Hekayət. Herat Ģəhərində məĢhur bir alim var idi. Bu haman qoca idi ki,
Bökrək
152
onu hökmdarın yanına gətirmiĢdi. Təsadüfən bir dəfə Ģəhid sultan (allah
ona rəhmət eləsin) Herata getdikdə bir müddət orada qalmalı oldu, dayısı
Əbdürrəhman həmən alimin evinə düĢmüĢdü. Bir gün sultanla Ģərab içərkən dedi:
"Bu qocanın xüsusi bir otağı vardır, gecələr ora gedir və bütün gecəni namaz qılır.
Bir gün mən o otağın qapısını açdım, Ģərab kuzəsi və bürünc bül gördüm; deməli,
o, tamam gecəni Ģərab içib, bütə sitayiĢ edir".
Əbdürrəhman Ģərab kuzəsini, bürünc bütü özü ilə gətirmiĢdi və elə güman
edirdi ki, bu sözü deyən kimi haman saat sultan əmr edəcək, qocanı öldürəcəklər.
Sultan qocanı çağırmaq üçün bir qulam göndərdi. Bir qulam da mənim
yanıma göndərdi ki, sən də bir adam göndərib qocanı çağırtdır.
Mən qocanı nə üçün çağırtdığını bilmirdim. Sonradan bir adam gəlib dedi
ki: "çağırtdırma". O biri gün sultandan soruĢdum: "Dünən o qoca alimi gah çağırıb,
gah da çağırmamağının mənası nə idi?" Dedi: "Əbdürrəhman dayımın qorxmazlığı.
Bu əhvalatı mənə danıĢdı. Sonra Əbdürrəhman dayısına dedi: "Hərçənd sən bu
sözü mənə dedin, Ģərab kuzəsini, bürünc bütü gətirib mənə göstərdin, lakin mən
həqiqəti bilməyincə ona bir Ģey etməyəcəyəm. Ġndi əlini ver mənə və canıma and iç
ki, dediklərin doğrudur, ya yalan".
Əbdürrəhman dedi: "Yalan demiĢəm".
Sultan dedi: "Ay namərd, nə üçün o qoca alim haqqında yalan danıĢıb
onun qanına bais olmaq istəyirdin?" Dedi: "Ona görə ki, onun gözəl mülkü var,
mən də ora düĢmüĢəm. Sən onu öldürsəydin, mülkünü mənə bağıĢlayardın".
Din xadimləri deyiblər: "Tələsmək Ģeytandan, təmkinlilik allahdandır".
Bozorcmehr
153
deyir: "Tələsmək yüngülbeyinlik əlamətidir. Tələsən və
təmkinli olmayan adamlar həmiĢə peĢiman və qəmli olarlar, çünki tələsmək
müvəffəqiyyətin düĢmənidir. Hövləki adam həmiĢə özünü danlar, tövbə edər, üzr
istər, əzab çəkər. Əmirəlmöminin (allah ondan razı olsun) deyir: "Hər iĢdə təmkinli
olmaq yaxĢıdır".