Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə78/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   74   75   76   77   78   79   80   81   ...   100
Siyasetname

Əllinci fəsil 
 
CAVAB VERMƏK, ZÜLM EDĠLMĠġLƏRĠN ġĠKAYƏTLƏRĠNƏ 
BAXMAQ, ƏDALƏTLĠ QƏRAR QƏBUL ETMƏK HAQQINDA 
HəmiĢə saraya çoxlu Ģikayətçi gələr, ərizələrinə cavab almayınca 
getməzlər. Saraya qərib adam, ya elçi gəldikdə bu ah-fəğan və hay-küyü gördükdə 
elə güman edərlər ki, sarayda camaata zülm edilir. Ona görə bu Ģübhə qapısını 
onların üzünə bağlamaq lazımdır. Həm qərib, həm də yeni adamların Ģikayətinə 
qulaq asmaq, oradaca da qərar yazmaq lazımdır. Əmr onlara çatdırılacaq dərhal 
qayıdıb getməlidirlər ki, bu fəryad və hay-küy kəsilsin. 
Hekayət. Deyirlər Yəzdəcürd, ġəhriyar
312
əmirəlmöminin Ömərə (allah 
ondan razı olsun) elçi göndərib dedi: "Dünyada bizim sarayımızdan daha çox 
adamlı saray yoxdur, bizim xəzinəmizdən daha dövlətli xəzinə yoxdur, bizdə olan 
qədər silah heç kəsdə yoxdur." Ömər cavab göndərib dedi: "Doğrudur, sizin 
sarayınızda adam doludur, lakin Ģikayətçilərlə; sizin xəzinə dövlətlidir, lakin haram 


164 
mai ilə; sizin qoĢununuz cəsurdur, lakin fərmana qulaq asmamaqda, dövlət 
gedəndən sonra sayın və silahın nə faydası? Bunların hamısı sizin miskinliyinizə 
və məhv olacağınıza dəlalət edir. Çarəniz odur ki, sizin sultan özü Ģəxsən ədalət 
göstərsin, hamı ona baxıb ədalətli olsun, yersiz tamahkarlıqdan əl çəksin." Sultan 
Mahmud belə etmiĢdi. 
Hekayət. Deyirlər bir tacir Sultan Mahmudun Ģikayət sarayına gəlib onun 
oğlu Məsudun əlindən dad-fəryad edir və deyir: "Mən bir tacir babayam, uzun 
müddətdir Ģəhərdəyəm. Öz Ģəhərimə getmək istəyirəm, lakin gedə bilməyirəm
çünki oğlun altmıĢ min dinarlıq mal alıb, amma pulunu vermir. XahiĢ edirəm, 
Məsudu mənimlə qazi yanına göndərəsən." 
Mahmud tacirin sözündən bərk tutuldu, Məsuda ağır bir xəbər göndərdi və 
dedi: "Ya bu saat tacirin haqqını ver, ya da onunla məhkəməyə get, Ģəriət nə hökm 
edərsə elə də qərar çıxarılsın." Tacir qazinin sarayına getdi, məmur Məsudun 
yanına gəlib, xəbəri Məsuda çatdırdı. Məsud məəttəl qaldı, xəzinədarı çağırıb dedi: 
"Bax gör, xəzinədə nə qədər nağd pul var." Xəzinədar hesablayıb dedi: "Ġyirmi min 
dinar." Dedi: "Götür apar tacirin yanına, hamısını vermək üçün üç gün möhlət 
istə." Məmur dedi: "Sultana de ki, iyirmi min dinarını dərhal verdim, hamısını üç 
gün müddətində ödəyəcəyəm. Mən qəbamı geyib kəmərimi bağlamıĢ, baĢmaqlarım 
ayağımda hazır durmuĢam. Nə buyurur, ali Ģəriət məhkəməsinə gedim, ya yox?!" 
Mahmud dedi: "Həqiqəti bilmək istəyirsənsə, camaatın malını tamam-
kamal etməyincə, mənim gözümə görünməməlisən." Məsud artıq bir söz deməyə 
cəsarət etmədi. Hər tərəfə adam göndərib borc istədi. Əsr namazına yaxın altmıĢ 
min dinar tacirə çatdırıldı. Bu xəbər bütün dünyada sövdəgərlər arasında yayıldı. 
Çin, Xəta, Misir, Məğribdən sövdəgərlər Qəzneynə axıĢıb gəlməyə baĢladılar. 
Dünyada nə qədər zərif və əntiqə Ģeylər vardısa, çəkib Qəzneynə gətirdilər. 
Deyirlər bu zaman fərraĢ mehtərdən tutmuĢ Xorasan rəisi, Ġsfahan əmirinə qədər 
çox az adama rast gəlmək olardı ki, Ģəriət məhkəməsinə iĢi düĢsün. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin