Bu mənada bir rəvayət. Ömər Əmirəlmöminin ( allah ondan razı olsun)
Mədinədə məsciddə oturmuĢdu. Obu Musa ƏĢəri ( allah ondan razı olsun) onun
qarĢısında Ġsfahan barədə hesabat verirdi, hesab gözəl xətlə yazılmıĢ, düz
hesablanmıĢdı, hamının xoĢuna gəldi. Əbu Musadan soruĢdular: "Bu kimin
xəttidir?" Dedi:"Mənim dəbirimin." Dedilər: "Bir adam göndər, bura gəlsin, biz də
onu görək." Dedi: "Məscidə gələ bilməz." Əmirəlmöminin Ömər ibn Əlxəttab
(allah ondan razı olsun) dedi: "Nə üçün məgər murdarlanıbdır?" Dedi: "Yox, lakin
tərsadır."
Ömər Əbu Musanın buduna elə bir dümsük vurdu ki, Əbu Musa
deyir:"Elə bildim, budum qırıldı." Ömər dedi: "Böyük allahın kəlamını və
fərmanını oxumamısanmı, orada buyurmuĢdur ki: "Ey möminlər, yəhudi və
nasraniləri özünüzə qulluqçu tutmayın, onların bəzisinin övliyası da müĢtərəkdir."
Əbu Musa deyir:"Dərhal onun çıxarılması haqqında göstəriĢ verdim."
ġer
DüĢmənin dostundan qaçsan yaxĢıdır,
Dostunun dostuyla dostluq eylə sən,
Ġki cür adamdan arxayın olma,
DüĢmənin dostundan, dost düĢmənindən.
120
Ərdüm öz təsərrüfat iĢlərini rafiziyə tapĢırdığı üçün sultan Alp Arslan bir
ay onunla danıĢmadı, onu görəndə qaĢ-qabağını salladı. Axırda Ərdüm rafizini
iĢdən çıxartdı kef məclisində Alp Arslandan xahiĢ etdilər, ürəyini ələ aldılar, o,
Ərdümü bağıĢladı. Ġndi qayıdaq mətləb üstünə.
Nə vaxt əsli olmayan, naməlum, istedadsız adamlara vəzifə tapĢırılıb,
məruf və fazil adamlar iĢsiz qalsalar, birinə beĢ-altı vəzifə, birinə heç nə çatmasa,
bu vəzirin nadanlığına və bacarıqsızlığına dəlalət edər. Ən pis düĢmən odur ki,
birinə on iĢ tapĢırıla, on adama isə bir iĢ də verilməyə. Belə ölkədə o qədər
məhrum edilmiĢ, iĢsiz qazlmıĢ adam olar ki, bunu tayını heç yerdə tapmaq olmaz.
Hekayət. Bu ona oxĢayır ki, biri ölkənin dağılmasına çalıĢa, lakin zahirdə
qənaət etdiyini bildirə, hökmdarı inandıra ki, dünyada sakitlikdir, heç yerdə iĢə
mane ola biləcək düĢmən və rəqib yoxdur, dörd yüz minə qədər süvari yemək və
geyim istəyir, halbuki yetmiĢ min də bəsdir; lazım olduqda, mühüm bir iĢ baĢ
verdikdə baĢqalarına tapĢırmaq olar; yeməyə və geyimə qənaət lazımdır; bu hər
ildə bir neçə yüz min dinar edər, az keçməz ki, xəzinə dolar.
Hökmdarın ağzından belə bir söz eĢitdikdə, dərhal bildim kimin sözüdür,
bununla ölkəni dağıtmaq isləyir. Əgər dörd yüz min adama geyim verir, - demək
Xorasan, Mavərənnəhr, KaĢğər, Balasağun, Xarəzm, Nimruz, Ġraq, Pars, ġam,
Azəbaycan, Ermənistan, Əntakiya, Beytülmüqəddəs hökmdarın əlindədir. Əgər
dörd yüz min əvəzinə yedi yüz min olsaydı, vilayətlərin sayı çox olardı. Sind,
Hind, Türküstan, Çin, Maçin hökmdarın olardı, hətta HəbəĢistan, Bərbər, Rum,
Misisr və Məcrib ona tabe olardı. Əgər dörd yüz min süvaridən yetmiĢ minin
saxlasalar, üç yüz otuz min adamın adı siyahıdan silinər. Hər halda, üç yüz otuz
min adam da baĢqalarının üzərinə artırılar.
Elə ki, bu dövlətdən ümidləri kəsildi, əlləri üzüldü, bir baĢıpapaqlı tapıb,
özbrinə baĢçı edərlər, hər tərəfdə basqına
baĢlarlar, o qədər iĢ açarlar ki, miras
qalmıĢ xəzinə də bu iĢ üstə boĢalar.
Ölkəni adamlarla, adamı isə qızılla saxlamaq olar. Bir adam Ģaha desə ki,
"Qızılı tut, adamı əldən ver" ölkənin əsil düĢməni odur, Ģər-fəsad fikrindədir, çünki
qızıl da adam vasitəsilə əldə edirlər. Belə adamın sözünə qulaq asmaq lazım
deyildir. ĠĢsiz qalan amillərin də vəziyyəti belədir. Xüsusilə yüksək dövlət
vəzifələrində olmuĢ, böyük iĢlər görmüĢ, Ģöhrət tapmıĢ, ad qazanmıĢ, xidmətləri
qarĢısında mükafatlar almıĢ adamların haqqını unutmaq olmaz, buna nə insaf yol
verər, nə mürvət. Onlara elə vəzifə vermək lazımdır ki, ehtiyaclarını ödəmək üçün
bir parça çörək sahibi olsunlar, bəziləri öz hüquqi ixtiyarından, bəziləri dövlətdən
binəsib olmasınlar. Bir baĢqa dəstə də vardır ki, bunlar alimlər, fazillər, gözəl xətt,
qüdrətli qələm sahibləri, Ģərəf əhlidirlər; onların da dövlət malından payları var,
onlara əl tutub kömək etmək lazımdır. Bir kəs onlara iĢ verməsə, mərhəmət
nəzəri ilə baxmasa, maaĢdan məhrum, dövlətdən binəsib olarlar. Elə bir gün
gələ bilər ki, Ģahın etibar etdiyi adamlar etinasız bədxah olduqlarından bu
adamların vəziyyəti haqqında Ģaha xəbər verməz, iĢsizlərə vəzifə tapĢırmaz, Ģərəf
121
əhlinə və alimlərə kömək etməzlər. Bu adamların dövlətdən ümidləri kəsildikdə
dövlət haqqında pis fikrə düĢər, divan adamlarının, dövlət məmurlarının dalınca
qiybət etməyə baĢlar, Ģahın yüksək vəzifəli Ģəxslərini dolaĢdırarlar, silahı,
ordusu, dövləti, hörməti olan bir adamı ələ alıb Ģaha qarĢı qaldırarlar, ölkədə
qarıĢıqlıq salarlar. Necə ki, Fəxrəddövlənin
213
vaxtında etmiĢdilər.
Dostları ilə paylaş: |