Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə44/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   40   41   42   43   44   45   46   47   ...   100
Siyasetname

Otuz üçüncü fəsil 
 
SƏHV, GÜNAH ETDĠKDƏ ĠRƏLĠ ÇƏKĠLMĠġ ADAMLARA 
TÖHMƏT VERMƏK
HAQQINDA 
Bir adamı irəli çəkib böyütmək üçün çox vaxt və zəhmət tələb olunur. 
Onlardan bir xəta baĢ verdikdə açıq töhmət edilsə, rüsvay olanlar, sənlə nə qədər 
əzizləyib tərifləsən də əvvəlki yerini tuta bilməzlər. Ona görə daha yaxĢısı budur: 
belə bir adam səhv etdikdə dərhal onu çağırtdırıb sözarası deməlidir ki, nə üçün 
belə edirsən, biz öz irəli çəkdiyimizi yerə vurmur, öz qaldırdığımızı yıxmırıq. Bu 
səfər səni bağıĢlayırıq, bundan sonra özünə fikir ver, bir daha səhv buraxma, yoxsa, 
mövqeyini itirər, hörmətdən düĢərsən. Onda təqsir özündədir, bizdə yox. 
Hekayət. Əmirəlmöminin Əli ə.s.-dan soruĢurlar: "On igid adam kimdir?,, 
Dedi: "Ən igid adam odur ki, hirslənəndə özün ələ ala bilə, elə bir iĢ tutmaya ki, 
hirsi soyuyandan sonra peĢiman ola. O da fayda verməyə". Adamın ağlının 
kamilliyi hirslənməməkdə, hirsləndikdə isə hirsin ağıla deyil, ağlın hirsə üstün 


99 
gəlməsindədir. Kimin hissi ağlına üstün gəlsə, hirslənəndə qəzəb ağlının gözünü 
tutar, onun bütün varlığına hakim olar, nə əmr etsə, adam da dəlivari onu yerinə 
yetirər. Əksinə, kimin ağlı hissinə qalib gəlsə, hirsləndikdə ağıl hissi boğar, hamı 
onun hirsləndiyini görsə də, o, ağıllıların bəyəndiyi iĢləri görər və əmrləri görər. 
Hekayət. Əlinin oğlu Hüseyn (allah ondan razı olsun) bir neçə əshabə və 
hörmətli adamla süfrəyə oturub çörək yeyirdilər. O, bahalı paltar geymiĢ, baĢına 
sən dərəcə gözəl bir əmmamə qoymuĢdu. Bir qulam onun qabağına xörək qoymaq 
istəyirdi, baĢının üstündə durmuĢdu. Birdən kasa qulamın əlindən aĢıb Hüseynin 
baĢ-gözünə töküldü. Onun əmmaməsi xörəklə bulandı. Hüseynin təbiəti yerindən 
oynadı, üzü qəzəb və xəcalətdən qızardı, baĢını qaldırıb qulama baxdı. Qulam 
vəziyyəti belə gördükdə cəzalanacağından qorxdu və dedi: "BağıĢlayan adamlara 
qəzəb də yaraĢar, allah da rəhm edənləri çox sevir". 
Hüseyn gülümsündü və dedi: "Ey qulam, həmiĢəlik qəzəb və cəza 
qorxusundan asudə olmaq üçün səni azad edirəm‖. 
Hekayət. Deyirlər Müaviyə çox səbirli bir adam imiĢ. Bir dəfə qəbul vaxtı 
böyüklər onun qabağında oturmuĢ olduğu halda köhnə paltar geymiĢ cavan bir 
oğlan icazəsiz girib salam verdi, nümayiĢkaranə onun qabağında oturdu və
dedi: "Ya əmirəlmöminin, bu gün çox vacib bir iĢ üçün sənin yanına gəlmiĢəm, 
yerinə yetirməyə söz versən, deyərəm". Müaviyə dedi: "Nə mümkünsə hamısını 
edərəm". Oğlan dedi: "Bil ki, mən qərib adamam, arvadım da yoxdur, sənin ananın 
da əri yoxdur. Onu ver mənə, mənim arvadım olsun, onun əri, savabı da sənə 
çatsın". Müaviyə dedi: "Sən cavan bir oğlan, o qoca bir qarı, ağzında bir dənə də 
diĢi yoxdur, onun nəyi sənin xoĢuna gəlibdir?,, Dedi: "EĢitmiĢəm ki, onun kəfəli 
böyükdür, mənim də böyük kəfəldən yaman xoĢum gəlir". Müaviyə dedi: "Vallah 
elə atam da anamı buna görə almıĢdı, yoxsa onun heç bir baĢqa hünəri yoxdur, 
atam elə bu arzu ilə öldü. Mən sənin sözünü anama çatdıraram, meyli olsa, belə 
dəllallığa heç kəs mane olmaz". 
Müaviyənin üzündə heç bir dəyiĢiklik əmələ gəlmədi, özündən çıxmadı. 
Hamı təsdiq etdi ki, dünyada ondan daha səbirli bir adam ola bilməz. 
Müdrik adamlar demiĢlər: "Səbr yaxĢıdır, lakin məqsədə nail olan vaxt 
daha yaxĢıdır; nemət yaxĢıdır, lakin naĢükürlük olmasa daha yaxĢıdır; itaət 
yaxĢıdır, lakin Ģüurla və allahın qorxusu ilə olsa daha yaxĢıdır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin