Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə81/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   77   78   79   80   81   82   83   84   ...   100
Siyasetname

 38. Batinilər - dini təriqat adıdır. Müxtəlif yerlərdə müxtəlif cür adlandırdılar. 
Məsələn, Qum, KaĢan, Təbəristan, Səbzvar, Mavərannəhr, Qəzvin, Bağdadda-
qərmətilər; Kufədə-mübarəkilər Reydə-xələfilər; Corcanda-müxəmmirilər; Ləhsa, 
Bəhreyndə-cənnabilər; Məğribdə-seyidilər, digər yerlərdə daha baĢqa cür 
adlandırdılar. Batinilər təbliğ etdikləri təlimat və görüĢləri baxımından qərmətilərə 
yaxın olsalar da fərqli cəhətləri də var idi. 
39.  Mülhid - burada kafir, dinsiz, yolunu azmıĢ, yolundan dönmüĢ mənasında 
iĢlədilmiĢdir. BaĢqa mənaları da vardır. Bir sıra mənbələrdə ismaililərə məlahidə 
adı verilmiĢdir. 
40.  Sünn, sünnə - Məhəmmədin ölümündən sonra ona təqlid əsasında, onun 
adından yaradılmıĢ və Quranda olmayan Ģəri qanun, adət, ənənə və qaydalar. Sünn 
üçün Quranın dedikləri məcburi deyildir. Ona görə Sünn ilə Quran ehkamları 
arasında bəzən kəskin ziddiyyətlər əmələ gəlirdi. Sonralar Sünnü müdafiə edib 
yerinə yetirənlər sünni adlandılar. 
41.  Qulunc - mədə-bağırsaq xəstəliyi. 
42.  Amu- Amu-Dərya, Ceyhun çayı nəzərdə tutulur. 
43.  Batman - çəki vahidi. Ġranda iki cür batman iĢlədilmiĢdir 1) adi batman, 2) 
Ģah batmanı. Batman dörd çərəyə, o da təqribən 2,969 kq-a bərabərdir. ġah batmanı 
iki adi batmana, yəni 5, 938 kq-a bərabərdir. 
44.  Qubad Ģah - tam adı və ləqəbi Qubad b. Firuzdur (488-531). Məzdəkə rəğbət 
bəsləmiĢdir. Lakin sonra oğlu I Xosrov ƏnuĢirəvanın təhriki nəticəsində 
hakimiyyətdən əl çəkmiĢ, Məzdəkdən üz döndərmiĢdir. 
45.  Beytülmal - islamın ilk dövrlərində xüsusi dini xəzinəyə verilən addır. 


170 
Həmən dövrdə müsəlman olmayanlardan zorla alınmıĢ qəzəvatlarda zəbt edilmiĢ 
mallar bu xəzinəyə toplanar, sonradan lazım olduqda ehtiyacı olan müsəlmanlara 
paylanarmıĢ. 
46.  Axırıncı fəsil - sərlövhənin nə üçün belə adlandırıldığı mətndən məlum 
olmur. Tehran çapında həmin sərlövhə yoxdur. 
47.  RastrəviĢ, Rast RəviĢ - lüğəti mənası "düzrəftar","düzgetmə","düz" (adam) 
deməkdir. Lakin adının lüğəti mənasının tam əksinə olaraq həmin RastrəviĢ vəzir 
çox kəcrəftar, əliəyri, rüĢvətxor imiĢ. Nizamülmülk sözün lüğəti mənası, vəzirin 
nalayiq hərəkətləri təzadından bədii üslub kimi məharətlə istifadə etmiĢdir. 
48. Fərsəng, fərsəx - məsafə ölçü vahidi. Təqribən 6, 24 km-ə bərabərdir. 
49.  Sədəqə - burada vergi mənasında iĢlədilmiĢdir. Dinavərinin verdiyi məlumata 
görə, Sasanilər dövründə də camaatdan dini idarələrin xeyrinə olaraq "sədəqə" 
toplayan məmurlar var imiĢ. Ümumiyyətlə, orta əsrlərə aid yazılmıĢ tarix 
kitablarında dəvə, mal-qara, qoyun-quzu sürülərinə gorə xüsusi "sədəqə" vergiləri 
alındığı qeyd olunur. 
50. KəjrəviĢ, KəcrəviĢ - əyrirəftar, yolunu əyri gedən, yolunu azmıĢ mənasındadır. 
RastrəviĢə qarĢı qoyulur. 
51. Sərhəng - indi polkovnik deməkdir. Orta əsrlərdə müxtəlif hərbi rütbələr 
mənasında iĢlədilmiĢdir. "Siyasətnamə"də zabit sözü yerinə iĢlədilir. 
52. Zəim - torpaq sahibi, mülkədar. 
53. Xəritə - burada zərf, məktub saxlanan çanta, məktub qutusu, kağız və məktub 
qovluğu mənasında iĢlədilmiĢdir. 
54.  Dəbir - katib, yazı iĢlərini aparan, sonralar münĢi adlanmıĢlar. 
55. Mütəsərrif - burada maliyyə, təsərrüfat iĢləri ilə məĢğul olan məmur nəzərdə 
tutulur. 
56. Haciblər hacibi - saray iĢlərini nizama salan məmurların (haciblərin) baĢçısı 
deməkdir. X əsrdə irəli çəkilmiĢ qulamlara verilən adlardan biridir. Onlara sarayda 
müxtəlif iĢlər tapĢırılardı: təĢrifat iĢləri, rəsmi qəbulun təĢkili, sarayın, 
hərəmxananın mühafizəsi və s. də çox zaman onların öhdəsinə qoyulardı. 
57. "Ay səni görək pir olasan"- orijinalda "azad-mərd" sözü iĢlədilmiĢdir. Bu 
sözün müxtəlif mənası vardır. Lakin biz burada onun lüğəvi mənasını deyil, mətn 
mənasını nəzərə alaraq, tərcümə etmiĢik. 
58. Əristatalis- məĢhur yunan alimi Ərəstu-Aristotel (er.əvvəl 384-322) nəzərdə 
tutulur. 
59. Məzdək - V əsrin 80-cı illərində feodal istismarına qarĢı qalxmıĢ xalq 
hərəkatının baĢçısı. Bu hərəkat tarixdə "Məzdək hərəkatı" adı altında məĢhurdur. 
Məzdək insanlar arasında tam bərabərlik ideyalarını təbliğ edirdi. 
60. Bədrə - içərisində 10.000 dirhəm və ya 7.000 dinar pul olan kisə. Orta əsrlərdə 
xüsusi pul vahidi yerində iĢlədilirdi. 
61. Sipəhsalar - hərbi rütbə və dərəcədir. Müxtəlif mənalarda iĢlədilmiĢdir. Bəzi 
mənbələrdə ali komandan, baĢ sərkərdə, general, bəzilərində isə ümumiyyətlə, 


171 
sərkərdə mənasında iĢlədilmiĢdir. Samanilər dövlətində hərbi vəzifə olaraq baĢ 
komandan demək idi. "Siyasətnamə"də hərbi dərəcə kiıni iĢlədilmiĢdir. 
62. Mədayin – Ümumiyyətlə mədinə (Ģəhər) sözünün cəmi olaraq Ģəhərlər 
deməkdir. Burada sasanilərin paytaxtını bildirir. ƏnuĢirəvan burada otururdu. 
Xaqaninin məĢhur "Mədayin xərabələri" Ģeri də həmin Ģəhərə həsr edilmiĢdir. 
63. Batman - bax:43. 
64. Mobid, Mobəd - zərdüĢt ruhaniləri arasında xüsusi vəzifə idi. Kahin, rahib 
mənasını da verir. 
65. Min-min dinar - bir milyona bərabərdir. Ġki dəfə min-min dinar, yəni iki 
milyon dinar. Görünür, bu kitab yazılan dövrdə minliklərdən yuxarı hesab 
iĢlədilmirmiĢ. 
66. Fərras - ədliyyə məmuru, Saray xidmətçisi, xidmətçi. 
67. Əcəm - ümumiyyətlə, ərəb sözünə qarĢı qoyularaq "ərəb olmayan" 
mənasındadır. Burada "Fars", "Ġran" mənasında iĢlədilmiĢdir. Əcəm hökmdarları, 
yəni Fars hökmdarları. 
68. Mehrcan, Mehrqan - Mehr ayının altıncı gününün adıdır.(Sentyabr ayının 
21-22-nə uyğun gəlir). Baharda, martın 21-22-də Novruz bayramı hesab edildiyi 
kimi, payızda gecə-gündüz bərabər olduqda da haman gün Mehrqan adı altında 
bayram edilərdi. Mehrcan ərəbləĢmiĢ formadır. 
69. Münadi - nida edən. Carçı, Ģah fərmanın meydanlarda bərkdən oxuyub 
camaata çatdıran. Sasani dövründə xüsusi məmura verilən addır. 
70.  ƏrdəĢir - Sasani sülaləsinin banisi ƏrdəĢir Babəkan nəzərdə tutulur. ƏrdəĢir 
224-cü ildə hakimiyyəti ələ almıĢ, 241-ci ildə ölmüĢdür. Sasanilərin hökmranlığı 
652-ci ilə qədər davam etmiĢdir. 
71. Yəzdcord - Yəzdqord sözünün ərəbləĢmiĢ formasıdır. Yəzcord sasanilərin son 
padĢahı olmuĢdur. 652-ci ildə öldürülmüĢdür. Ondan sonra Ġranda ərəb hakimiyyəti 
baĢlamıĢdır. 
72. Umare bin Həmzə - Bəsrə, Əhvaz və Farsın valisi olmuĢdur. 814-cü ildə 
ölmüĢdür. Xəlifə Vasiq 842-847-ci illərdə xilafətdə oturmuĢdur. Bu zaman artıq 
Umare vəfat etmiĢdi. Belə tarixi ziddiyyətlər "Siyasətnamə"də olduqca çoxdur. 
73. Xəlifə Vasiq - ərəb xəlifələrindəndir. 842-847-ci illər arasında hakimiyyət 
baĢında olmuĢdur. 
74. Tazik - orijinalda bu söz, bir sıra məxəzlərdə olduğu kimi, "tazi" ərəb 
sözündən deyil, "taci" - "tacik" mənasında iĢlədilmiĢdir. Mətndən də "tazik"-
"tacik"in ərəb dili bilmədiyi aydın qeyd edilir. 
75. Ġmam - burada hamıdan qabaqda durub bərkdən namaz qılan adam mənasında 
iĢlədilmiĢdir. Qaydaya görə dalda duranların haınısı onun dediyini təkrar etməli 
idilər. 
76. Qoca türk - orta əsrlərdə, xüsusilə X-XII əsrlərdə inzibati vəzifələrin bir 
qismi, əsasən nizam-intizam, əmin-amanlığın, asayiĢin qorunması türk 
qulamlarından təĢkil olunmuĢ dəstələrə tapĢırılardı. Bunların baĢında qoca, 


172 
təcrübəli bir adamın qoyulmasına böyük əhəmiyyət verilərdi. 
77. Sultan 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin