġah da balığı sandıqçaya qoyub, ağzını qıfılladı, açan kisəyə qoydu. Sandıqçanı 
evə göndərdi. Biz hamımız mat qaldıq. 
Sonra Cəfər üzüyü barmağından çıxarıb Süleymanın qarĢısında qoydu və 
dedi:"Budur üzük." Süleyman götürüb diqqətlə baxdı, sonra yenə özünə qaytarıb 
dedi: "Belə kiĢinin yadigarını zay elmək olmaz.,, 
Bu kitabın məqsədi belə hekayətlər deyildir. Lakin çox maraqlı və qəribə 
olduğundan yeri düĢdüyü üçün danıĢıldı. Onu xatırlatmaqdan məqsəd bunu 
deməkdir ki, zəmanə yaxĢılığının, dövran sağlamlığının əlaməti adil Ģahın 
meydana gəlməsi, fisq-fəsad törədənlərə divan tutması, yaxĢı və iĢgüzar vəzirlərin 
olmasıdır; onlar hər iĢi baĢı çıxan bir adama tapĢırar, iki vəzifəni bir adama 
verməzlər. ġah rəiyyətin halına qalar, uĢaq-muĢağı irəli çəkməz, ağıllı qocalar və 


128 
dünya görmüĢ adamlarla məsləhətləĢər, iĢi qaydasında aparar, din və dünya nizama 
düĢər, hər kəsin vəzifəsi öz qabiliyyətinə görə olar, bu adəti pozmaq istəyənlərə 
qulaqburması verər, bütün əməlləri düz iĢləyən ədalət və siyasət tərəzisində çəkər. 
Böyük allahın köməyi ilə. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin