QEYDLƏR
1. Nasix - nüsxənin üzünü köçürən, mirzə, katib.
2. Əbülfəth Məlik Ģah bin Məhəmməd - səlcuq Ģahlarındandır. 1072-1092-ci
illərdə hökmranlıq etmiĢdir. Bir neçə ləqəbi vardır. Məsələn Ravəndi onun tam
ləqəbini—Əssultan Müizəddin və Əddünya Məlik Ģah bin Məhəmməd; Bondari-
Cəlal əl-dövlə Əbülfət Məlik Ģah b.-Alp-Arsan kimi göstərir.
3. Dörd yüz həĢtad dördüncü ildə - tarix hicri-qəməri ilə göstərilir. Miladi 1091
- 1092-ci ilə uyğun gəlir.
4. Nizamülmülk - MəlikĢahın vaziri, "Siyasətnamə" əsərinin müəllifi. 1092-ci
ildə ismaililər (həĢĢaĢilər) tərəfindən öldürülmüĢdür. Əsrinin son dərəcə müdrik
dövlət xadimi olmuĢdur. Alimləri himayə etmiĢ. Xəyyamın böyük dostu olmuĢdur.
Öz vaxtında dünya Ģöhrəti qazanmıĢ məĢhur Bağdad "Nizamiyyə mədrəsəsinin"-
elmlər akademiyasının banisidir.
5. ġərəfülmülk - tam ləqəbi və adı ġərəfülmülk Əbu Səd Məhəmməd b.Mənsur
b.Məhəmməd əl-1101 Xarəzmidir. Nizamülmülkün yaxın əməkdaĢlarındandır.
494-cü ildə (1100) ölmüĢdür.
6. Tacülmülk - tam ləqəbi və adı Tacülmülk Əbülqənim Əlmərzibai b. Xosrov
Firuzdur. Nizamülmülkdən sonra vəzir təyin edilmiĢdir, lakin vəzirliyi çox
sürməmiĢ. 486 (1093)-cü ildə öldürülmüĢdür.
7. Məcdəlmülk - tam ləqəbi və adı Məcdəlmülk Əbülfəz Əsəd b. Məhəmməd əl
Qumidir. MəlikĢah dövründə yüksək rütbəli dövlət xadimlərindən biri olmuĢdur.
Nizamülmülk vəzirlikdən istefa verdikdən sonra Ģərəfülmülkün yerinə keçmiĢdir.
8. Əlli kitab - kitab indiki vəziyyətdə əlli bir fəsildir. Ümumiyyətlə, müqəddimə
ilə kitabın mətnində, fəsillərin adlarında, tarixi hadisələrin izahatında və baĢqa
məsələlərdə müxtəlif ziddiyyətlər vardır ki, bunlar haqqında müqəddimədə
danıĢılıbdır.
9. Amil - məmur. Vergi toplayan vali, maliyyə iĢləri ilə məĢğul olan dövlət
məmuru.
10. Müqti - iqtidar, torpaq sahibi. Ġqta və iqtidarlar haqqında kitabın V fəslində
geniĢ danıĢılır.
11. Qazi - qazi, hakim, Ģikayətlərə və Ģəri iĢlərə baxan məhkəmə sədri.
12. Xətib - xütbə oxuyan, Ģah fərmanlarını məscidlərdə camaata çatdıran xadim.
13. Möhtəsib - hərfən hesab çəkən deməkdir. Qədim Ģərq ölkələrində asayiĢi
qoruyan, qayda-qanunu pozmağa qoymayan silahli dəstə baĢçısına verilən rəsmi
addır.
14. ġəhnə - burada gecə keĢikçisi mənasında iĢlədilmiĢdir, darğa da
deyilərdi.
15. MüĢrif - burada inanılmıĢ saray məmurları, saray iĢlərini idarə edən, təĢrifat
rəisi mənasında iĢlədilmiĢdir.
16. Sahibxəbər - xəbər sahibi, gizli xəbərləri bilən, xəfiyyə idarəsinin rəisi.
168
17. Münhilər - gizli xəbər toplayanlar, xəfiyyələr, casuslar.
18. Nədim- padĢahın sirdaĢı, onun həmsöhbəti, ən yaxın məĢvərətçisi,
eyĢ-iĢrət dostu, həmpiyaləsi.
19. Müfridlər - burada sarayda saxlanılan xüsusi seçilmiĢ mühalizə
dəstələri, xüsusi Ģah qvardiyası nəfərləri.
20. Əmir-hərəs - Mirqəzəb, cəza verən dəstənin rəisi, baĢ cəllad,
həbsxana rəisi, nəzmiyyə rəisi.
21. Çubdarlar - çubuqsaxlayanlar, çubuqvuranlar, cəza dəstələri. Əmir-
hərəsin adamları.
22. Xüruc - xaricə çıxmaq, baĢ qaldırmaq, üsyan etmək mənasında iĢlədilmiĢdir.
Ümumiyyətlə, qədim ġərq abidələrində müxtəlif hərəkatlar haqqında mənfi
mənada "xüruc", müsbət mənada "zühur" istilahı iĢlədilir. (məsələn: Xərdəcəlin
xürucu. Axərəzzamanm zühuru və s.)
23. Məzhəb - əsərdə dini əqidə, məslək, təriqət, siyasi məqsəd mənasında
iĢlədilir. Ümumiyyətlə mənfilik çaları vardır.
24. Ləhsa - coğrafi yer adıdır. Xəlic-Farsın (Ġran körfəzi) cənub-qərbində, indi
Xofuf adlanır.
25. Məğrib - burada coğrafi yer adı. Ümumiyyətlə Ģimal-qərbi Afrika mənasında
iĢlədilir.
26. Kərmətilər, qərmətilər, muqərmətuyələr- ismaililər təriqətinin bir qolu
hesab edilir. Bir çox tarixi məxəzlərdə qərmətilərlə mübarəkilərin, eləcə də
Qərmətlə Mübarəkin eyni olduğu qeyd edilir. "Siyasətnamə"nin haman fəslində bu
məsələ nisbətən aydın Ģəkildə izah edilir.
27. O hadisə - Nizamülmülkün Bağdada gedərkən 1092-ci ildə öldürülməsinə
iĢarə edilir. Nizamülmülk 485-ci il ramazan ayının 20-də öldürülmüĢdür. 10
oktyabr 1092-ci ilə uyğundur.
28. Qiyas əd-dünya və əd-din- Məhəmməd b. Məlik Ģahın ləqəbidir. Bəzi
ĢərqĢünasların fikrinə görə, "Siyasətnamə" məhz onun dövründə üzü köçürülərək
Ģah xəzinəsinə verilmiĢdir. "Siyasətnamə" kitabının sonunda onun mədhinə
deyilmiĢ qəsidə də bunu göstərir.
29. Ribat- karvansara, mehmanxana.
30. Eynəlkəmal - hərfən kamil, nəzər kəmalə yetmiĢ baxıĢ mənasında olan bu söz
"Siyasətnamə"də bədnəzər, Ģumgöz mənasında iĢlədilərək mənfilik bildirir.
31. Samani - Samanilər sülaləsi nəzərdə tutulur. 875-999-cu illər arasında
hakimiyyət baĢında olmuĢlar.
32. Ġsmail ibn Əhməd- Samani sülaləsinin ən görkəmli hökmdarlarından biri
hesab edilir. Onun dövründə samanilər tam müstəqil dövlət halına düĢərək mərkəzi
Buxara olan qüdrətli bir hakimiyyət yaratmağa müvəffəq olurlar. Buxarada Ġsmail
Samaniyə öz orijinallığı, ornamentin zərifliyi ilə diqqəti cəlb edən bir məqbərə
tikdirmiĢdir. Ġsmail ibn Əhməd 888-907-ci illlər arasında hökmranlıq etmiĢdir.
33. Mavərənnəhr- hərfən nəhrin arxası, suyun arxası. Dənizin arxası deməkdir.
169
Orta əsrlərdə qərbdən Xarəzm dənizi (Aral dənizi), cənubdan Ceyhun (Amu-
Dərya), Ģimaldan Seyhun (Sır-Dərya), Ģərqdən Fərqanə ilə əhatə olunan sahəyə
deyilərdi. Çayın arxasındakı ölkə mənasında da iĢlədilmiĢdir.
34. Yəqub Leys - tam adı və ləqəbi Yəqub ibn Leys əs-Səffardır. Səffarilər
sülaləsinin banisi hesab edilir. 862-ci ildə hakimiyyəti ələ keçirmiĢ, 878/79-cu
illərdə ölmüĢdür.
35. Sistan - orta əsrlərdə Ġranın Ģərqində vilayət adı. Sistan Ģimaldan
Xorasan, Ģərqdən Əfqanıstan, cənubdan Mokran, qərbdən Kermanla həmsərhəd idi.
36. Ġsmaili təriqəti - XI əsrdə meydana çıxmıĢ Ģiə təriqətlərindən
birinin adıdır. Həmin əsrin sonunda ismaililər dini təriqətdən çox
silahlı bir təĢkilata çevrilmiĢ və Səlcuq dövlət baĢçılarına qarĢı sui-
qəsdlər etmiĢdilər. Ehtimala görə, Nizamülmülkü də onlar
öldürmüĢlər.
37. Əbbasilər, Abbasilər - ərəb xəlifələri sülaləsidir. 750-ci ildən 1258-ci ilə
qədər hakimiyyət baĢında olmuĢlar, özlərinin mənĢəyini Məhəmmədin əmisi
Əbbas ilə bağlayırlar. Cəmisi 37 xəlifə olmuĢdur. Bağdad Ģəhəri bu sülalədən olan
ikinci xəlifə Mənsurun (754-775) dövründə yaradılmıĢ və xilafətin mərkəzinə
çevrilmiĢdir.
Dostları ilə paylaş: |