Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə54/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   50   51   52   53   54   55   56   57   ...   100
Siyasetname

Bu mənada hekayət. Mərvrud Ģəhərində bir kiĢi var imiĢ, adı RəĢid Hacı 
imiĢ, çox hörmətli, varlı, hikmətli adam imiĢ, ondan dövlətlisi yox imiĢ. Sultan 
Mahmud və Sultan Məsuda çoxlu xidmət göstərmiĢ, ölkələr çapmıĢ, qəddarlıqlar 
etmiĢdir. Bu adam ömrünün axırında tövbə edir, baĢqaları ilə iĢi olmur, hər 
qəsəbədə cümə məscidləri tikdirir, hətta həccə gedir. Həccdən qayıtdıqda bir neçə 
gün Bağdadda qalır. Bir gün bazardan keçərkən bir qotur itə rast gəlir. Ġt 
qoturluqdan taqətdən düĢmüĢ imiĢ. Nökərlərindən birinə deyir: "Bu iti götür apar 
evə." Elə ki, evə gətirirlər, onu doyuzdurur, öz əli ilə yaralarına yağ sürtür. O iti 
saxlayıb müalicə edir, it sağalır. Ondan Sonra dəfələrlə təzədən həccə gedir
ehsanlar verir, qurbanlar kəsir. Sonradan evinə qayıdır və Mərvrudda ölür. 
Bir müddət keçdikdən sonra onu yuxuda görürlər kefi kök, damağı çağ! 
SoruĢurlar:"Allah sənə nə elədi?" 
Deyir: "Rəhm edib məni bağıĢladı. O qədər Məkkəyə getdiyimin, dua 
etdiyimin, ehsan verdiyimin faydası olmadı, yalnız öz əlimlə yarasına yağ 
sürtdüyüm o it mənə kömək oldu. Nida gəldi ki: "Səni o itə görə bağıĢladım". Bu 
qədər itaətdən mənim əlimdən tutan yalnız o il oldu." 


111 
Bu barədə ona görə danıĢıram dünyanın hökmdarı bilsin ki, yaxĢılıq çox 
yaxĢı Ģeydir. 
Onlar qoyuna və itə yaxĢılıq etdikləri üçün o dərəcəyə çatmıĢdılar. 
Deməli bilmək lazımdır ki, allah bəndəsinə yaxĢılıq edən yüksək mənsəbə 
çatar, böyük savab qazanar, çünki allah yanında bəndə hörməti yerdən və göydən 
də böyükdür. 
Zamanın hökmdarı allahından qorxan və gələcəyini düĢünən olsa, ədalətli 
olar, qoĢun da ona baxıb özünü elə aparar: zülm etməzlər. 
Bu mənada bir fəsil. Sayıq Ģahların adəti belə olmuĢdur: qocalara hörmət 
etmiĢ, iĢ bacaranların, müharibə iĢində təcrübəsi olanların qayğısına qalmıĢ, 
hərəsinə özünə layiq vəzifə və mənsəb vermiĢlər. 
Ölkənin xeyri üçün mühüm bir tədbir görmək, o biri ilə saziĢə girmək, bir 
Ģahın vəziyyətini bilmək, dini məsələləri öyrənmək və bu kimi məsələlərdə alimlər 
dünyagörmüĢ adamlarla məsbhətləĢmiĢlər, ona görə də, müvəffəqiyyət 
qazanmıĢlar. 
Müharibə baĢ verdikdə elə bir adamı sərkərdə etmiĢlər ki, o çoxlu dava 
görmüĢ, düĢmənlər basmıĢ, qalalar almıĢ, dünyada Ģöhrət tapmıĢ olsun. Bununla 
belə, yenə də onunla birlikdə dünyagörmüĢ, məsləhətçi bir qoca göndərdilər ki
səhvə yol verməsin. 
Ġndi də belə bir Ģeyə fikir verilsə, daha doğru və zərərsiz olar. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin