Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə68/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   64   65   66   67   68   69   70   71   ...   100
Siyasetname

 
 
 
 


135 
Qırx beşinci fəsil 
 
MƏZDƏKĠN XÜRUCU, ONUN MƏZHƏBĠ VƏ NUġĠRƏVAN ADĠL 
TƏRƏFĠNDƏN ÖLDÜRÜLMƏSĠ HAQQINDA 
Dünyada ilk qondarma məzhəb yaradan adam Əcəm torpağından meydana 
çıxmıĢdır. Ona möbidlər möbidi
235 
-deyərdilər. Adı Məzdəke-Bamdadan
236
idi. O, 
NuĢirəvan adilinin atası, Firuzun oğlu Qubad dövründə atəĢpərəstlik dininə zərbə 
vurmaq, dünyaya pis yol açmaq istədi. Səbəbi o idi ki, bu Məzdək nücum elmini 
yaxĢı bilirdi, ulduzların hərəkətindən belə nəticə çıxarırdı ki, bu yaxınlarda bir 
adam zühur edib, atəĢpərəstlərin, yəhudilərin, xaçpərəstlərin, bütpərəstlərin dini 
batil edəcək və öz dinini xalqa qəbul etdirəcək və bu din qiyamətə qədər davam 
edəcəkdir. Birdən belə bir təmənnada oldu ki, bu adam elə onun özü olsun. Sonra 
ürəyində camaatı necə yoldan çıxarmaq və hansı din icad etmək haqqında 
fikirləĢməyə baĢladı. Baxıb Ģah məclisində, böyüklər yanında tam hörmət sahibi 
olduğunu gördü. Peyğəmbərlik iddiası edənə qədər heç kəs Məzdəkdən yersiz bir 
soz eĢitməmiĢdi. 
Məzdək qulamlarına əmr etdi, gizli lağım atıb yeraltı yol qazmağa 
baĢlasınlar. YavaĢ-yavaĢ o yolun ağzı gəlib atəĢgahın ortasına çıxdı. AtəĢgahın düz 
ortasında bir baca qoydular. Sonra Məzdək peyğəmbərlik iddiasına baĢladı və dedi: 
"Məni göndəriblər ki, ZərdüĢt dinini təzələyim. Camaat Zənd-Avestanın mənasının 
unudubdur, allahın buyurduqlarını ZərdüĢtün dediyi kimi yerinə yetirmirlər. Bəni-
Ġsrail tayfası da bir vaxt Musa ə.s.-ın allah-taala tərəfindən Tövratda
237 
yazdıqlarını 
düz yerinə yetirməyib, əksini etdikdə, Tövratda deyildiyi kimi, allalı yeni 
peyğəmbər göndərdi. Bəni-Ġsrail tayfasının səhvini düzəltdi. Tövratın hökmlərini 
təzələdi, onları doğru yola qaytardı." 
Bu söz Qubad Ģahın qulağına çatdı. Sabahısı gün böyüklərin, möbidlərin 
toplanmasını əmr etdi, məhkəmə qurdu, Məzdəki çağırıb ucadan soruĢdu: "Sən 
peyğəmbərlik iddiası edirsən?!" 
Dedi: "Bəli, mən ona görə gəlmiĢəm ki, ZərdüĢt dinində çoxlu ziddiyyət 
vardır, onda çoxlu Ģübhəli yerlər meydana çıxmıĢdır. Mən onlan düzəltməli, təshih 
etməliyəm. Zənd-Avestanın mənası icra edildiyi kimi deyildir, mən onun mənasını 
açıb göstərməli, camaatı baĢa salmalıyam." 
Qubad soruĢdu: "Sənin möcüzən nədir?" Dedi: "Möcüzəm odur ki, sizin 
qiblə və mehrab sayılan odu dilə gətirərəm, allah-taaladan diləyərəm ki, oda əmr 
etsin, mənim peyğəmbərliyimə Ģəhadət versin, bunu elə ucadan desin ki, Ģah və 
camaat onun səsini eĢitsin." 
ġah dedi: "Ey böyüklər və möbidlər, bu barədə nə deyə bilərsiniz?" 
Möbidlər dedilər: "Əvvələn, o bizi öz dinimizə, öz kitabımıza dəvət edir, 
ZərdüĢtün əleyhinə getmir, Zənd-Avestada elə sözlər var ki, hərəsinin on mənası 
var, hər alim, hər möbid onu iyirmi cürə Ģərh və izah edir; ola bilər Məzdək bir 


136 
sözü daha düzgün, bir ibarəni daha gözəl Ģərh etsin. Lakin indi ki, deyir bizim 
pərəstiĢ etdiyimiz odu dilə gətirəcək, bu insan gücündən xaricdir, yaxĢısını Ģah özü 
bilər." 
Bundan sonra Ģah Məzdəkə dedi: "Sən odu dilə gətirsən, mən də sənin 
peyğəmbərliyinə Ģəhadət verəcəyəm." 
Məzdək dedi: "ġah-vaxt təyin etsin, haman vaxt möbidlər və böyüklərlə 
atəĢgaha gəlsin, allah-taala mənim duama görə odu dilə gətirsin. Ġstəyir bu gün, lap 
bu saat gedək." ġah dedi: "Qərara gəldik ki, sabah hamımız atəĢgaha toplaĢaq." 
Sabahısı gün Məzdək haman bacaya bir rahib göndərib dedi: "Nə vaxt 
mən ucadan allahı çağırmağa baĢlasam, sən yeraltı yoldan bacanın altına gəlib 
deyərsən: "Yer üzərində allaha sitayiĢ edənlərin borcu Məzdəkin dediklərinə qulaq 
asmaqdır, onda hər iki dünyada xoĢbəxt olarlar." 
Sonra Qubad, böyüklər və möbidlər atəĢgədəyə getdilər. Məzdəki çağırdı. 
Məzdək gəldi, odun yanında durub, ucadan allahı çağırmağa baĢladı, ZərdüĢtə 
həmd-səna oxudu və susdu. Odun ortasından, dediyimiz kimi, səs yüksəlməyə 
baĢladı, Ģah
və böyüklər bu səsi eĢidib heyran qaldılar. Qubad ürəyində ona beət 
etmək qərarına gəldi. Onlar atəĢgədədən qayıtdıqdan sonra Qubad Məzdəki yanına 
çağırdı, hər saat onunla daha çox yaxınlaĢmağa baĢladı, axırda beət gətirdi; onun 
üçün qızıl kürsü qayıtdırdı, daĢ-qaĢla bəzətdirdi, bargahda öz taxtının yanına 
qoydurdu. 
Qəbul vaxtı Qubad taxta oturanda Məzdəki də bu kürsünün yanında 
oturtdu, Qubaddan xeyli yüksək oldu. Adamların bəziləri maraq və məqsəd, 
bəziləri Ģahın xətrinə Məzdəkin məzhəbini qəbul etdilər. Vilayətlərdən, Ģəhər və 
kəndlərdən camaat paytaxta axıĢmağa baĢladı. Açıq-gizli Məzdəkin məzhəbini 
qəbul edənlərin sayı çoxalırdı. Hərbçilər az maraq göstərir, lakin Ģahın 
qorxusundan bir Ģey demirdilər. Möbidlərdən heç kəs Məzdəkin dinini qəbul 
etməmiĢdi. Onlar deyirdilər: "Görək Zənd-Avestadan nə çıxır?" 
ġah bu məzhəbi qəbul etdiyinə görə camaat uzaqdan-yaxından Məzdəkə 
beət cdir, mal-dövlətlərini birləĢdirir və bölüĢdürürlər. Çünki Məzdək deyirdi malı 
adamların arasında birləĢdirib bölüĢdürmək lazımdır, hamı allah-taalanın bəndəsi, 
Adəmin övladlarıdır, bir-birlərinin malım xərcləməlidirlər ki, heç kəs azuqəsiz 
qalmasın. Hamının vəziyyəti eyni, imkanları bərabər olmalıdır. 
Qubadın buna razı olub malı bölüĢdürməyə razılıq verdiyini görən 
Məzdək dedi: "Arvadlarınız da sizin malınız kimidir, ona görə arvadları da bir-
birinizin malı bilməlisiniz ki, heç kəs dünyanın ləzzət və Ģəhvətindən binəsib 
qalmasın, murad qapısı hamının üzünə açıq olsun. Malın və qadının 
ümumiləĢməsinə görə xalq, xüsusilə avam adamlar onun məzhəbinə daha çox 
rəğbət göstərirdilər." 
Belə bir qayda qoyulmuĢdu: "Əgər biri evinə iyirmi adam da aparıb 
çörəyə, noğula, Ģəraba, ətə, musiqiyə qonaq etsəydi, axırda gərək onların hamısı 
bir-bir onun arvadı ilə də əlaqədə ola idi. Bu eyib sayılmazdı."Adət belə idi: "Kim 


137 
qadınla əlaqədə olmaq üçün içəri girsəydi, papağını qapıda qoyardı. 
BaĢqasının könlü istədikdə qapıda qoyulmuĢ papağı görər, qayıdar, o 
çıxıb gedənə qədər gözlərdi." 
Sonra ƏnuĢirəvan gizli olaraq bir adamı möbidlərin yanına göndərib dedi: 
"Nə üçün belə susursunuz, Məzdəkin qarĢısında nə üçün acizlik göstərirsiniz? 
Məzdəkin nə olduğu haqda heç kəs danıĢmır. Nə üçün nəsihət verib atama 
demirsiniz ki, bu nə iĢdir tuturuq. Nə üçün bu fırıldaqçının yalanlarını ifĢa 
etmirsiniz? Bu köpək xalqın malını dağıdır, arvadlarının örtüklərini götürərək 
rüsvay edir, bütün qara camaatı bu iĢə cəlb etmiĢdir. Heç olmazsa, deyin görək, bu 
nə üçün belə edir, kimin əmrini yerinə yetirir. Siz bundan artıq sussanız, 
arvadlarınız, mal-dövlətiniz əldən gedəcək, Ģahlıq, hakimiyyət bizim əlimizdən 
çıxacaqdır. Gərək siz hamınız mənim atamın yanına gedib məsələni ona baĢa 
salasınız, nəsihət edib, məsləhət verəsiniz. Görün nə dəlil gətirəcəkdir." 
Adlı-sanlı böyük adamlara da belə xəbər göndərdi: "Atama ağır bir 
xəstəlik üz vermiĢdir, baĢına hava gəlmiĢ, ağlını çaĢdırmıĢdır. O, xeyrini 
zərərindən ayıra bilmir, onun müalicəsi haqqında bir tədbir görün, elə edin, 
Məzdəkin sözünə qulaq asmasın, onun məsləhəti ilə iĢ görməsin. Siz də mənim 
atam kimi aldanmayın. Məzdək haqq deyil, nahaqdır; nahaq isə uzun sürə bilməz. 
Geciksəniz sabah onun faydası ola bilməz." 
Böyüklər ƏnuĢirəvanın sözündən təĢviĢə düĢdülər. Hərçənd ki, bəziləri 
Məzdəkin dinin qəbul etmək qərarına gəlmiĢdirlər. ƏnuĢirəvanın sözünü eĢitcək 
ayaqlarını geri çəkdilər, onun məzhəbini qəbul etmədilər. Dedilər: "Baxaq görək 
Məzdəkin iĢi hara gedib çıxacaq, NuĢirəvan bu sözü hardan deyir?!" O zaman 
NuĢirəvanın on səkkiz yaĢı var idi. 
Sonra böyüklər və möbidlər yığıĢıb Qubadın yanına getdilər və dedilər: 
"Biz ən qədimdən bəri çox tarix kitabları oxumuĢ, nə onlarda, nə də ġamda olmuĢ 
peyğəmbərlərin sözlərində Məzdəkin dediklərinə rast gəlməmiĢik, bizə bunlar çox 
Ģübhəli görünür." Qubad dedi: ―Məzdəkdən soruĢun görün nə deyir? 
Məzdəki çağırıb soruĢdu: "Bu deyib elədiyin iĢləri nəyə əsasən görürsən?" 
Məzdək dedi: "ZərdüĢt belə buyurmuĢ, Zənd-Avesta belə yazmıĢdır. 
Camaat onun təfsirini bilmir, mənə inanmırsınız, oddan soruĢun." 
Ġkinci dəfə atəĢgədəyə getdilər, oddan soruĢdular, odun ənasından səs 
gəldi ki, Məzdək deyən kimidir, siz deyən kimi deyildir. Ġkinci dəfə möbidlər 
utanıb geri qayıtdılar. Sabahısı gün NuĢirəvanın yanına gedib, əhvalatı ona 
danıĢdılar. NuĢirəvan dedi: "Bu Məzdək iddia edir ki, onun məzhəbi tam 
mənasında ZərdüĢt məzhəbidir. Yalnız bu iki mənada (mal və qadın iĢtirakı) 
məsələsində ondan ayrılır. 
Bu hadisədən bir müddət keçdi. Bir gün Qubadla Məzdək söhbət edərkən 
sözarası Məzdək dedi: "Camaat böyük həvəslə bu məzhəbi qəbul edir. NuĢirəvan 
da razılıq verib bu məzhəbi qəbul etsəydi çox yaxĢı olardı." Qubad soruĢdu: "O bu 
məzhəbdə deyil?" Dedi: "Xeyr." Qubad əmr etdi NuĢirəvanı nə qədər mümkünsə 


138 
tez tapıb gətirsinlər. Gəlcək dedi: "Ey mənim canım, sən Məzdək məzhəbində 
deyilsən?" Dedi: "Allaha Ģükür ki, yox." Dedi: "Nə üçün?" Dedi: "Ona görə ki, 
yalan deyir, böhtançıdır." Dedi: "Necə böhtançı ola bilər ki, odu dilə gətirir." Dedi: 
"Dörd Ģey əsas sayılır, su, od, torpaq, külək. Əmr edin odu dilə gətirdiyi kimi, su, 
torpaq, küləyi də dilə gətirsin, onda mən də aldanıb dinə-gələrəm." Dedi: "O hər nə 
deyir, Zənd-Avestaya əsasən deyir." NuĢirəvan dedi: "O buyurur ki, camaatın malı, 
arvadı bir-birinə halaldır. ZərdüĢt dövründən baĢlamıĢ indiyə qədər alimlərdən heç 
kəs belə bir təfsir verməmiĢdir. Din mal və arvadı baĢqalarına haram xatirinə 
yaranmıĢdır; bunların hər ikisi halal sayılsa, heyvanla adam arasında nə fərq ola 
bilər? Bu adət heyvan adətidir, heyvanlar birlikdə yeyib, birlikdə əlaqədə olarlar, 
heyvanlar mənim-sənin bilməz, ağıllı insanlar yox." Dedi: "Hər halda, mən sənin 
atanam, mənim əleyhimə olma." Dedi: "Mən bunu səndən öyrənmiĢəm, doğrudur, 
heç vaxt belə bir adət olmamıĢdır. Lakin gördüm sən öz atanın əksinə getdin, mən 
də sənin əksinə oldum, indi sən öz atanın yoluna qayıt, mən də sənin yoluna 
qayıdım." 
Axırda Qubadla ƏnuĢirəvanın sözləĢməsi o yerə çatdı ki, Qubad 
qətiyyətlə dedi: "Ya elə bir sübut gətir ki, bu məzhəbi rədd etsin, Məzdəkin 
dedikləri batil olsun, ya elə bir adam tap ki, onun dəlilləri Məzdəkin sübutlarından 
daha güclü, daha inandırıcı olsun. Əks halda səni cəzalandıracağam ki, baĢqalarına 
ibrət olsun." NuĢirəvan dedi: "Mənə qırx gün vaxt verin, ya sübut gətirərəm, ya elə 
bir adam taparam ki, Məzdəkin cavabını verər." Dedilər: "YaxĢı vaxt verdik." 
Bununla da dağılıĢdılar. NuĢirəvan atasının yanından qayıtdı, elə həmin gün 
məktub yazdı, qasidlə Parsa, Kövəl Ģəhərində yaĢayan, qoca və ağıllı bir möbidə 
göndərdi ki, durma, nə qədər mümkünsə tez gəl, mənimlə atam və Məzdək 
arasında belə bir əhvalat baĢ vermiĢdir. 
Qıx gün baĢa çatdıqda Qubad qəbul düzəltdi, taxta çıxdı. Məzdək də gəlib 
taxtın yanında kürsüdə oturdu. NuĢirəvanı gətirdilər. Məzdək Qubada dedi: "SoruĢ 
gör nə cavab gətiribdir?" Qubad soruĢdu: "Nə cavab gətiribsən?,, NuĢirəvan dedi: 
"Hələ fıkirləĢirəm." Qubad dedi: "ĠĢ fikirləĢməkdən keçibdir." Məzdək dedi: 
"Tutun onu cəzalandırın." Qubad heç nə demədi. Camaat tökülüb NuĢirəvanı tutdu. 
NuĢirəvan əli ilə eyvanın məhəccərindən tutaraq atasına dedi: "Məni öldürməyə nə 
yaman tələsirsiniz, mənə verilmiĢ vaxt hələ bitməmiĢdir." Dedi: "Necə?" Dedi: 
"Mən sizdən qırx gün istəmiĢdim. Bu gün qırxıncı gündür, o mənim ixtiyarımdadır, 
bu gün bitdikdən sonra istədiyinizi edə bilərsiniz." 
Sonra ordu baĢçıları, möbidlər hər tərəfdən qıĢqırdılar ki, düzdür, doğru 
deyir. Qubad dedi: ―Bu gün də buraxın.,,
NuĢirəvandan əl çəkdilər. Məzdəkin 
cəngindən xilas oldu. Elə ki, Qubad yerindən qalxdı, möbidlər dağılıĢdılar, Məzdək 
getdi, NuĢirəvan öz sarayına qayıtdı. Bu tərəfdən də NuĢirəvanın Parsdan çağırdığı 
möbid löhləm dəvə üstündə gəlib NuĢirəvanın qapısında düĢdü. Saraya girib
xidmətçiyə dedi: 
"NuĢirəvana xəbər elə ki, Pars möbidi gəlibdir." Xidmətçi tələsik otağa 


139 
girdi, NuĢirəvana xəbər verdi. NuĢirəvan sevincindən qarĢısına yüyürüb onu 
qucaqladı və dedi: "Ey möbid, elə bu gün o dünyanı görüb gəlmiĢəm." Sonra 
əhvalatı möbidə danıĢdı. Möbid dedi: "Heç ürəyini sıxma, hər Ģey sən deyən 
kimidir. Sən haqlısan, Məzdək nahaq, sənin əvəzinə Məzdəkin cavabını mən 
verəcəyəm. Qubadı onun məzhəbindən geri döndərəcəyəm. Lakin bir tədbir gör ki, 
Məzdək mənim gəlməyimdən xəbər tutmamıĢ mən Ģahla görüĢə bilim." Dedi: "Bu 
asandır." 
Əsr namazından sonra NuĢirəvan atasının sarayına getdi, qəbul edilməsini 
xahiĢ etdi. Atasını gördükdə salam verib dedi: "Məzdəkin cavabını verəcək 
möbidim Parsdan gəlmiĢdir. Lakin əvvəlcə Ģahla görüĢüb, xəlvətdə onu 
dinləməsini xahiĢ edir." Dedi: "Olar. Onu gətir bura." NuĢirəvan qayıtdı. Hava 
qaraldıqda möbidi atasının yanına apardı. Möbid Qubada afərin dedi, babalarını 
təriflədi, sonra Ģaha dedi: "Məzdək səhv edir, bu onun iĢi deyil, mən onu yaxĢı 
tanıyıram, biliyinə də bələdəm. Nücum elmindən balaca baĢı çıxır, lakin hökm 
verməkdə o səhvə yol verir, ulduzların göstərdiyinə görə bir adam zühur edib 
peyğəmbərlik iddiası etməli, qəribə bir kitab gətirməli, əcayib möcüzələr 
göstərməli, ayı göydə iki yerə bölməli, xalqı haqq yoluna dəvət etməli, pak din 
gətirməli, atəĢpərəstlik və baĢqa məzhəbləri aradan qaldırmalı, cənnət vəd etməli, 
cəhənnəmlə qorxutmalı, dövlət, arvad məsələsini Ģəriətə görə qaydaya salmalı, 
xalqı divin əlindən qurtarmalı, SüruĢla
238
dostlaĢdırmalı, atəĢgədə və bütxanələri 
dağıtmalı, onun dini bütün dünyaya yayılmalı, qiyamətə qədər davam etməli, yer, 
göy onun peyğəmbərliyinə Ģahidlik etməlidir. Ġndi Məzdəkin baĢına düĢmüĢdür ki, 
bu adam guya onun özüdür. Lakin bu adam əvvəla Əcəm olmamalıdır. Məzdək 
əcəmdir, bundan əlavə camaatı atəĢpərəstlikdən saqındırmalı, ZərdüĢtü inkar 
etməlidir. Məzdək həm ZərdüĢtü, həm də atəĢpərəstliyi təbliğ edir; o icazə 
verməyəcək, bir adam baĢqa bir adamın arvadının həndəvərinə dolansın, ya 
baĢqasının malını zorla alsın, o oğurluq üstə əl kəsdirəcək, Məzdək isə xalqın
malını, arvadını halal buyurmuĢdur; o peyğəmbərin fərmanı göydən
məlaikə ilə göndəriləcəkdir; Məzdəkinki isə oddan gəlir. Məzdəkin məzhəbinin 
heç əsli yoxdur, mən sabah onu Ģahın qarĢısında rüsvay edəcəyəm, o əyri yoldadır. 
O istəyir Ģahlıq sənin əlindən çıxsın, xəzinələrin tələf olsun, səni ən zavallı bir 
adam kökünə salsın, hakimiyyəti öz əlinə alsın."Möbidin sözü Qubada xoĢ gəldi, 
ağlına batdı, ürəyinə yatdı. Sabahısı gün Qubad barigaha gəldi. Məzdək də gəlib öz 
kürsüsündə oturdu. NuĢirəvan taxtın qarĢısında durdu. Möbidlər, böyüklər 
yığıĢdılar, bu vaxt NuĢirəvanın da möbidi gəldi, Məzdəkə dedi: "Əvvəl sən sual 
verirsən, yoxsa mən?" Məzdək dedi: "Mən soruĢum, sən cavab ver."
239
Möbid 
dedi: "Onda sən düĢ yerə, mən qalxım sən oturduğun yerə." Məzdək pərt oldu.
Dedi: "Məni bura Ģah oturtmuĢdur, yaxĢı sən soruĢ, mən cavab verim."
Möbid dedi: "Sən malı halal edib hamını ümumiləĢdirirsən, de görüm, 
karvansaraları, körpüləri, atəĢgədələri tikdirib xeyrat verərkən bunu o dünya 
xatirinə etmirlərmi?" Dedi: "Bəli". Dedi: "Malı birləĢdirib hamıya halal etsən,


140 
ehsanın savabı kimin olar?" Məzdək cavab verə bilmədi. Möbid dedi: "Arvadları 
hamıya halal edibsən, iyirmi kiĢi bir qadınla əlaqədə olsa və qadın hamilə olub 
uĢaq doğsa atası kim olar?!" Möbid dedi: "Bu hökmdar ki, burada oturubdur, özü 
Ģahdır, Firuz Ģahın oğludur, Ģahlıq ona atasından miras qalmıĢdır, atasına da öz 
atasından. On adam Ģahın arvadı ilə əlaqədə olsa, oğlan doğsa, o oğlan kimin 
nəslindən hesab edilər? ġahın nəsli kəsilər. Elə ki, nəsil kəsildi, Ģahlığın da kökü 
kəsilər. Böyüklük və kiçiklik dövlət və yoxsulluğa bağlıdır. Adam yoxsul olanda 
çarəsizlikdən gedib bir dövlətlinin yanında xidmətçi iĢləyir, ya muzdurluq edir. 
Malı ümumiləĢdirəndə böyüklük-kiçiklik aradan qalxar, Ģahlıq məhv olar. Sən
əcəm xanədanının Ģahlığını məhv elmək üçün gəlibsən." 
Məzdək heç nə demədi, susmağında davam etdi. Qubad dedi: "Cavabım 
ver." Dedi: "Cavabı odur ki, buyurasan bu saat boynunu vursunlar." Qubad dedi: 
"Səbəbsiz heç kəsin boynunu vurmaq olmaz." Dedi: "Onda oddan soruĢaq görək nə 
deyir, mən özümdən söz demirəm." 
NuĢirəvanın öldürülə biləcəyindən kədərlənən camaat onun xilas 
olduğunu gördükdə çox sevindi. Möbidi öldürməyib Məzdəkin sözünü yerə saldığı 
üçün Məzdəkin Qubada acığı tutdu və öz-özünə dedi: "Bu gün canımı qurtarsam, 
mənim rəiyyət və qoĢun içərisində çoxlu silahım var, sabah bir tədbir görüb, 
Qubadı aradan qaldıraram." 
Sonra NuĢirəvan və bütün müxaliflərə dedi: "Sabah hamınız atəĢgədəyə 
gəliniz, görək od nə deyir." Bununla da hamı dağılıĢdı. Gecə olcaq Məzdək öz 
rahiblərindən və həməqidələrindən ikisini çağırıb onlara qızıl bağıĢladı, vədə verib 
dedi: "Sizi sərkərdəliyə çatdıraram." And içdirdi ki, bu sözü heç kəsə deməsinlər. 
Sonra onlara iki qılınc verib dedi: "Sabah Qubad böyüklər və möbidlərlə 
atəĢgədəyə gəldikdə od Qubadın öldürülməsini əmr etsə, hər ikiniz o saat 
qılınclarınızı siyirib Qubadı öldürün, qorxmayın, heç kəs qılıncla atəĢgədəyə 
gəlməz." Dedilər: "Əmrə tabeyik." 
Sabahısı gün böyüklər və möbidlər atəĢgədəyə yollandılar. Qubad getdi. 
Möbid NuĢirəvana dedi: "Əmr et, yaxın adamlarından on nəfəri paltar altında 
qılınc gizlədib səninlə atəĢgədəyə gəlsin." 
Məzdək həmiĢə atəĢgədəyə gedərkən gizlin yoldan bacada olana nə isə 
öyrədərdi. Sonra özü də atəĢgədəyə gəlib möbidə dedi: "Sən oddan soruĢ gör nə 
deyir." Möbid soruĢdu, oddan cavab çıxmadı. Sonra Məzdək dedi: "Ay od, bizim 
aramızda hakim ol, mənim düzlüyümə hökm ver!" Oddan səs gəldi: "Mən 
dünəndən bəri çox zəifləmiĢəm, əvvəlcə Qubadın ürək və ciyərini mənə verin ki, 
gücə gəlim, deyim ki, nə etmək lazımdır. 
O dünyada əbədi rahatlıq tapmaq üçün Məzdək sizə rəhbər 
göndərilmiĢdir." 
Sonra Məzdək dedi: "O da güc verin!" 
O iki adam qılıncını siyirib Qubada hücum etdi. Möbid NuĢirəvana 
dedi:"Atanı xilas et." On nəfər qılınclarını çəkib o iki nəfərin qabağını kəsdi və 


141 
Qubadı öldürməyə qoymadılar. Məzdək isə elə hey qıĢqırırdı: "Od allahın əmri ilə 
deyir!" Camaat iki dəstəyə bölündü. 
Bir dəstə deyirdi: "Qubadı ya diri, ya ölü oda atmaq lazımdır." O biri dəstə 
deyirdi: "Bir az gözləmək lazımdır." 
Günün axırında dağılıĢmalı oldular. 
Qubad dedi: "Mən nə günah etmiĢəm ki, od ruzi olaraq məni istəyir?! Hər 
halda, bu dünyada odda yanmaq, o dünyada odda yanmaqdan yaxĢıdır." Möbid 
ikinci dəfə Qubadla xəlvəti görüĢ istədi. KeçmiĢ möbidlərdən, Ģahlardan, söhbət 
saldı, hərəsi haqda bir misal gətirib Məzdəkin peyğəmbər deyil Ģah səllənətinə 
düĢmən olduğunu sübut üçün dəlil göstərməyə baĢladı. Dedi: "Əvvəl NuĢirəvanı 
öldürmək istədi, baĢ tutmadıqda sənə əl atdı. Mən tədbir görməsəydim, bu gün səni 
məhv etmiĢdi. Sən nə üçün ona inanırsan? Ona görə ki, oddan səs gəlir?! Mən bu 
kələyin üstünü açmaq üçün tədbir görərəm, Ģaha sübut edərəm ki, od heç kəslə 
danıĢmaz." 
Axırda Ģahı elə inandırdı ki, o tutduğu iĢdən peĢman oldu. Möbid dedi: 
"Sən NuĢirəvana uĢaq gözü ilə baxma. O bütün dünyanı idarə edə bilər. Nə 
məsləhət görsə, elə də et. Ölkənin sizin xanədanın əlindən çıxmasını istəmirsənsə, 
ürəyinin sirrini heç vaxt Məzdəkə vermə." 
Sonra möbid NuĢirəvana dedi: "ÇalıĢ Məzdəkin xidmətçilərindən birini 
ələ gətir, onu mal ilə Ģirnikləndirib od məsələsini aydınlaĢdırsın, birdəfəlik atanın 
ürəyi Ģəkk-Ģübhədən qurtarsın." 
NuĢirəvan bir adam ələ gətirdi, o da gedib bir rahiblə dostluğa baĢladı, 
götürüb bir yol ilə onu NuĢirəvanın yanına gətirdi. NuĢirəvan rahibi xəlvətə
çəkdi, qabağına min dinar qoyub dedi: "Sən bundan sonra mənim dostum və 
qardaĢımsan, nə qədər yaxĢılıq mümkünsə, hamısını sənin haqqında edəcəyəm. 
Ġndi səndən bir Ģey soruĢacağam, düzünü desən bu min dinarı sənə bağıĢlayıb öz 
yaxın adamlarımdan edəcəyəm, yüksək dərəcəyə qaldıracağam, yalan danıĢsan 
baĢını bədənindən ayıracağam." 
KiĢi qorxub dedi: "Düzünü desəm, indi dediklərinə əməl edəcəksən?" 
Dedi: "Edəcəyəm, özü də artıqlamasilə." Sonra NuĢirəvan soruĢdu: "De görüm 
Məzdək nə kələk qurmuĢdur ki, od onunla danıĢır?" 
KiĢi dedi: "Desəm sirri gizli saxlamağı bacararsanmı?" Dedi: 
"AtəĢgədənin ətrafında bir yer var, onun ətrafına divar çəkilmiĢdir, odun ortasında 
isə çox xırda bir baca düzəldilmiĢdir. Hər dəfə ora bir adam göndərib öyrədir ki, 
ağzını odun altında o bacaya qoyub Məzdək nə istərsə onu desin. EĢidənlər də elə 
bilir ki, oddan səs gəlir." 
NuĢirəvan bu sözdən çox sevindi, bildi ki, düz deyir, o, min dinarı ona 
bağıĢladı. 
Gecə olcaq atasının yanına apardı, o da əhvalatı olduğu kimi danıĢdı. 
Qubad Məzdəkin cəsarətinə və hiyləgərliyinə təəccüb etdi. Sonra birdəfəlik ürəyi 
Ģəkk-Ģübhədən azad oldu. Bir adam göndərib möbidi çağırtdırdı, onu təriflədi, 


142 
afərin dedi, sonra əhvalatı danıĢdı. Möbid dedi: "Mən Ģaha demiĢdim ki, bu adam 
fırıldaqçıdır." Qubad dedi: "Ġndi məlum oldu, onu necə öldürmək lazımdır?" Möbid 
dedi: "O sənin peĢiman olduğunu bilməməlidir. Bir də məclis düzəlt, qoy mən 
onunla mübahisə edim, axırda aciz qaldığımı deyim, təslim olduğumu boynuma 
alım, sonra öz yerimə qayıdım. Ondan sonra ƏnuĢirəvan nə məsləhət görsə, onu da 
etmək lazımdır ki, bu iĢə son qoyulsun." 
Bir neçə gündən sonra Qubad böyükləri toplayıb möbidləri çağırdı və əmr 
etdi ki, Parsdan gəlmiĢ möbidlə bir olsunlar. 
Sabahısı hamısı hazır oldıı. Qubad taxta oturdu. Məzdək kürsüyə əyləĢdi. 
Möbidlərin hər birisi danıĢmağa baĢladı. Parslı möbid dedi: "Odun danıĢması 
mənə çox təəccüblü göründü." 
Məzdək dedi: "Qüdrətin sayəsində bu təəccüblü deyildir. Bilmirsənmi, 
Həzrət Musa ə.s. əsasını əjdahaya çevirmiĢ, daĢ parçasından on iki bulaq axıtmıĢ 
və allaha demiĢdir: "Ġlahi, Fironu bütün qoĢunu ilə suda batırıb boğ", allah da onu 
batırmıĢ, hətta torpağı da Musanın ixtiyarına vermiĢdir. O: "Ey toıpaq, Qarunu 
kamına çək!" dedikdə Qarunu udmuĢ, Ġsa ə.s. ölüləri diriltmiĢdir?! Bunların hamısı 
insan qüvvəsindən xaricdir, allahın əmri ilə edilir. Məni də göndərəndə odu 
ixtiyarıma vermiĢdir. Mən də deyirəm, od nə deyirsə, hamısına əməl edin, yoxsa 
allahın qəzəbi tutub, hamınızı məhv edər." 
Parsdan gəlmiĢ möbid ayağa qalxdı və dedi: "Allahın və odun adından 
danıĢan və oda hakim olan bir adama mənim heç bir sözüm ola bilməz, mən onun 
qarĢısında acizəm, artıq cəsarətim çatmır, mən getdim, özünüz bilərsiniz." 
Sonra möbid oradan çıxıb Parsa yola düĢdü. 
Qubad bargahdan durdu, möbidlər dağılıĢdılar. Məzdək sevindiyindən 
atəĢgədəyə getdi ki, yeddi gün oda xidmət etsin. 
Gecə olduqda Qubad NuĢirəvanı çağırıb dedi:" Möbid məni sənə həvalə 
edib getdi, dedi: "Bu məzhəbi aradan qaldırmağı NuĢirəvan bacarar. Bunun üçün 
nə etmək lazımdır?" NuĢirəvan dedi: "Əgər hökmdar bu iĢi mənim öhdəmə 
buraxıb, heç kəsə bir söz deməsə, mən elə bir tədbir görər, onu elə yerinə yetirərəm 
ki, Məzdək və Məzdəkçilərin kökünü dünyadan yox edərəm." Qubad dedi: "Mən 
bu barədə səndən baĢqa heç kəslə danıĢmayacağam." NuĢirəvan dedi: "Parsdan 
gəlmiĢ möbid getdi, Məzdəkin əshabələrinin kefı kökəldi, arxayınlaĢdılar. Ġndi biz 
nə istəsək, onu da edə bilərik. Məzdəki öldürmək asandır. Lakin onun silahlı 
tərəfdarları çoxdur, onu öldürsək, adamları qaçıb ətrafa dağılar, adam toplayıb 
özlərinə möhkəm bir qala tapar, sonra bizə, bizim məmləkətə baĢağrısı olarlar. Biz 
elə bir tədbir görməliyik ki, hamısını birdən öldürək. bir nəfər də canını bizim 
qılnıcdan xilas edib diri qalmasın." Qubad dedi: "Sən bu barədə nə tədbir görmək 
fikrindəsən?" NuĢirəvan dedi: "Tədbir belədir. Məzdək atəĢgədədən çıxıb, Ģahın 
xidmətinə gəldikdə Ģah onun dərəcəsini artırmalı, əvvəlkindən daha çox əzizləyib 
hörmət etməlidir. Xəlvətdə ona deməlidir ki, NuĢirəvan o möbid təslim olduqdan 
sonra xeyli yumĢalmıĢdır, sənə beət etmək meyli var, dediklərindən peĢiman 


143 
olmuĢdur." 
Həftə baĢa çatdıqdan sonra Məzdək Qubadın yanına gəldi, onu çox böyük 
hörmətlə qarĢıladı, əzizlədi, hədsiz-hüdudsuz təriflədi və NuĢirəvanın tapĢırdığı 
kimi danıĢdı. Məzdək dedi: "Adamların çoxunun gözü-qulağı onun him-ciminə 
bənddir, o, bu məzhəbə gəlsə, bütün dünya bu məzhəbə gələr. Mən özüm odu 
vasitəçi salmıĢdım ki, yozdan
240
onu bu məzhəbə gətirsin." 
Qubad dedi: "Doğru eləmisən, o mənim vəliəhdimdir. QoĢun və rəiyyət 
onu sevir, o bu məzhəbə gəlsə, daha heç kəsin bəhanəsi qalmaz; mən onun üçün 
daĢdan minarə tikdirib orada GəĢtasibin 
241
ZərdüĢt üçün düzəltdiyi kimi elə bir 
qızıl qüllə düzəltdirəcəyəm ki, günəĢdən də parlaq olsun." 
Məzdək dedi: "Sən nəsihət et, mən dua, yəqinimdir ki. allah qəbul edər." 
Nə olmuĢdusa gəlib hamısını gecə NuĢirəvana danıĢdı. NuĢirəvan gülüb 
dedi: "Həftə baĢa çatdıqda Ģah Məzdəki çağırıb deməlidir ki, NuĢirəvan dünən gecə 
yuxu görüb qorxmuĢ, səhər tezdən yanıma gəlib belə demiĢdir: "Gördüm böyük bir 
alov məni bürüyür, mən sığınacaq bir yer axtarırdım. Son dərəcə gözəl bir adam 
mənim qabağıma çıxdı. Mən ondan soruĢdum: "Bu od məndən nə istəyir?" Dedi: 
"Bu odun sənə qəzəbi tutmuĢdur, sən onu yalançı adlandırıbsan." Dedim:"Sən 
hardan bilirsən?" Dedi: "Hər Ģeydən xəbəri vardır." Yuxudan ayıldım. Ġndi 
NuĢirəvan atəĢgədəyə getməyə hazırlaĢır; müĢk, ənbər, ud yandırmaq, üç gün oda 
xidmət, Yəzdana sitayiĢ etmək fıkirindədir." 
Qubad Məzdəkə belə dedi. NuĢirəvan elə etdi, Məzdəkin kefi yaman 
kökəldi. 
Bu əhvalatdan bir həftə sonra NuĢirəvan atasına dedi: "Məzdəkə de ki, 
NuĢirəvan mənə etiraf etmiĢdir, bu məzhəbin doğru olduğu ona sübut 
olunmuĢdur, Məzdəkin Yəzdan tərəfindən göndərildiyinə Ģübhəsi yoxdur, lakin 
deyir, adamların çoxu bu məzhəbin əleyhinədir, qorxuram xüruc edib zorla ölkəni 
bizim əlimizdən alsınlar. KaĢ bu məzhəbi qəbul etmiĢ adamların sayını, kimlər 
olduqlarını biləydim. Gücləri varsa, özləri çoxsa, mən də qəbul edərəm, güclənib 
çoxalsınlar, nə lazımsa, onlara verə bilərəm, silah, hərbi sursatla təmin edərəm, elə 
ki, tam qüvvətləndilər, bu məzhəbi açıq təbliğ edib zorla xalqın boynuna qoya 
bilərik. Məzdək dedi: "Bizim sayımız çoxdur." Sən deyərsən: "Siyahısını tut, elə et 
ki, bir adam da yaddan çıxmasın, mən hamısını tanımalıyam." 
Məzdək deyilən kimi edib siyahını Qubadın yanına gətirdi. ġəhərli, 
qoĢunlu on iki min adamın adı var idi. Qubad dedi: "Mən bu gecə NuĢirəvanı 
çağırıb siyahını ona göstərərəm, məzhəbə gəlsə, ĢərtləĢək, sənə belə bildirərəm: 
əmr edərəm təbil vurarlar, Ģeypur çalarlar. Elə hay-küy qopardarlar ki, sən öz 
sarayında olsan belə, Ģeypur və təbil səsini eĢidib NuĢirəvanın dinə gəldiyini 
bilərsən." 
Məzdək evinə qayıtdıqdan, gecə çatdıqdan sonra Qubad NuĢirəvanı 
çağırıb dedi: "Onunla belə ĢərtləĢmiĢik." 
NuĢirəvan dedi: "Çox gözəl Ģərt qoyubsan. Əmr et ki, təbil vursunlar. 


144 
Sabah Məzdəki görcək deyərsən: "NuĢirəvan sənə iman gətirdi, çünki adamların 
siyahısını öz gözü ilə gördü. BeĢ min olsaydı, qənaətləndirməzdi, indi ki, on iki 
min nəfərdir, bütün dünya bizim düĢmənimiz olsa da, indi ki, üçümüz birləĢdik, 
bizə zaval yoxdur." 
Gecədən bir müddət keçmiĢ Məzdək təbil və Ģeypur səsi eĢitdi, çox 
sevindi, dedi: "NuĢirəvan imana gəldi." 
Sabahısı Məzdək bargaha gəldi. NuĢirəvan necə demiĢdisə, Qubad da 
onları Məzdəkə dedi. Məzdək Ģad oldu. Bargahdan qayıtdıqdan sonra Qubad 
gizlicə Məzdəki yanına çağırdı, NuĢirəvan da gəldi, Məzdəkin qabağına qızıl, daĢ-
qaĢ və baĢqa nadir Ģeylər qoydu, bəxĢiĢlər verdi, keçmiĢlər üçün üzr istədi. Sonra
müxtəlif tədbirlər haqqında söhbət açdılar, axırda NuĢirəvan atasına dedi: 
"Sən bu tayfanın hökmdarı, Məzdək allahın peyğəmbəridir, bu tayfanın 
sərkərdəliyini də mənə ver, elə edərəm, dünyada bu məzhəbə gəlməmiĢ bir adam 
belə qalmaz. "Dedi: "Əmr səninkidir." NuĢirəvan dedi: "Ġndi məsləhət belədir ki, 
Məzdək ona beət etmiĢ Ģəhər və qəsəbələrə adam göndərməli, xəbər verməlidir ki, 
bu gündən baĢlayaraq üç aya qədər, yaxından-uzaqdan filan həftənin filan günündə 
bizim saraya toplansınlar. Biz onları silahlandırıb yaraqlandırmaq haqqında tədbir 
görək. Bizim nə ilə məĢğul olduğumuzu heç kəs bilməməlidir. Vəd edilmiĢ gün 
çatdıqda camaatın qabağına süfrə açılmalıdır ki, çörək yedikdən sonra baĢqa saraya 
gedib Ģərab məclisində otursunlar. Hərəsi yeddi qədəh Ģərab içdikdən sonra, əlli-
əlli, iyirmi-iyirmi mənim paltarlarımdan alıb geysinlər, atlanıb yaraqlansınlar, 
hamısı xələt alsınlar. Sonra hamımız birdən, hazır halda xüruc edib, məzhəbi 
aĢkara çıxaraq, dinə gələnlərə aman verək, gəlməyənləri qılıncdan keçirək." 
Qubad və Məzdək dedilər: "Bu düz yoldur." Belə razılığa gəldikdən sonra 
qalxıb getdilər. 
Məzdək hər tərəfə məktub göndərdi, yaxın və uzağa xəbər yolladı ki, filan 
ayın filan günündə hamınız xidmətə gəlməlisiniz. Hamınıza xələt, silah, at, yaraq 
veriləcəkdir, artıq bizim arzumuza çatmaq vaxtımız yetiĢmiĢdir, baĢçımız Ģahın 
özü olacaqdır. 
Müəyyən edilmiĢ vaxtda on iki min adamın hamısı gəlib Ģah sarayına 
toplandı, gördülər elə bir süfrə açılıbdır ki, heç kəs onun mislini görməmiĢdir. 
Qubad taxta oturdu, Məzdək kürsüyə əyləĢdi, NuĢirəvan kəmər bağlayıb 
ayaq üstə durmuĢdu. Bununla göstərmək istəyirdi ki, "süfrə açan mənəm". 
Məzdəkin sevincinin hüdudu yox idi. 
NuĢirəvan hərəni bir süfrənin baĢında oturtdu, hamıya yer elədi. Çörək 
yedikdən sonra qalxıb o biri saraya keçdilər. Elə bir Ģərab məclisi düzəlmiĢdi ki, 
ömürlərində görməmiĢdilər. 
Qubad taxta oturdu, Məzdək kürsüyə əyləĢdi, qalanlar da qayda ilə 
oturdular. Mütriblər çalmağa, xanəndələr gözəl havalar oxumağa baĢladılar. 
Saqilər Ģərab gətirdilər, məclis qızıĢdı. Bir neçə qədəh boĢaldıqdan sonra iki yüzə 
qədər qulam və fərraĢ əllərində ipək və zərbafta bağlamalar gəlib məclisin 


145 
qarĢısında durdular. Bir az keçdikdən sonra ƏnuĢirəvan dedi: "Paltarları o biri 
saraya aparın, bura tünlükdür. Ġyirmi-iyirmi, otuz-otuz ora gedib xələt geysinlər, 
orada qalsınlar. Elə ki, hamısı geyib qurtardı, o zaman Ģah və Məzdək gəlib onlara 
tamaĢa edər, onları nəzərdən keçirərlər, sonra qapını açıb silah paylayarlar." 
NuĢirəvan əvvəldən kəndə bir adam göndərib üç yüz biyar adam istəmiĢdi 
ki, bel və külünglə gəlib bağ-bağatı təmizləsinlər. 
Bu adamlar gəlcək onlan bir meydana yığıb darvazalarını möhkəm 
bağladı və onlara dedi: "Ġstəyirəm bu gün, bu gecə, bu meydanda bir-iki gəz 
dərinliyində çala qazasız, torpağını da yanında saxlayasınız." Qapıçılara əmr etdi, 
çalalar hazır olduqda hamısını tutub saxlasınlar, heç kəsi kənara buraxmasınlar. 
Gecə dörd yüz adamı silahlandırıb, meydandakı sarayda gizlətmiĢ və 
onlara tapĢırmıĢdı: "Elə ki, məclisdən iyirmi, otuz nəfər göndərməyə baĢladım, siz 
onları götürüb meydana aparın, hamısını lüt eləyib torpağa basdırın." 
Paltarsaxlayanlar o saraya getcək qızıl-gümüĢlə bəzədilmiĢ iki yüz yaraqlı at, 
qalxan, zərli kəmər və qılınc gətirdilər. NuĢirəvan dedi: "O biri saraya aparın!" 
Apardılar. Sonra iyirmi-iyirmi, otuz-otuz ayırıb o biri saraya yollayırdı. Oradan da 
meydana aparıb baĢı üstə torpağa basdırırdılar. Beləliklə bu üsulla hamısını məhv 
etdilər. 
Bundan sonra NuĢirəvan atasının yanına gəldi, atasına və Məzdəkə dedi: 
"Hamısına xələt geyindirmiĢəm, meydanda bəzəkli halda durmuĢlar. Qalxınız. 
Onlara tamaĢaya gediniz, dünyada bundan daha gözəl bir mənzərəni heç kim 
görməmiĢdir." 
Qubad və Məzdək qalxıb o biri saraya getdilər. Meydana gəlib diqqətlə 
baxdıqda meydanın havaya qalxmıĢ ayaqlarla dolu olduğunu gördülər. 
NuĢirəvan üzünü Məzdəkə çevirib dedi: "Qabaqda gedəni sən olan 
qoĢunun xələti bundan yaxĢı ola bilməz. Sən gəlmiĢdin ki, malımızı, canımızı 
məhv edib Ģahlığı bizim əlimizdən alasan?! Dayan, bu saat sənə də xələt 
verəcəyəm!" 
Meydanın ortasında bir təpə düzəltdirmiĢ, onun ortasında bir quyu 
qazdırmıĢdı. Əmr etdi, Məzdəki baĢı üstə haman quyuda basdırıb, torpaqla 
doldurdular. Dedi: "Ey Məzdək, öz ümmətlərinə baxıb onlara tamaĢa et!" 
Sonra atasına dedi: "Müdriklərin tədbirini gördünmü? Ġndi məsləhət 
belədir ki, ordu və camaat sakitləĢənə qədər sən bir az evdə oturasan, çünki bu 
fəsad sənin ağılsızlığının üzündən qalxmıĢdı." 
Atasını evdə oturtdu. Əmr etdi, çala qazmağa gətirilmiĢ kəndliləri 
buraxsınlar. Meydanın darvazalarını açdılar ki, qoĢun əhli, Ģəhər, kənd camaatı 
gəlib ona tamaĢa etsinlər. 
NuĢirəvan atasını zəncirlədi, böyüklərini çağırıb Ģahlıq taxtına oturdu, 
səxavət əlini, ədalət qapısını açdı. 
Bu hekayət ondan yadigar qaldı ki, ağıl sahibləri oxuyub yadlarında 
saxlasınlar. 


146 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin