Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə77/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   73   74   75   76   77   78   79   80   ...   100
Siyasetname

Qırx doqquzuncu fəsil 
XƏZĠNƏ TOPLAMAQ VƏ ONU SAXLAMAQ QAYDALARI 
HAQQINDA 
Bütün Ģahların iki xəzinəsi olmuĢdur: biri əsl xəzinə, o biri xərc xəzinəsi. 
Alınan malların çoxu əsl xəzinəyə toplanar, onun az hissəsi isə xərci xəzinəyə 
verilərdi. Zərurət olmayınca əsl xəzinədən xərcləməzlər. Bir Ģey götürüldükdə borc 
kimi götürürlər, əvəzinə nə isə bir Ģey qoyulardı. Bu barədə ehtiyat lazımdır ki, 
gəlir ilə çıxar eyni olmasın. Birdən mala ehtiyac hiss edildikdə ürəyə tappıltı 
düĢməsin, o iĢdə tələsməyə və gecikməyə, əyər-əskiyə yol verilməsin. Xəzinə üçün 
vilayətlərdən yığılası malları heç vaxt dəyiĢmək, təxirə salmaq, həvalə etmək 
olmaz. Elə etmək lazımdır ki, vergilər vaxtında çatdırılsın, bəxĢiĢlər, hədiyyələr, 
maaĢlar, muzdlar yubadılmasın, həmiĢə xəzinə öz qaydasında olsun. 
Hekayət. EĢitdim ki, Əmir AltuntaĢ Sultan Mahmudun baĢ hacibi olanda 
onu XarəzmĢaha baĢ hakim təyin edirlər. Xarəzmə gedir. Xarəzmin əbrəsi
309
altmıĢ 
min, AltuntaĢın donluğu isə yüz iyirmi min dinar imiĢ. Xarəzmə getdikdən bir il 
sonra öz inanılmıĢ adamlarmı Qəzneynə göndərir, məktub yazıb xahiĢ edir ki, 
divandan göndəriləcək altmıĢ min əvəzinə haman qədər Xarəzmdən gələn vergidən 
götürməyi ona icazə versinlər və maaĢdan çıxsınlar. 


163 
Bu zaman ġəms əl-kufət Əhməd Həsən Meyməndi vəzir imiĢ. AltuntaĢın 
məktubunu oxucaq, dərhal cavabında yazır: "Bismillahirrəhman ər-rəhim, əmir 
AltuntaĢ bilməlidir ki, o heç vaxt Mahmud olmayacaqdır.
310
Sən məsul olduğun 
malı heç vaxt qoymayacaqlar ki, səndə qalsın. Vergini toplayıb, sultanın xəzinəsinə 
gətir, qəbz al. Ondan sonra donluğunu istə, qoy Sistana yazsınlar. Aparıb vergini 
orda baratla təhvil verəndə sənin donluğunu da alıb, Xarəzmə gətirsinlər; bəndə ilə 
ağa, Mahmudla AltuntaĢ atasındakı fərq meydana çıxsın". 
ĠĢi nizama salmaq, ordunu qaydada saxlamaq Ģaha xasdır. XarəzmĢahın 
gözü, sözü səhvsiz olmalıdır. O bu xahiĢi ilə ya sultana xor gözlə baxmıĢ, ya 
Əhməd Həsəni xam və avam yerinə qoymuĢdur. Biz ağıllı və kamallı hesab 
etdiyimiz XarəzmĢahın belə bir Ģey yazdığına inana bilmirik. Ġndi ki yazıbdır, üzr 
istəməlidir, çünki hakimiyyətdə öz ağasına Ģərik çıxmağın bəndəyə çox böyük 
xətəri vardır." 
Bu məktubu bir hərbçiyə verib, onu qulamla Xarəzmə göndərdi. AltmıĢ 
min dinarı gətririb xəzinəyə təhvil verdilər, onun əvəzinə həvalə alıb, Bost
311
və 
Sistana apardılar, onun da əvəzinə nar qabığı, mazu (rəng fındığı) pambıq və bu 
kimi Ģeylər verdilər. 
Ölkəni belə dolandırmaq lazımdır. Qaydaya belə riayət etmək lazımdır ki, 
ölkənin mənafeyini bir-birinə bağlayan əlaqələr qırılmasın, xalqın məiĢəti, 
xəzinənin vəziyyəti öz qaydasında olsun, dövlət və rəiyyət malına tamahın kökü 
kəsilsin. 
Gününü qəflət, lağ-lağı və iĢrətdə keçirən Ģahın iĢi get-gedə xarablaĢar, 
sonra tarixdə onun adma pis-pis rəvayət və hekayətlər düzəldərlər. 
Elə Ģahlıq bəyənilər ki, ondan sonra yaxĢı ad qalsın, tərif deyilsin. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin