Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə83/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   79   80   81   82   83   84   85   86   ...   100
Siyasetname

105. Xəvaricliər, xaricilər - islamın ilk vaxtlarında ərəb aristokratiyasına qarĢı
çevrilmiĢ hərəkat tərəfdarlarına verilən addır. Lüğəvi mənası "yağı", "üsyankar", 
"həddini aĢmıĢ", "cızığından xaricə çıxmıĢ" deməkdir. Xəvaricilər sünni və Ģiələrin 
əleyhinə olaraq xəlifənin yalnız QüreyĢ, yəni Məhəmınəd qəbiləsindən deyil, 
baĢqa tayfalarından ola biləcəyini müdafiə edir. Quran ehkamlarının əbədiliyini 
Ģübhə altına alırdılar. Xaricilərin fikrinə görə xəlifənin yürütdüyü siyasət 
əksəriyyətin mənafeyinə uyğun gəlmədikdə onu dəyiĢdirmək, hətta öldürmək də 
olar. Bir sıra tarixçilərin fikrincə, üçüncü xəlifə Osmanı və dördüncü xəlifə Əlini 
məhz xəvaricilər öldürmüĢlər. Bəzilərinin fikrinə görə, Əliniyə qarĢı "xüruc" 
etdikləri üçün "xaricilər", ―xəvaricilər", adlanmıĢlar. 
106. Somnat - Hindistanda yer adı. Bu zaman Sultan Mahmud Somnat və 
Sumnatda idi. 
107. Qasid - orta əsrlərdə xəbər, kağız aparan adam, çapar. Qasidlik, Ģah 
saraylarında vəzifə hesab edilərdi, fərmanların bir Ģəhərdən baĢqa Ģəhərlərə 
çatdırılması xüsusi qasidlər vasitəsilə yerinə yetirilərdi. 
108. Xarvar - çəki vahidi, 100 batman. Təqribən 297 kq-a bərabərdir. 
109. Zubin - ikibaĢlı nizə. 
110.  Əbülfəz Səkzi – Əbülfəzl Nəsr b. Xələf- Sistan hökmdarı olmuĢ, ona görə 
də Səkzi ləqəbi almıĢdır. 1072-ci ildə vəfat etmiĢdir.
111. Alp-Arslan - Səlcuq hökmdarlındandır. 1063 -1072-ci illərdə hakimiyyət 
baĢında olmuĢdur. 
112. Pərviz - Xosrov II Pərviz Sasani Ģahlarındandır. 590-623-cü illər arasında 


174 
hakimiyyət baĢında olmuĢdur. 
113. Bəhram Çubin - Xosrov II Pərvizin dövründə dövlət xadimi olmaqla bərabər 
həm də böyük sərkərdə olmuĢdur. 591/92-ci illərdə öldürülmüĢdür. 
114. Sərəxs, Serəxs - Orta Asiyanın cənubunda, Ġran sərhəddində yer adı. 
115. Qürrabe - burada mirvari saxlanılan xüsusi küp mənasında. 
116. Gəz ,zər - uzunluq ölçü vahidi, dörd çərəkə, təqribən, 1.04 m-ə bərabərdir. 
117. Nəqib - burada qasidlərin qayğısına qalan məsul vəzifə sahibi nəzərdə 
tutulur. Sasanilər dövründə qasidlərin iĢini nizama salan xüsusi vəzifəli adamlar 
var idi. Nizamülmülk "keçmiĢ adətlərə görə"-deyərkən onlara iĢarə edir. 
118. Rud - xüsusi musiqi aləti adıdır. Qədim Ģah saraylarında ud ilə bir yerdə 
çalınardı. Burada ümumiyyətlə, musiqi nəzərdə tutulur. 
119. Lövhə və qələm - yəni yazılan və yazan Ģeylərin hamısı, alına yazılanlar və 
yazanlar. 
120. Fələk və təxc - göy və yer, çərxi-fələk, talle və bəxt. 
121. Xətt, xət - Ġran körfəzində, Bəhreyndə ƏrdəĢir babəkan tərəfindən əsası 
qoyulmuĢ bir Ģəhərin adıdır. Nizə düzəltmək üçün burada bitən qamıĢlardan 
istifadə edilərdi. 
122. ġəmsülmülk Nəsr b. Ġbrahim - Qaraxani sülaləsindəndir. 1067-1079-cu illər 
arasında hakimiyyət baĢında olmuĢdur. 
123. Rafizi - Əlini birinci xəlifə hesab edib Əbu Bəkr, Ömər və Osmanın 
xəlifəliyini rədd edən Ģiələri sünnilər belə adlandırırdılar. Səlcuq hökmdarları 
rafiziləri təqib edir, onları bərk cəzalandırırdılar, ona görə Nizamülmülk özünün 
rafizi adlandırılmasından belə təĢviĢə düĢmüĢdür. 
124. Çikililər - Orta Asiyada yaĢayan tayfalardan birinin adıdır. Onların yerli və 
ya gəlmə olmaları haqqında tarixçilər arasında müxtəlif fikirlər vardır. 
125. Bistiqane - hərfən iyirmilik, iyirmi-iyirmi, iyirmiyana, iyiyrmiyə görə, iyirmi 
haqqı və s. mənasındadır. Bəziləri "Bistiqane"ni hər iyirmi gündən bir verilən 
maaĢ, bəziləri iyirmi adama birlikdə verilən maaĢ kimi izah edir. Bizim fikrimizə 
görə, səlcuqilər dövründə hərbi dəstələrin ən az sayı (bölmə) iyirmi əsgərdən ibarət 
olduğundan, sonralar türk ordularında "onbaĢılar", "yüzbaĢılar" olduğu kimi, o vaxt 
da "iyirmibaĢılar" olmuĢdur. Ona görə də "bistiqanc" hər iyirmi əsgərə, iyirmi 
gündən bir verilən maaĢ kimi izah edilərsə, həqiqətə daha yaxın olar. 
126. Samanilər- bax: 31 
127. Rikab - müĢayiət dəstəsi. ġah, sultan, xaqanları müĢayiət edən xüsusi silahlı, 
süvari dəstələr, qvardiya dəstələri. 
128.  Zindənic qəbasi - birinci il xidmətdə olan qulamlara verilən xüsusi parçadan 
tikilmiĢ geyim. "Zindənic" sözü Buxara Ģəhərinin yanında olan Zindənə kəndinin 
adından götürülmüĢdür. Bu paltaıiarın parçası həmin kənddə hazırlandığından ona 
"zindənici" adı verilmiĢdir. 
129.  VisaqbaĢı - yeddi il qulamlıqdan sonra verilən addır.Yalnız bu adı aldıqdan 
sonra qulamın baĢqa (birdən üçə qədər) qulamlar üzərində böyüklük etməyə 


175 
ixtiyarı var idi. 
130.  Darai-qəba - beĢ il qulluq etdikdən sonra qulama verilən xüsusi paltarın 
adıdır. Orta əstiər Ġran qoĢunlarında belə xüsusi geyim adlarına tez-tez təsadüf 
edilir (müq.et. sərdari-hərbi geyim, pəhləvi-xüsusi papaq və s.). 
131.  Xələc - coğrafi yer adı. Müxtəlif məxəzlər müxtəlif yerlərdə olduğunu 
göstərir. Məsələn, hüdud-ül-aləm xələcilərin Bəlxdə, Toxaristan, Bost və 
Guzğanda olduğunu göstərir. "Siyasətnamə"də Türkmənistana yaxın olduğu 
deyilir. 
132. Amuyə - Ceyhun çayı vadisindədir. Ġndiki Cərcə Ģəhəri yaxınlığında 
olmuĢdur. Səhra Amol Ģəhərindən baĢlayaraq Ceyhun (Amu-Dərya) çayının 
sahilinə qədər uzanarmıĢ. 
133. Əhməd ibn Ġsmail - Sasani hökmdarlarındandır. 913/14 illərdə hakimiyyət 
baĢında olmuĢdur. 
134. Nəsr ibn Əhməd - Samani hökmdarlarındandır. 913-942 ci illər arasında 
hakimiyyət baĢında olmuĢdur. 
135. Nuh, Nuh ibn Nəsr Samani hökmdarlarındandır. 942/43-cü -954/55-ci illər 
arasında hakimiyyət baĢında olmuĢdur. 
136. Mənsur ibn Nuh - Samani hökmdarlarındandır. 954/55-961/62-ci illər 
arasında hakimiyyət baĢında olmuĢdur. 
137. Xottalyan, Xotlan - Orta Asiyada yer adı. 
138. Ləvik - Bu adamın adı müxtəlif məxəzlərdə müxtəlif Ģəkildə göstərilmiĢdir. 
Məsələn: Ənuk, Kubak, Komik və s. Biz əlimizdə olan abidədəki yazılıĢı 
saxlamıĢıq. 
139. Bikapür - Bicapür, Qucrali vilayətində Ģəhər adıdır. 
140. Bu-Cəfər - Əbu-Cəfər Məhəmməd bin Nəsr. 962-ci ildə Alptəkinə qarĢı 
vuruĢan ordunun sərkərdəsi olmuĢdur. Nuhun qardaĢıdır. 
141. Sultan Toğrul - Səlcuq dövlətinin hökmdarı. 1033-1063-cü illər arasında 
hakimiyyət baĢında olmuĢdur. 
142. Yüzkənd - Orta Asiyada, Səmərqənd vilayətində yer adı. 
143. Ənbiya - peyğəmbərlər, elçilər deməkdir. Təki "nəbi", cəmi "ənbiyə" 
olmuĢdur. Burada peyğəmbərlərin tərcümeyi-halları Ģərh edilən "əmbiyanamələr" 
nəzərdə tutulur. 
144. Tur, Sina dağı - Dini rəvayətə görə , Musanın allah ilə naz-niyaza getdiyi 
dağın adıdır. 
145. Haman - Fironun vəzirinin adıdır.(səh.l73) 
146. HaĢimi - HaĢimilər Məhəmmədin mənsub olduğu ərəb qəbiləsinin adıdır. 
Adını Məhəmmədin ulu babası HaĢim b. Əbd-Mənafdan götürmüĢlər. 
147. Xordadbeh - Əbdül Qasim Ubeydullah b. Əhməd b. Xordadbeh dövrünün 
görkəmli alimlərindən olmuĢdur. 
148.  PərvizĢah-bax:112 
149.  Bazeyd, Bazid - məĢhur musiqiĢünas, sazandar Barbəd nəzərdə tutulur. 


176 
Xosrov Pərviz sarayında Barbədin Ģöhrəti çox böyük olmuĢ və ġərq ədəbiyyatında 
ona layiq yer verilmiĢdir. 
150. Samani - bax: 31 
151. Kəsra - Sasani Ģahlarına, xüsusilə ƏnuĢirəvana verilən ləqəb. 
152. Bəkrək - tarixi Ģəxsiyyət kimi hələlik müəyyən edilməmiĢdir. Rəvəndi 
Bəkrəkin Alp-Arslan sarayında hacib olduğunu göstərir. MəĢhur fransız ĢərqĢünası, 
"Siyasətnamə"nin ilk naĢirlərindən biri ġ.ġefer Bəkrəkin Alp-Arslanın türk 
qullarından olduğu fikrini irəli sürür. Ġran alimi, "Siyasətnamə"nin fars 
naĢirlərindən Məhəmməd Qəznəvini isə onun adının qarĢısına sual qoyaraq 
Bəkrəkin ona mə'lum olmadığını etiraf edir. "Siyasətnamə"ni ruscaya tərcümə 
etmiĢ prof. B.N. Zaxoder isə ġeferin fikrini qəbul edir. 
153. Bozorcmehr - Bozorgmehrin ərəbləĢmiĢ formasıdır. ƏnuĢirəvanın vəziri 
olmuĢdur. Guya bir çox əxlaqi və tərbiyəvi əsərlərin müəllifidir. "Kəlilə və 
Dimnə"dəki "Təbib Bərzuye" fəslinin də onun tərəfindən yazıldığını deyirlər. 
154. Carçı - car çəkən, hökmdarın əmrləri, mirqəzəbin görəcəyi iĢlər haqqında, 
bərkdən qıĢqırıb, car çəkib camaatı xəbərdar edən adam. 
155. Zeyd bin Əsləm - Xəlifə Ömərin əshabələrindən birinin adıdır. Sonra Ömər 
ona azadlıq və sərbəstlik vermiĢdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin