Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə45/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   41   42   43   44   45   46   47   48   ...   100
Siyasetname

Otuz dördüncü fəsil 
 
KEġĠKÇĠLƏR, NÖVBƏTÇĠLƏR 
 VƏ QAPIÇILARIN ĠġĠ HAQQINDA 
Sarayın xüsusi keĢikçiləri, növbətçiləri və qapıçılarının iĢi haqqında çox 
ehtiyatlı olmaq lazımdır. Bu adamlara nəzarət edən gərək onların hamısına yaxĢı 
qayğı bəsləsin, yaxĢı tanısın, açıqda, gizlində onların nə etdiklərini yoxlasın, hər 


100 
gün onlan nəzarət altında saxlasın; çünki onlar əksər halda tamahkar, boĢxasiyyət 
olar, qızıla aldanarlar. 
Onların arasında yabancı gördükdə kim olduğunu öyrənmək lazımdır. 
Hər gecə növbəyə gəldikdə gözdən keçirmək lazımdır. Nə gecə, nə 
gündüz bu iĢdə sayıqlığı itirmək olmaz. Bu vəzifə çox incə və məsuliyyətlidir. 
Otuz beşinci fəsil 
 
ġAHLARDA YAXġI SÜFRƏ AÇMAQ
QAYDALARI HAQQINDA 
YaxĢı süfrə açmaq haqqında Ģahlar həmiĢə səhərdən tədbir görməlidirlər 
ki, səhər xidmətə gələnlər orada bir Ģey yesinlər. Əgər saray adamlarının səhər 
yeməyə meyli olmasa, sonra vaxtı gəldikdə onlar üçün açılmıĢ bu süfrədən yeməyə 
ehtiyat etməzlər. Hər halda, səhər süfrəsi açmaq zəruridir. 
Sultan Toğrul
141
hər səhər süfrə açdırar, cürbəcür ləzzətli və təmiz 
xörəklər hazırlatdırardı, mümkün qədər bol və yaxĢı olmasını tapĢırardı. Ata minib 
gəzinti və ya ova çıxdıqda elə xörəklər hazırlatdırıb səhraya göndərərdi ki, bütün 
əmirlər, əyan-əĢraf, qara camaat təəccüb edərdilər. 
Türküstan xanlarının hamısında belə bir adət vardır: onlar mətbəxdə çox 
xörək biĢirtdirərlər ki, xidmətçilər də yesinlər, dövlətin də süfrəsi bərəkətli olsun. 
Biz Səmərqənd və Yüzkəndə
142
getdikdə eĢitdik, sözgəzdirənlər çikilli və 
mavərənnəhrlilərin adından danıĢırlar ki, guya onlar həmiĢə deyirmiĢlər: "Sultanın 
gəlib getdiyi bu müddətdə biz bir dəfə də olsun onun süfrəsindən bir tikə çörək 
yemədik'". 
Hər kəsin əliaçıqlığı və səxavəti onun ağalığına müvafiq olmalıdır. Sultan 
dünyanın ağası və zamanın Ģahları ona tabe olduğundan gərək onun süfrəsi, 
əliaçıqlıq və səxavəti, bəxĢiĢ və xələti öz ağalığına müvafiq olsun, özündən əvvəlki 
Ģahların hamısından daha dəbdəbəli, daha təmtəraqlı çıxsın. Rəvayətdə deyilmiĢdir 
ki, çörək süfrəsini xalq üzünə açıq saxlayan hökmdarın ömrü uzun, dövləti 
möhkəm, ölkəsi abad olar. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin