Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə56/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   52   53   54   55   56   57   58   59   ...   100
Siyasetname

Qırx ikinci fəsil 
 
ĠKĠ ĠġĠ BĠR ADAMA TAPġIRMAMAQ, ĠġSĠZLƏRƏ Ġġ 
VERMƏK, ONLARI MƏHRUM ETMƏMƏK, PAKDĠN VƏ 
LAYĠQLĠ ADAMLARI ĠRƏLĠ ÇƏKĠB BƏDMƏZHƏB, BƏDƏQĠDƏ 
ADAMLARA VƏZĠFƏ TAPġIRMAYIB, 
ONLARI ÖZÜNDƏN UZAQLAġDIRMAQ HAQQINDA 
 
Sayıq Ģahlar, ayıq vəzirlər iĢləri düz getsin, müvəffəqiyyət qazansınlar, 
deyə- heç zaman iki iĢi bir adama tapĢırmamıĢlar, çünki iki iĢi bir adama 
tapĢırdıqda həmiĢə qayda pozular, bu iki iĢdən biri həmiĢə nöqsanlı olar, ya səhvə 
yol verirlər. YaxĢı diqqət etsən görərsən ki, iki iĢi olan adam da belədir, onun da 
həmiĢə bir iĢi axsar, üzü danlanar, əziyyət çəkər, müqəssir olar. Bu barədə bir 
məsəl də vardır deyərlər:"Ġki xanımı olan ev süpürülməz, dağılar." 
Vəzirin bacarıqsızlığının, Ģahın sayıqsızlığının birinci əlaməti odur ki, bir 
divan iĢçisinə iki vəzifə tapĢıralar. Ġndi elə adam vardır, heç bir ləyaqəti olmadan 
on vəzifə tutur, baĢqa bir vəzifə ortaya çıxdıqda onun da verilməsini xahiĢ edir və 
buna nail olmağa çalıĢır. 
Daha fikir vermirlər ki, adamın qabiliyyəti var ya yox, iĢi bacarır, ya yox, 
kargüzarlığı, təsərrüfat iĢini, maliyyə əməliyyatını bilir, ya yox, üzərinə götürdüyü 
bu qədər vəzifənin öhdəsindən gələr, ya yox?! 
Bir çox bacarıqlı, istedadlı, ləyaqətli, sədaqətli, inanılmıĢ, tanınmıĢ 
adamları məhrum etmiĢ, onlar evlərində iĢsiz oturmuĢlar. 
Bir ayırd edən yoxdur ki, nə üçün heç kəsin tanımadığı bir adam bu qədər 
vəzifə ələ keçirsin, tanınmıĢ etibar qazanmıĢ adamların isə bir vəzifəsi də olmasın, 
xüsusilə bu dövlətin boynunda haqqı olan, ləyaqətləri, cəsarətləri, sədaqətləri sübut 


117 
edilmiĢ adamlar məhrum qalsınlar. Hamısından təəccüblüsü budur ki, bütün 
zamanlarda vəzifəni etiqadı təmiz, əsli-nəsəbi məlum, əlidüz, gözütox adama 
tapĢırmıĢlar, o razılıq vermədikdə, boyun qaçırdıqda, üzr istədikdə, xoĢla, zorla 
onun boynuna qoymuĢlar, nəticədə dövlətin malı zay olmamıĢ, Ģah isə arxayın və 
rahatlıqla ömür sürmüĢdür. Ġndi bu qayda aradan qalxmıĢdır, bir yəhudi türklərin 
ağası olub, onların vəzifəsi ilə yaĢasa yarayar, istərsə, tərsa, gəbr, ya karmat olsun, 
yenə də yarayar. Ġndi laqeydlik hamıya hakimdir; nə dinə əhəmiyyət verirlər, nə 
mala, nə də rəiyyətə rəhm edirlər. Dövlət kəmala çatmıĢdır, mən bədnəzərdən 
qorxuram, bilmirəm bu iĢin axırı hara çatacaqdır. 
Mahmud, Məsud, Toğrul və Alp Arslanın dövründə heç bir atəĢpərəst, 
yəhudi, tərsa və rafizi cəsarət etməzdi ki, səhraya çıxsın, ya bir böyüyün yanına 
getsin. Bütün türk ağaları bilikli, təsərrüfatçı, namuslu körgüzar idilər. Türklər 
Ġraqın bədməzhəb qulamlarını heç vaxt yaxına buraxmaz, onlara vəzifə tapĢırmaz 
və deyərdilər: "Bunlar deyləmilərlə bir məzhəbdədirlər, onların tərəfdarıdırlar,
ayaqlarını bərkitsələr, türklərə ziyan vurarlar, müsəlmanlara əziyyət verərlər
aramızda düĢmən olmasa yaxĢıdır." 
Buna görə o sultanlar rahat yaĢarmıĢlar. Ġndi isə iĢ elə yerə çatıbdır ki, 
dərgah və divan onlarla doludur, hər türkün qarĢısında onlardan on, iyirmi nəfər 
yüyürür, çalıĢırlar ki, bir xorasanlını belə dərgaha buraxmasınlar, qoymasınlar 
onlar bir parça çörək sahibi olsunlar. 
Sultan Toğrul və Alp Arslan (allah onlardan razı olsun) (allah onların 
qəbrini nurlandırsın) eĢidəndə ki, bir türk və ya bir türk əmiri rafizini öz yanına 
buraxmıĢdır, ona töhmət verərdi. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin