Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə60/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   56   57   58   59   60   61   62   63   ...   100
Siyasetname

Hekayət. Vəziri Sahib əbbad olan Fəxrəddövlənin dövründə Bozorcəmid 
adlı dövlətli bir gəbr var idi, o, Təbərək
214
dağında özünə bir sotudan
213
tikdirmiĢdi, 
bu gün də orada durur, indi adına "dideyi-süpəhsalaran"
216
deyirlər, Fəxrəddövlə 
günbəzinin yuxarısına qoyulmuĢdur. Bozorcomid o sotudanı, o dağın kəlləsində o 
örtüklə hazırlamaq üçün çoxlu qızıl xərcləmiĢ, böyük əmək sərf etmiĢdi. Bir kiĢi 
var idi, adına Baxorasan
217 
deyərdilər. Sotudan hazır olan günü bir bəhanə ilə onun 
üstünə çıxıb ucadan namaz qılmağa baĢladı. Sotudan batil
218
oldu. Ondan Sonra 
sotudanın adını "dideyi-süpəhsalaran" qoydular. ĠĢ belə gətirdi ki, Fəxrəddövlə 
zamanının sonlarında xəbərçilər xəbər verdilər ki, hər gün qırx adam Ģəhərdən 
çıxıb bu "dideyi-süpəhsalaran"a gəlir, gün batana qədər orada qalır, sonra enib 
Ģəhərə dağılıĢırlar. Biri onlardan soruĢanda ki:"AxĢama qədər siz orada nə 
edirsiniz?" Cavab verirdilər ki:"TamaĢaya gedirik.,, 
Fəxrəddövlə əmr etdi: "Onları mənim yanım gətirin! Onlardan hər nə 
görsəniz, mənə xəbər verin." 
Saray adamlarından bir dəstə gedib o dağa çıxmaq istədilər, bacarmadılar. 
O "didenin" altında qıĢqırdılar. Onlar eĢidib aĢağı baxdılar, Fəxrəddövlənin 
hacibini bir neçə yaxın adamı ilə gördülər. Nərdivan salladılar. Hacib və adamları 
yuxan qalxdılar. Baxdılar, Ģahmatın düzüldüyünü, nərdin açıldığını, ortada 
davat
219
, qələm, kağız, süfrə, su kuzəsinin olduğunu gördülər. Hacib dedi:"Sizi 
Fəxrəddövlə çağırır." Fəxrəddövlənin yanına gəldilər. Qəzadan Sahib Kafi
220
də 
orada idi. Onlardan soruĢdu: 
"Siz kimsiniz və nə üçün hər gün bu didenin üstünə çıxırsınız?" 
Dedilər:"TamaĢaya." Dedi:"TamaĢa bir gün, iki gün olar. Siz çoxdan bu iĢi gizli 
saxlayırsınız. Doğrusunu deyin görək, siz nə iĢlə məĢğulsunuz?" Dedilər:" Heç 
kəsdən gizli deyildir, biz nə oğruyuq, nə qatilik, nə bir adamın arvadını, nə övladını 
aldatmıĢıq, nə də bir adam bizdən Fəxrəddövlənin yanına Ģikayətə getmiĢdir. Əgər 
Ģah bizə aman versə, biz deyərik ki, kimik". Fəxrəddövlə dedi:" Canınıza və 
malınıza aman verirəm." Sonra and içdi. Onlar dedilər: "Biz dəbirlər və 
təsərrüfatçılarıq. Bu dövlətdən məhrum olub iĢsiz qalmıĢıq, heç kəs bizə bir vəzifə 
vermir. Hayımıza qalmır. EĢidirik Xorasanda Mahmud adlı bir Ģah meydana 
çıxıbdır, alimlərin, fazillərin xəridarıdır, onları məhv olmağa qoymur. Ġndi biz 
könlümüzü ona vermiĢik, ümidimizi bu ölkədən üzmüĢük. Hər gün ora gedib 
dünyadan Ģikayətimizi orada müzakirə edir, dərdimizi bir birimizə deyirik. Kim 
yoldan keçirsə, ondan Mahmudu xəbər alırıq. Xorasanda olan yoldaĢlarımızla 
yazıĢır, onlardan xahiĢ edirik ki, kömək etsinlər, Xorasana gedək, külfətimiz çox, 
vəziyyətimiz ağırdır. Zərurət üzündən doğma vətəni tərk edirik. Ġndi fərman 


122 
hökmdarındır." 
Fəxrəddövlə bu sözü eĢitdikdə üzünü Sahibə çevirib dedi:"Bu barədə nə 
deyə bilərsən, indi biz onlara nə etməliyik?" Sahib dedi: "ġah onlara aman 
vermiĢdir. Qələm sahibidirlər, məĢhur adamdırlar, nəcib aibdəndirlər. Bəzilərini 
tanıyıram. Bunlar mənə aiddir, onları mənə tapĢırın, nə lazımsa hamısını edər və 
sabah xəbərin Ģaha çatdıraram". 
Fəxrəddövlə hacibə buyurdu ki, onları aparıb Sahibin sarayına tapĢırsın. 
Hacib hamısını götürüb Sahibin sarayına apardı və geri qayıtdı. Onlar hamısı 
əllərini canlarından üzmüĢdülər. Sahib gəlcək dərhal onları çağırdı, gördü baĢa 
düĢdü. Bir az keçmiĢdi ki, bir fərraĢ gəlib onları çox qəĢəng bəzədilmiĢ bir otağa 
apardı, gözəl yerlərdə oturtdu. Bir azdan Sonra Ģərabdarlar cullab
221 
gətirdilər. 
Cullab içdikdən sonra süfrə açıldı, çörək yedilər, əllərini yudular. ġərab gətirildi, 
mütriblər gəlib rud
222
çalmağa baĢladılar, Ģəraba əl atdılar. 
FərraĢdan baĢqa heç kəsi o evə buraxmırdılar, heç kəs bilmirdi ki, onların 
vəziyyəti necədir. Bütün Ģəhər kiĢili-arvadlı onların qəmini çəkir, övladları, 
qohum-qardaĢları isə qan-yaĢ tökürdülər. 
Üç-dörd gün keçdikdən Sonra Sahibin haciblərindən biri gəlib dedi: 
"Sahib buyurur ki, mənim evim həbsxana olmağa layiq deyil, siz bu günü və bu 
axĢamı mənim qonağımsınız, kefinizi kök, damağınızı çağ edin. Sabah sahib 
divandan qayıtdıqdan sonra sizin iĢinizi sahmana salacaqdır." 
Sonra hacib dərzinin çağırılmasını əmr etdi, iyirmi ipək cübbə biçdirdi, 
iyirmi ədəd çalma hazırlatdı, iyirmi yəhərli, yaraqlı at gətirtdi. 
Sabahısı günəĢ dağın arxasından doğarkən, bunların hamısı hazır idi. 
Sonra sahib onların hamısını öz yanına çağırdı, hərəsinə bir cübbə və 
çalma geydirdi, at və yaraq verdi, hərəsinə bir vəzifə tapĢırdı, bəzilərinə təqaüd 
təyin etdi, hamısına bəxĢiĢ verib, razılıqla evlərinə yola saldı. Sabahısı hamısı 
geyimli-keçimli halda Sahibin görüĢünə getdi. Sahib dedi: "Ġndi daha Sultan 
Mahmuda 
xahiĢnamə 
yazmayın,ölkəmizə 
qarğıĢ 
etməyin, 
deyinib 
Ģikayətlənməyin." 
Sahib Fəxrəddövlənin yanına getdikdə soruĢdu: "O adamlarla nə etdin?" 
Dedi: "ġahım, hamısına at, yaraq, cübbə və çalma bağıĢladım, kimin bu divanda iki 
vəzifəsi var idisə, birini alıb onlara verdim, hamısını iĢlə təmin edib evlərinə yola 
saldım. Ġndi hamısı sizə dua edirlər.,, 
Fəxrəddövlənin xoĢuna gəldi, bəyəndi və dedi: "BaĢqa cür etsəydin yaxĢı 
olmazdı, kaĢ bu il etdiyini iki il bundan əvvəl etmiĢ olaydın ki, onlar bizim 
düĢmənlərə meyl göstərməyəydilər. Bundan sonra iki vəzifə bir adama 
tapĢırılmamalıdır, hər adama bir iĢ tapĢırılmalıdır ki, bütün mütəxəssislərin vəzifəsi 
olsun, bütün iĢlər qaydasında getsin. Bir adama iki vəzifə tapĢırıldıqda
mütəxəssislərin vəziyyəti ağırlaĢar, rəqiblər deyərlər ki, onların Ģəhərində kiĢi 
qalmamıĢdır. Görmürsənmi, böyüklər deyiblər: "Hər iĢin bir adamı, hər adamın bir 
iĢi var." Ölkədə böyük, kiçik və orta vəzifələr olar. Hər amilə mütəsərrifə, onun 


123 
ləyaqətinə, biliyinə və imkanatına görə bircə vəzifə tapĢırmaq lazımdır. Bir vəzifəsi 
olan ikinci vəzifə eĢqinə düĢərsə, imkan vermə, qoyma ki, bu zərərli iĢ dəb Ģəklini 
alsın. Hər mütəsərrifin (təsərrüfatçının) bir iĢi olsa, ölkə abadlaĢar, iĢlər öz 
qaydasında gedər. Vəzifə tapĢırılmıĢ bütün mütəxəssislərin və məmurların baĢı 
vəzirdir. Vəzir əliuzun, xain, zalim olduqda amillərin də hamısı onun kimi və ya 
daha pis olarlar. Əgər bir amil təsərrüfat iĢini yaxĢı bilib, maliyyə məsələsində 
bacarıqlı olsa, lakin yəhudi, tərsa, gəbr kimi bədməzhəb olsa, vəzifəsini yerinə 
yetirmək, hesabı qaydaya salmaq bəhanəsi ilə camaatı incitsə, onları adam yerinə 
qoymasa, müsəlmanlar o bədməsləkdən Ģikayəl edib ah-nalə qoparsalar, belə 
adamı iĢdən qovmaq lazımdır. Əgər onun tərəfdarları desə ki, bütün dünyada belə 
dəbir, belə bir mühasib yoxdur, o getsə əvəz edən tapılmaz, yalan deyirlər, belə 
sözlərə qulaq asmayıb, onu baĢqası ilə əvəz etmək lazımdır. Necə ki, 
Əmirəlmöminin Ömər (allah ondan razı olsun) etmiĢdi. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin