129
əlindən qaça bilmiĢəm.
‖
Keykavusun SiyavuĢa qəzəbi tutdu, o dərəcəyə çatdı ki. SiyavuĢa dedi:
"Gərək sən oda and içməklə öz günahsızlığını sübut edəsən, yalnız bundan sonra
mənim sənə ürəyim yatar." SiyavuĢ dedi: "Fərman Ģahındır,
nə əmr edərsə, mən
ona hazıram.
,,
Sonra səhrada od qaladılar ki, yarım fərsəng məsafəni
tutdu, od vurdular,
qızıĢdıqda alov dağ qədər yüksəyə qalxdı. Bu zaman SiyavuĢa dedilər: ― Buyur oda
gir." SiyavuĢ ġəbrəngə
230
minmiĢdi, allaha təvəkkül deyib, atı oda vurdu, görünməz
oldu. Bir az keçmiĢdi ki, alovun o biri tərəfindən sağ-salamat çıxdı, allahın əmri ilə
nə bədənində bir tükü yanmıĢ, nə ata bir ziyan dəymiĢdi. Möbidlər o oddan götürüb
atəĢgədəyə apardılar, hələ indi də bu od yanmaqdadır, çünki həqiqətə hökm
vermiĢdi. Bu hökmdən Sonra Keykavus Bəlxin əmrliyini SiyavuĢa verdi, ora
göndərdi.
Südabənin məsələsinə görə SiyavuĢun ürəyi atasından incimiĢdi, iztirab
çəkir, ürəyindən Ġrandan qaçmaq, Hindistan, Çin, Maçinə keçmək arzusu keçirdi.
Əfrasiyabın vəziri Piran SiyavuĢun ürək sirrindən xəbər tutduqda onun yanına
gedib Əfrasiyabın dilindən SiyavuĢu dəvət etdi, ona yaxĢı vədələr verdi, razı saldı,
əhd-peyman bağladı və dedi: "Ev bir, hər iki inci birdir.‖
Əfrasiyab onu bütün övladlarından artıq əzizləyəcək, nə vaxt atası ilə
barıĢıb Ġrana
getmək istəsə, Əfrasiyab vasitəçilik edəcək, Keykavusla saziĢə
gələcək, Sonra onu min hörmət və izzətlə atasının yanına göndərəcəkdir."
SiyavuĢ Bəlxdən Türküstana getdi. Əfrasiyab qızını ona verdi və onu
əzizlədi, buna Əfrasiyabın qardaĢı Kərsivəzin paxıllığı tutdu, SiyavuĢu Əfrasiyabın
yanında günahkarlandırdı. SiyavuĢ günahsız idi və Türküstanda öldürüldü. Ġrana
ah-Ģivən düĢdü, göz yaĢları axıdıldı, pəhləvanlar qəzəblənməyə baĢladılar. Rüstəm
Sistandan paytaxta getdi, icazə almadan Keykavusun ġəbistanına gedib Südabənin
saçlarından tutdu, sürüyə-sürüyə küçəyə çıxarıb, bədənini doğram-doğram etdi.
Heç kəs də cəsarət etmədi, desin ki, pis hərəkət etdin.
Sonra müharibə kəmərini belinə bağlayıb SiyavuĢun intiqamını
almağa
getdi. Uzun illər vuruĢdu, hər iki tərəfdən minlərlə baĢ vurulub yerə töküldü.
Bunların hamısı ərinin üzərində ağalıq edən Südabənin ucbatından oldu.
Ġradəli kiĢilər, qüdrətli Ģahlar həmiĢə düz yol seçmiĢ, elə etmiĢlər ki,
qadınlar və zəitlər onların sirlərindən xəbər tuta bilməmiĢlər. Elə etmiĢlər ki,
onların məsləhət, əmr və Ģıltaqlıqlarının qarĢısı alınmıĢ, ağalıq etməyə imkanları
olmamıĢdır. Necə ki, Ġsgəndər haqqında damĢırlar.
Dostları ilə paylaş: