Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə70/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   66   67   68   69   70   71   72   73   ...   100
Siyasetname

Qırx yeddinci fəsil 
KUHĠSTAN, ĠRAQ VƏ XORASANDA QƏRMƏTĠ VƏ 
BATĠNĠLƏRĠN ƏMƏLƏ GƏLMƏSĠ HAQQINDA 
Qərməti məzhəbinin səbəbi bu idi: "Cəfər əs-Sadiqin (allah ondan razı 
olsun) Ġsmayıl adlı bir oğlu var idi. Ġsmayıl atasından qabaq öldü. Ġsmayılın bir 
oğlu qaldı, adı Məhəmməd idi. Bu Məhəmməd Harun ər-RəĢidin dövrünə qədər 
yaĢamıĢdı. Zübeyrilərdən
247
biri Ģayiə yaydı ki, Cəfər əs-Sadiq (allah ondan razı 
olsun) xüruc eĢqinə düĢmüĢdür, gizlində təbliğat aparır, xilafəti ələ keçirmək 
arzusundadır. 
RəĢid Cəfəri Mədinədən Bağdada gətirdi, həbs etdi, ondan qorxurdu. 
Məhəmmədin hicazlı bir qulamı var idi, adı Mübarək idi. O ―müqərmət" deyilən 
çox rizə bir xətlə yazardı, buna görə onu "qərmətuye,,- deyə çağırardılar, sonralar 
bu ləqəblə məĢhur oldu. Əhvazlı bir kiĢi bu Mübarək ilə dostluq edərdi, onun adı 
Əbdullah bin Meymun Qəddah idi. Bir gün təklikdə oturub söhbət edəndə dedi: 
"Ay Məhəmməd, bu ağa Məhəmməd bin Ġsmayıl mənim dostum idi, sirrini məndən 
gizlətməzdi. ―Mübarəki maraq götürdü, o sirri bilmək həvəsinə düĢdü. Əbdullah 
bin Meymun Mübarəkə and içdirdi ki, onun deyəcəklərini inandığı yaxın 
adamlardan baĢqa heç kəsə deməsin. Sonra ona qarmaqarıĢıq bir dildə imamlar
təbiət alimləri, filosoflar, peyğəmbər, məlaikə, gecə-gündüz, yer-göy haqqında 
dolaĢıq ibarələr deyib ayrıldı. Mübarək Kufəyə, Əbdullah Kuhistana getdi. 
Bu zaman Musa bin Cəfər (allah ondan razı olsun) həbs edildiyinə görə 
Ģiələr bərk narazı idilər. Mübarək gizlində təbliğat aparır, dinə dəvət edirdi. 
Nəhayət, onlar Kufənin ətrafına yayılmağa baĢladılar. Onun dəvətini qəbul
edənlər sünnilər idilər, bəzilərini "mübarikilər", bəzilərini isə "qərmətilər" 
adlandırmağa baĢladılar. 
Əbdullah bin Meymun isə Kuhistanda camaatı bu məzhəbə dəvət edirdi, 
o, gözbağlayıcılıqda çox mahir bir adam idi. Məhəmməd Zəkəriyyə
248
özünün 
"Məxariqül-Ənbiya,,
249 
kitabında onun adını çəkmiĢdir. Sonra Xələf adlı birisini 
özünə caniĢin təyin edib ona dedi: "Sən Reyə get, çünki Rey, Abe, Qum KəĢan, 
Tətəristan və Kuhistan əhalisi rafizidirlər, Ģiəliyi təbliğ edirlər, sənin tərəfinə 
keçərlər." Özü qorxusundan Bəsrəyə qaçdı. 
Xələf Reyə gəldi, NiĢabuye nahiyəsində Qolbon adlr
250
bir kənd var
orada özünə məskən saldı. Orada məĢhur bir dərzi var idi, dərzilik edərdi, bir 
müddət burada yaĢadı, sirrini heç kəsə deyə bilmirdi. Min əziyyətdən sonra bir 
adamı ələ keçirib öz məzhəbini ona öyrətdi, elə qələmə verdi ki, "bu peyğəmbər 
övladı məzhəblərindəndir. Mehdi zühur edənə qədər gizli saxlanmalıdır. Onun 
zühuru isə bu yaxındadır, o zaman açıq demək olar. Ġndi hələlik öyrənib yadda 


148 
saxlamaq kifayətdir. Mehdi zühur edəndə bundan xəbəriniz olsa, yaxĢıdır." 
O kəndin adamları bu məzhəbi öyrənməyə baĢladılar. 
Günlərin birində Qolbon kəndinin böyüyü kəndin kənarından keçərkən, 
xaraba bir məsciddən səs gəldiyini eĢitdi, ora yaxınlaĢıb qulaq asmağa baĢladı. 
Xələf camaata məzhəb dərsi verirdi. 
Kəndə qayıtdıqda dedi:"Ay avam camaat, onun sözünə aldanmayın, onun 
baĢına toplanmayın. O sözləri ki, mən ondan eĢitmiĢəm, qorxuram bu kənd xaraba 
qala". 
Xələfın dili pəltək idi, səlis danıĢmağı bacarmırdı, cavab verməkdə aciz 
idi. 
Xələf kələyinin üstünün açıldığını gördükdə o kənddən qaçıb Reyə getdi, 
orada da öldü. O haman kənddə bəzilərini öz məzhəbinə gətirə bilmiĢdi. Onun oğlu 
Əhməd ibn Xələf atasının yerində oturub onun dinini təbliğ etməyə baĢladı. Qiyas 
adlı birisi bu Əhməd bin Xələfin yerinə keçdi. Qiyas sərf-nəhv qanunlarını 
gözəl bilirdi. Ona görə Əhməd ibn Xələf onu özünə caniĢin təyin etdi, təbliği ona 
tapĢırdı. Sonra bu Qiyas onların məzhəbinin əsasını Quran ayələri, peyğəmbər
ə.s. və s. hədisləri, ərəb məsələləri, hekayət və rəvayətləri ilə bəzədi. Bir kitab 
yazdı, adını "Kitab əl-Bəyan" qoydu. Burada namaz, oruc, təharət, zəkat, Ģəriətə
aid sözlərin mənası izah edilirdi. Deyildiyi kimi, Qiyası ona görə caniĢin təyin 
etmiĢ, təbliği ona tapĢırmıĢdı ki, o nəhvi və dili yaxĢı bilirdi. O, sünnilərlə 
mübahisə edir, camaata məzhəb qaydalarını öyrədirdi. Ətrafa xəbər yayıldıqda ki, 
xələfi dinini təbliğ edən, mübahisə etməyi bacaran, yaxĢı əhvalatlar danıĢan,
xalqa məzhəb qaydalarını öyrədən Qiyas adlı birisi meydana çıxıb, Ģəhərin əhalisi 
axıĢıb onun yanına getməyə və bu məzhəbi öyrənməyə baĢladılar. Əbdullah 
Zəfəranı bu iĢdən xəbər tutduqda camaat ikinci dəfə onlara qarĢı qəsd təĢkil etməyə 
baĢladı. Bu məzhəbi qəbul etmiĢ adamları bəziləri xələfilər, bəzilərini batinilər 
adlandırırdılar. Hicrətdən iki yüz il keçdikdə bu məzhəb ifĢa edildi. Haman ildə 
ġamda
251
Sahibi Cəbbal
252
adlı bir kiĢi xüruc edib ġamın böyük bir hissəsini ələ 
keçirdi. Qiyas qaçıb Xorasana getdi, Mərvrudda məskən saldı, əmir Hüseyn ƏIi 
Mərvəzini dinə dəvət etdi, o dinə gəldi. Xorasan, xüsusilə Taliqan, Meymənə,
Herat, Ğərcistan, Gur bu Əmir Hüseynin hakimiyyəti altında idilər. Əmir Hüseyn 
bu məzhəbi qəbul etsək, bu ölkələrdə olanların hamısını bu dinə gəlməyə məcbur 
etdi. Sonra Qiyas bir adamı Mərvrudda öz yerinə qoyub, təbliği ona tapĢırdı, özü 
isə yenidən Reyə gedib camaatı dəvətə baĢladı. Tazi
253
Ģerini ərəb 
hadisələrini gözəl bilən Bu-Hatəm adı altında Ģöhrət tapmıĢ, NiĢabur nahiyəsindən 
olan birisini özünə caniĢin təyin etmiĢ, təbliği ona tapĢırmıĢdı. Xorasana gedərkən
vəd etmiĢdi ki, Mehdi bu yaxın zamanlarda filan ildə zühur edəcəkdir. 
Qərmətilər haman vədin intizarını çəkirdilər. Sünnilər Qiyasın yenidən qayıtdığını 
və camaatı təbliğ ilə məĢğul olduğundan xəbər tutdular, bu tərəfdən də Mehdinin 
zühurunun vaxtı baĢa çatdı, Qiyas yalançı oldu, Ģiələr ondan üz
döndərməyə baĢladılar, ona eyiblər tutur, əleyhinə gedirdilər. Qiyas qaçdı, heç kəs 


149 
onu tapa bilmədi. 
Ondan sonra camaat Rey Ģəhərində xələfin övladlarından birinin baĢına 
toplanmağa baĢladı, onunla günlərini bir yerdə keçirirdilər. Əcəli çatdıqda oğlunu 
öz yerində qoydu. Onun adı Bu-Cəfər Kəbir kimi Ģöhrət tapmıĢdı. Onun baĢına 
hava gəldikdə. Bu-Hatəmi Batini ona kömək etməyə baĢladı. O sağalanda artıq 
rəyasət Batinin əlində idi. O, Bu-Cəfəri heç yaxına da buraxmadı, rəyasət 
xələfzadələrin əlindən çıxdı. 
Bu-Hatəm Təbəristan, Ġsfahan, Azərbaycan kimi yerlərə təbliğatçılar 
göndərib camaatı öz məzhəbinə dəvət etməyə baĢladı. Reyin əmiri Əhməd ibn Əli 
onun dəvətini qəbul etdi, batini oldu. ĠĢ elə gətirdi ki, deyləmilər Təbəristan 
Ələvilərinə qarĢı xüruc etdilər və dedilər: "Siz yoldan azıbsınız, sübut etmək 
istəyirsiniz ki, guya elm bizim xanədanımıza məxsusdur. Bu qəbul olunmaz. Elm 
ümumidir. Əgər siz öyrədirsinizsə, deməli, bilirsiniz, baĢqası öyrətsə, o da bilən 
sayılar. Elm irsi ola bilməz. Ġzzət və cəlal sahibi olan allah peyğəmbər ə.s.-ı 
hamıya eyni göndərmiĢdir. Heç bir tayfaya üstünlük verməmiĢdir. Ġndi bizim 
hamımıza məlum oldu ki, siz hamınız yalançısınız." 
Təbəristan ələvilərə kömək edirdi, ona da etiraz etdilər, dedilər ki, 
Bağdad, Xorasan Ģəhərlərindən fitva və məktub gətiriblər: "Sizin məzhəbiniz təmiz 
deyildir, siz allah, peyğəmbər deyən kimi etmirsiniz. Dağlı və peĢə adamları olan 
biz, Ģəriət iĢindən az-maz baĢ çıxarırıq." 
Qəzadan Bu-Hatəmi Batini də bu zaman Reydən Təbəristana gedib 
deyləmilərə qoĢuldu. 
Deyləmilərin baĢçısı ġərvin binvərdavəndi
254
idi. Onun yanına gedib 
onlarla əlbir oldu. Ələviləri pisləyir, onların dalınca qiybət edir, hey deyirdi: 
"Onlar etiqadı olmayan bədməzhəblərdir; bir də deyirdi: "Bu yaxın zamanlarda 
deyləmilər arasında bir imam zühur edəcəkdir, mən onun nə deyəcəyini, nə 
məzhəb gətirəcəyini bilirəm." Deyləmilər onun bu dediklərinə böyük həvəslə 
inanırdılar. Mərdavicin dövründə giləklər və deyləmilər yağıĢdan qaçıb yağmura 
düĢdülər, hamısı azdılar, əyri yolla getdilər. 
Bir müddət belə dolandıqdan sonra imamın zühuranu vəd etdiyi gün gəlib 
çatdı. Dedilər: "Bunun əsli yoxdur, bu qondarma məzhəbdir, Məzdək məzhəbidir!" 
Dərhal ondan üz döndərib peyğəmbər ə.s övladları məzhəbinə qayıtdılar. 
Bu-Hatəmi öldürmək istədilər. Bu-Hatəm qaçdı və öldü. Onların iĢi axsamağa 
baĢladı, çox adam o məzhəbdən əl çəkib tövbə etdi. Bir müddət Ģiələr tərəddüd və 
iztirab içində yaĢadılar, gizlində yığıncaqlar təĢkil etdilər, nəhayət, məzhəb iki 
adamın öhdəsinə düĢdü: biri Əbdullah Kövkəbi
255
, o biri Ġshaq
256
idi ki, Reydə 
yaĢayırdılar. 


150 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin