Qırx səkkizinci fəsil
XORASAN VƏ MAVƏRƏNNƏHRDƏ BATĠNĠLƏRĠN XÜRUCU
HAQQINDA
Xorasanda Qiyas tərəfindən batini elan edilmiĢ Hüseyn Əli Mərvəzi
ölümün yaxınlaĢdığmı hiss etdikdə bu vəzifəni Məhəmməd ibn Əhməd NəxĢəbiyə
tapĢırdı, onu özünə caniĢin təyin etdi. O Xorasan filosoflarından hesab edilirdi,
mütəkkəlim
257
idi. Ona vəsiyyət etdi ki, yerində bir adam qoyub özü Ceyhundan
258
keçsin, Buxara və Səmərqəndə getsin, oranın əhalisini məzhəbə gətirsin, çalıĢsın
ki, Xorasan əmiri bin Əhmədin xidmətində olan bəzi əyanlar da bu məzhəbi qəbul
etsinlər.
Elə ki, Hüseyn Əli öldü, Məhəmməd NəxĢəbi onun yerində oturdu.
Xorasan əhalisinin çoxunu dəvət etdi, qəbul etdilər. Onların içərisində Səvada oğlu
259
adlı bir adam var idi. Reydən qaçıb Xorasana Hüseyn Əlinin yanına gəlmiĢdi,
batinilərin baĢçılarından biri idi. Bu Məhəmməd NəxĢəbi
260
onu Nərvənrudda
caniĢin təyin edib özü sudan keçdi və Buxaraya gəldi. Orada iĢinin yaxĢı
getmədiyini gördükdə NəxĢəbə getdi, burada Əmir Xorasanın nədimi olan Bubəkr
NəxĢəbini məzhəbə gətirdi. Bubəkr də xüsusi dəbiri və nədimlər arasında mövqeyi
olan BaəĢəsi məzhəbə gətirdi. ƏnəĢin bacısı əri Bu-Mənsur Cəğanini də bu
məzhəbə dəvət etdilər, razılıq verdi. AytaĢ xüsusi hacib idi, bunlarla dostluq edirdi,
o da bu məzhəbi qəbul etdi. Sonra bunlar NəxĢəbiyə dedilər: "Sənin NəxĢəbidə
qalmağına ehtiyac yoxdur. Qalx paytaxta, Buxaraya get, biz burada elə edərik ki,
sənin iĢini göylərə qaldırarıq, böyük adamları bu məzhəbə gətirərik."
Qalxıb Buxaraya getdi. Bu adamla əlaqə saxlayır, böyüklərlə oturub-
dururdu, onları məzhəbə dəvət edirdi. Sünniləri yoldan çıxarır və tədriclə məzhəbə
dəvət edirdi. Sünniləri yoldan çıxarır və tədriclə Ģiəliyə gəlirirdi. Beləliklə, o,
Buxara rəisini, sahibxəracı
261
dehqanları, bazar adamlarını bu məzhəbə gətirdi.
PadĢahın yaxın adamı, Ġlaqın
262
, valisi Hüseyn Məliki və Əli Zərradı
263
bu
məzhəbə gətirdi. Adlarını çəkdiyimizin çoxu böyüklər və Ģahın inanılmıĢ adamları
idi.
Elə ki ona beət gətirənlərin sayı çoxaldı, Ģahı da bu məzhəbə gətirmək
fikrinə düĢdü. ġahın yaxın adamlarını məcbur etdi ki, istər ayıqlıqda, istərsə
məstlikdə onun sözlərini xeyirxahlıqla Ģaha desinlər.
Belə də dedilər, o qədər onun tərəfindən vəkillik etdilər ki, Nəsrdə onu
görmək marağı əmələ gəldi. Sonra Məhəmməd NəxĢəbini Xorasan əmirinin yanına
apardılar, onun alimliyini çox təriflədilər, Xorasan əmiri onu hörmətlə qəbul edib
əzizlədi, yanında saxladı.
O, əmirə nəyi danıĢır, nəyi izah edirdisə, nədimlər o saat bir səslə "afərin"
deyirdilər.
Gündən-günə Nəsr Əhməd onu daha çox əzizlədi. Axırda məzhəbini də
151
qəbul etdi, o qədər aludə olmuĢdu ki, necə deyirdisə, Ģah da elə edirdi.
NəxĢəbinin iĢi o qədər yaxĢı gedirdi ki, öz məzhəbini açıq təbliğ etmək fikrinə
düĢdü.
ġahın qərmətliyi türklərin xoĢuna gəlmədi. Sonra alimlər yığılıb Ģəhər və ordu
baĢçılarının yanına getdilər və dedilər:
"Kömək ediniz, müsəlmanlıq əldən gedir." BaĢçılar dedilər: "Qayıdın gedin, hər
Ģey düzələr."
Sabahısı gün gəlib Ģaha nə qədər dedilərsə, faydası olmadı. Hay-küy qalxdı.
BaĢçılar sözü bir yerə qoyub baĢ süpəhsaların yanına getdilər və dedilər: "Biz kafir
Ģah istəmirik, sən Ģahlığı ələ al, biz sənə tabeyik." BaĢ sərkərdələr bir tərəfdən din,
o biri tərəfdən tamah xatirinə razı oldular və dedilər: "Bir yerdə oturub fikirləĢmək
lazımdır ki, Ģah xəbər tuta bilməsin." Böyük qoĢun baĢçıları içərisində bir qoca var
idi, ona Tolon oka
264
(əkə) deyərdilər. O dedi: "Bu iĢin çarəsi belədir. Sən
sərkərdəsən, Ģaha de ki, böyüklər məndən qonaqlıq istəyirlər. Hər halda "vermə"
deməyəcəkdir. Deyəcək imkanın varsa, ver." Onda sən deyərsən: "Məndə yemək-
içmək tapılar, lakin bəzək-düzək, qızıl-gümüĢ, qab-qacaq, xalı-xalça yoxdur." O
deyəcək:"Xəzinədən, Ģərabxanadan, fərraĢxanadan nə lazımsa götür." Onda baĢ
əyib deyərsən:"Qulunuz yalnız o Ģərtlə qoĢuna qonaqlıq verər ki, yeyib-içdikdən
sonra yaraqlanıb mənlə birlikdə kafirlərə qarĢı Balasaquna
265
qəzavat davasına
getdilər. Bu kafir türklər vilayəti zəbt ediblər, məzlumların ahı həddi-hüdudu
keçmiĢdir. Qoy səndən Ģübhələnib bədgüman olmasın. Bundan sonra qonaqlıq
verməyə hazırlaĢ. Orduya xəbər ver ki, filan günə vədiniz alınmıĢdır. ġahın
xəzinəsində, Ģərabxanasında, fərraĢxanasında qızıldan-gümüĢdən nə varsa,
hamısını öz sarayına apar. Elə ki, hamı sənin sarayına gəldi, yerin darlığını bəhanə
edib qapını bağla, böyükləri isə Ģərbət içmək üçün hücrəyə dəvət elə. Orada bu
məsələni aç, onlar ki, əsldirlər, sənin tərəfində olacaqlar, onlar ki, əsldirlər ürəkdə
sənin tərəfində deyildirlər, hərəmizdən bir söz eĢitdikdə yola gəlib bizimlə
həmfikir olarlar, hamı and içib sənin Ģahlığına beət gətirəcəkdir. Hücrədən çıxıb,
çörək yeyərik, oradan Ģərab məclisinə gedib hərəmiz üç-dörd piyalə mey içərik,
qızıl-gümüĢ, xalça, yarağı bütün böyüklərə və ordu arasında paylayıb xaricə çıxar
və gedib Ģahı taxtdan salarıq, Ģəhər və kəndləri gəzib, harada qərməti gördük
öldürərik, səni taxta oturdarıq."
Sərkərdə dedi: "Bu yaxĢı tədbirdir."
Sabahısı gün Nəsr Əhmədə qoĢun böyüklərinin qonaqlıq istədiklərini və
gününü təyin etməyi tələb eydiklərini dedi. Nəsr dedi: "Qonaqlıq vermək imkanın
varsa, xəsislik etmə." Dedi: "Yemək, içmək imkanım vardır, lakin qab-qacaq, xalı-
xalça çatmaz." Dedi: "Nə lazımsa, xəzinədən götür." Xəzinədə, Ģərabxanada
qızıldan, gümüĢdən, xalı-xalçadan nə varsa hamısını öz evinə göndərdi. Sonra elə
bir qonaqlıq düzəltdi ki, heç kəs onun mislini o vaxt görməmiĢdi. Bütün ordu
baĢçılarının öz köməkçiləri və dəstə baĢçıları ilə dəvət etmiĢdi. Onların hamısı
toplandıqda sarayın qapısını bağlamağı əmr etdi. Böyükləri hücrəyə apardı, and
152
içdilər, beət gətirdilər, hücrədən çıxıb süfrəyə oturdular.
Onlardan biri sıçrayıb sarayın damına çıxdı, qaçıb Nəsrin oğlu Nuha xəbər
verdi ki, bu saat ordu baĢçıları nə etdilər.
Nuh çapa-çapa atasının sarayına getdi və dedi: "Nə oturmusan,
eĢitməmisən ki, ordu baĢçıları sərkərdəyə and içiblər, beət ediblər ki, çörək yeyib,
üç piyalə Ģərab içdikdən sonra sənin xəzinəndən aparılan Ģeylərin hamısını
paylasınlar, oradan çıxıb bizim saraya hücum etsinlər, səni, məni, kim əllərinə
keçsə öldürsünlər?! Bu qonaqlıqdan məqsəd bizi məhv etməkdir." Nəsr Nuha dedi:
"Bu iĢin çarəsi nədir?" Dedi:"Çarəsi odur ki, bu saat bir xidmətçi göndərəsən, nə
qədər ki, onlar yemək-içməyə baĢlamayıb, sərkərdənin qulağına desin: ġah
buyurur, bu gün böyük iĢ görübsən, misilsiz qonaqlıq hazırlatdırıbsan, lakin mənim
daĢ-qaĢla bəzədilmiĢ elə qab-qacağım var ki, tayı heç bir Ģahda yoxdur. Onlar
xəzinədən ayrı yerdə saxlanılırdı. Ġndi tez gəlsən, nə qədər ki, qonaqlar Ģərab
məclisinə getməyiblər, o qızıldan olan məclis yaraĢığmı sənə verə bilərəm."
Mala tamahı düĢəcək, mütləq gələcəkdir. Elə ki, bura gəldi, dərhal baĢını
üzərik. Sonra deyərəm nə edərik."
Nəsr dərhal iki xidmətçi ilə haman xəbəri göndərdi. Camaat çörək
yeməklə məĢğul idi. Sərkərdə o adamlardan bir-ikisinə nə üçün çağrıldığını
bildirdi. Dedilər: "Get onlan da gətir, bu gün hər Ģey bizim iĢimizə yarayar."
Sərkərdə tələsik Ģahın sarayına getdi. O saat onu hücrəyə çağırdılar. Qulamlara əmr
etdi, baĢını bədənindən ayırıb, torbaya saldılar. Nuh atasına dedi: "Ġndi dur, hər
ikimiz onun sarayına gedək, torbanı da özümüzlə aparaq. Sən ordu baĢçıları
qarĢısında Ģahlıqdan bezar olduğunu de, məni vəliəhd təyin et, mən onların
öhdəsindən gələrəm, Ģahlıq da bizim dudmanın əlində qalar. Bu ordunun hamısı bir
fikirdə ola bilməz.,,
Hər ikisi ata minib, sərkərdənin sarayına getdilər. Böyüklər Ģahın oğlu ilə
saray qapısından girdiklərini gördükdə qalxıb onlan qarĢıladılar. Heç kəs məsələnin
nə yerdə olduğunu bilmirdi. DüĢünürdülər ki, bəlkə padĢah bu qonaqlığı görmək
həvəsinə düĢmüĢdür.
Nəsr Əhməd keçib öz yerində oturdu. Silahlı keĢikçilər keçib onun
arxasında durdular. Nuh atasının sag tərəfindən ayaq üstündə dayandı və dedi: "Siz
oturunuz, çörəyinizi yeyiniz, qurtardıqdan sonra süfrəni yığınız." Çörəklərini
yedilər, qurtardıqdan sonra sürtəni yığıĢdırdılar: BaĢları ayıldıqdan sonra Nəsr
Əhməd dedi: "Biliniz ki, sizin tutduğunuz iĢdən mənim xəbərim vardır.
Qəsdinizdən xəbər tutduqda ürəyim sizdən bərk incimiĢdir. Ġndi bundan sonra nə
mən sizə arxayın ola bilərəm, nə siz mənə. Əgər mən yoldan azmıĢ, pis məzhəb
qəbul etmiĢ, günaha batmıĢam, buna görə sizin də sidqiniz məndən siyrilmiĢdir,
Nuhun ki, bir eybi yoxdur?!" Dedilər: Yox." Dedi: "Belə isə bundan sonra sizin
Ģahınız Nuhdur. Mən onu özümə vəliəhd təyin etmiĢəm. Mən düz yolda, əyri yolda
olsam da, bundan sonra üzr və tövbə ilə məĢğul olacaq, allah-taaladan
bağıĢlanmağımı xahiĢ edəcəyəm. Sizi bu iĢə sövq edən cəzasına çatmıĢdır."
153
Əmr etdi, baĢı torbadan çıxarıb onların qabağına atdılar. Nəsr taxtdan
düĢüb, ibadət üçün canamazın üstünə diz çökdü.
Nuh taxta çıxıb atasımn yerinə oturdu.
QoĢun baĢçıları vəziyyəli belə gördükdə, belə eĢitdikdə, heç bir üzr tapıb
bəhanə gətirə bilmədilər. Hamısı baĢlarını yerə qoyub Nuhıı təbrik etdilər, bütün
günahı sərkərdənin boynuna yıxdılar və dedilər: "Biz hamımız sizin qulunuzuq,
əmrinizə hazırıq." Dedi: "Bilin, siz yaxĢıdan-pisdən nə edibsinizsə, hansı səhvlərə
yol veribsinizsə, mən onların hamısının xeyirxahlıq məqsədi ilə edildiyini
düĢünürəm. Mən sizin arzularınızın hamısını yerinə yetirəcəyəm. Mənim sözümə
qulaq asın, kefinizi davam etdirin."
Sonra əmr etdi, atasının ayağına kündə vurdular, dərhal apanb
"Köhəndez"
266
qalasında zindana atdılar.
Dedi: "Ġndi durun, Ģərab məclisinə gedək."
ġərab məclisində üç piyalə Ģərab içdikdən sonra dedi: "Siz sözü bir yerə
qoymuĢdunuz ki, üç piyalə içdikdən sonra məclisdə nə varsa, hamısını talan
edəsiniz. Talan etməyə icazə vermirəm, lakin sizə bağıĢlayıram. Götürün, öz
aranızda bərabər bölüĢdürün."
Hamısını götürüb çuvala doldurdular, ağzını möhürləyib inanılmıĢ bir
adama tapĢırdılar.
Sonra dedi: "Sərkərdə pis fikrə düĢmüĢdü, cəzasına çatdı, atam yolunu
azmıĢdı, mükafatını aldı. Siz belə qərara gəlmiĢdiniz ki, qonaqlıq qurtardıqdan
sonra Balasaquna türk davasına gedəsiniz. Kafirlə din davası lap bizim
qapımızdadır. Ġndi durun qəzavatla məĢğul olaq, Mavərənnəhr, Xorasanda yoldan
çıxıb atamın qəbul etdiyi bu məzhəbi kim götürübsə, onlarla vuruĢmaq, harada
dinini azmıĢ, məzdəkiliyi qəbul etmiĢ bir adam görsək, hamısını öldürək. Onların
mal-dövlətləri sizindir. Bu gün məclisdə qızıldan-gümüĢdən nə vardısa, hamısını
sizə verdim. Xəzinədə olanları da sizə verəcəyəm, çünki batinilərin malları
talandan baĢqa heç nəyə yaramaz. Bu iĢdən baĢımız ayıldıqdan sonra türk kafirlər
üzərinə gedirik. Ġndi istəyirəm ki, Məhəmməd NəxĢəbinin və atamın nədimlərinin
baĢını vurasınız."
Sonra Ģəhərə, kəndə düĢdülər, NəxĢəbinin nədimləri və bu məzhəbi təbliğ
edənlərin hamısını öldürdülər. Haman gün bir əmiri böyük ordu ilə Mərvruda
göndərdi. Səvadə oğlunu, bu məzhəbi qəbul edənlərin hamısını öldürdülər. Sonra
dedi: "Ayıq olun, vəsiyyət edirəm, səhv salıb heç bir müsəlman öldürülməsin: səhv
olaraq müsəlman öldürülsə, qisasını alacağam."
Bir neçə gecə-gündüz axtardılar, onları düz və səhv etmədən tapdılar,
öldürdülər. Beləliklə, Xorasan və Mavərənnəhrdə bu məzhəbi təbliğ edənlərin
kökü kəsildi, məzhəbin üstü örtüldü.
Dostları ilə paylaş: |