110
Sonra Ömər qayıdıb tələsik evlərinə qaçdı. Bir saat keçməmiĢdi ki,
çiynində iki xurcun geri qayıtdı. Mənə dedi: "Qalx, yenə gedək o qadının yanına".
Mən ona dedim: "Ya əmirəlmöminin, heç olmazsa ver bu xurcunları mən
götürüm". Ömər dedi: "Ya Zeyd, indi sən götürsən, bəs qiyamət günü mənim
yükümü kim götürəcəkdir?!‖
Qaça-qaça qadının yanına gəldi. Gətirdiyinin hamısını qadının qarĢısına
qoydu. Xurcunun biri un, biri düyü, quyruq yağı ilə dolu idi.
Mənə dedi: "Ya Zeyd, bir az odun tap gətir." Mən odun dalınca getdim.
Ömər də gedib su gətirdi, qadının qarĢısına qoydu. Qadın yağlı bir fətir biĢirdi,
Ģorba hazırladı, sevincindən ağlayırdı. Elə ki hər Ģey hazır oldu uĢaqları yuxudan
oyatdı. UĢaqlar oturub doyunca yedilər, anaları ilə oynamağa baĢladılar.
Ömər qadını və uĢaqları evinə apardı və dedi: "Daha Ömərə qarğıĢ etmə,
bağıĢla, sənin belə olduğundan xəbəri yox idi."
Qadın ona baxıb dedi: "Allah haqqı sən Ömərsən.
,,
Dedi: ―Bəli,,
Yazıq, miskin qadın dedi: "Allah səni bağıslasın, bizi diriltdin."
Rəvayət. Bu mənada belə rəvayət edirlər ki, Musa ə.s. hələ çoban olduğu
vaxtlar, vəhy gəlməmiĢdən əvvəl bir dəfə qoyun otararkən təsadüfən onlardan biri
dalda qaldı. Musa onu sürüyə qatmaq istədi, qoyun qaçmağa baĢladı. Musa da
onun dalısınca götürüldü. Axırda qoyun yorulub taqətsizlikdən yerə yıxıldı. Musa
dedi: "Ay yazıq, axı niyə qaçırdın?!" Sonra qaldırıb çiyinlərindən aĢırdı, iki
fərsənglik yolu boynunda gətirib sürüyə qatdı.
Qoyun sürünü görcək qaçıb onlara qoĢuldu. Bu çəkdiyi zəhmətə, qoyunu
incitmədiyinə görə Musaya allahdan nida gəldi: "And olsun izzətimə, mən onu
yüksəldib, özümə həmsöhbət edəcəyəm, peyğəmbərlik verəcəyəm." Sonra bunların
hamısını ona verdi.
Dostları ilə paylaş: