Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə67/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   63   64   65   66   67   68   69   70   ...   100
Siyasetname

Qırx dördüncü fəsil 
 
ġAH VƏ ĠSLAMIN DÜġMƏNĠ OLAN BƏDMƏZHƏBLƏRĠN 
ORTAYA ÇIXARILMASI HAQQINDA 
 
Qulunuz xəvaricilərin
233
xürucu haqqında bir neçə fəsil yazmaq qərarına 
gəldi ki, dünya adamları bu qulunuzun Səlcuq dövlətinə, xüsusilə dünyanın 
bugünkü hökmdarına (allah onun dövlətini əbədi etsin, övladlarını, dumanını, 
dövranını bəd nəzərlərdən saxlasın) nə qədər sadiq və havadar olduğunu bilsin. 
Bütün dövrlərdə xəvaricilər olmuĢlar. Adəm ə.s. zamanından baĢlamıĢ 
indiyə qədər dünyada olan bütün ölkələrdə Ģah və peyğəmbərlərə qarĢı xüruc 
etmiĢlər. Bu tayfadan daha rəzil, daha bədfel, daha bədbin bir dəstə tapmaq olmaz. 
Onlar divar arxasında, küncdə-bucaqda bu ölkənin pisliyi haqqında tədbirlər 


134 
düĢünür, dini fəsadlar axtarırlar. 
Qulaqları səsdə, gözləri yoldadır. Allah eləməsin, əgər bu qüdrətli dövlətə 
(allah onu daha möhkəm etsin) bir bədbəxtlik üz versə, ya da bir zərər baĢ qaldırsa, 
allah onun qarĢısını alsın, bu köpəklər pusqulardan çıxıb, bu dövlətə qarĢı xüruc 
edər, Ģiəliyə çağırarlar, bunlar rafizilər, xürrəmdinilərdən
234
də güclü olarlar. Nə 
lazımsa: fisq-fəsad, hay-küy, araqarıĢdırma, pozğunluq hamısını edərlər, heç 
Ģeydən çəkinməzlər. Sözdə müsəlmanlıq iddiası edər, əməldə kafirlər kimi iĢ 
görərlər; onların batini (allah onlara lənət etsin) zahirlərinin əksinə olar, sözləri 
əməllərinin ziddinə. Məhəmməd Mustafa ə.s. dininə onlardan daha qəddar, daha 
murdar bir düĢmən ola bilməz, dünya hökmdarının məmləkətində onlardan daha 
dəhĢətli bir yağı tapıla bilməz. 
Bu gün heç bir qüvvətə malik olmayan, camaatı Ģiəliyə çağıran adamlar 
bu dəstədəndirlər. Onlar gizlində bu dəstənin iĢlərini düzəldir, qüvvəllənmələrinə
çalıĢır, təbliğat aparır, dünya hökmdarını, bəni əbbasilər xanədanını dağıtmağa 
təhrik edirlər. 
Əgər qulunuz bu qazanın ağzından qapağını qaldırsa, çox rüsvayçılıqlar 
çıxar. 
Lakin dünya hökmdarı onların tamaĢalarından vergi aldığından, onlar Ģahı 
tərifləyib ĢirnikləĢdirmiĢ, onu pula həris etmiĢ, məni qərəzçi kimi qələmə 
vermiĢlər, ona görə mənim nəsihətim bu vəziyyətdə ürəyə yata bilməz. Onların 
hiyləgərlik və fitnəkarlığı mən ortalıqdan getdikdən sonra məlum olar. ġah mənim 
bu məğlubedilməz dövlətə nə qədər sədaqətli havadar olduğumu onda bilər ki, mən 
bu dəstənin fikrindən vaxtında xəbər tutmuĢ, onları gizlətməmiĢ və həmiĢə Ģahın 
ali xidmətinə (allah daha ali etsin) ərz etmiĢəm. Lakin indi bu barədə dediklərimin 
qəbul edilmədiyini gördüyümdən təkrar etməyi lazım bilmədim. 
Bu kitabda onlardan qısa Ģəkildə bir fəsil yazıldı, çünki çox mühüm 
məsələdir, bu batinilərin necə adam olduqlarını, hansı məzhəbə və əqidəyə qulluq 
etdiklərini və hər dəfə Ģahın əli ilə necə məğlub edildiklərini demək lazımdır ki, 
mənim ölümümdən sonra Ģaha, ölkəyə və dinə bir yadigar olsun. 
Bu məlun tayfa ġam, Yəmən, Əndəlis torpaqlarında xüruclar etmiĢ, qətl-
qarətlər düzəltmiĢdir. Lakin mən bunların hamısından danıĢmayacağam. Əgər biri 
onların hamısının gördüyü iĢləri öyrənmək istəsə, tarixlər oxumalıdır, xüsusilə 
Ġsfahan tarixini. 
Mən dünya hökmdarının məmləkətinin bir hissəsi olan Əcəm torpağında 
onların etdiklərinin yüzdən birini xatırladacağam ki, Ģahın ali düĢüncəsi, (həmiĢə 
ali olsun) əvvəldən axıra qədər iĢindən xəbərdar olsun.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin