Əbu Əli Həsən ibn Əli Xacə


  İyirmi səkkizinci fəsil



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə42/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   38   39   40   41   42   43   44   45   ...   100
Siyasetname

 


96 
İyirmi səkkizinci fəsil 
 
ƏYAN-ƏġRAF VƏ BAġQALARININ QƏBULU HAQQINDA 
 
Qəbulun öz qaydası olmalıdır: əvvəl qohum-qardaĢ, sonra adlı-sanlı 
adamlar və əshabələr, daha sonra isə baĢqa təbəqədən olanlar gəlməlidirlər. Hamısı 
birlikdə gəlsə, kiçiklə böyük, hörmətsizlə hörmətli arasında fərq olmaz. 
Qəbul əlaməti odur ki, pərdə qaldırılar, dəvət olunmuĢlardan baĢqa heç 
kəs qəbul edilmədikdə isə salınmıĢ olar. 
Böyüklər, ordu baĢçıları saraya adam göndərib bu əlamətlərdən qəbulun 
olub-olmadığını öyrənər, qəbul varsa gələr, yoxsa gəlməzlər. Böyüklər üçün ən 
ağır odur ki, saraya gəlib Ģahı görməmiĢ qayıtsınlar. Dəfələrlə gəlib Ģahı 
görmədikdə onun haqqına bədgüman olar və Ģübhəli fikirlərə düĢərlər. 
ġah gec-gec qəbul düzəltdikdə xalqın iĢi axsayar, mərdüməzarlar 
ürəklənər, xasü-amin vəziyyəti örtülü qalar, qoĢun inciyər, əziyyət çəkər. 
ġah üçün tez-tez qəbul düzəltməkdən, görüĢ təyin etməkdən daha yaxĢı 
bir qayda ola bilməz. 
ġahın qəbulu olmayan günlərdə ətraf vilayətlərin sahibləri, əmirləri, 
seyidləri, imamları onun görüĢünə gəlməlidirlər. Kənardan gələnlərin görüĢ 
qaydası belədir: böyükləri Ģahı görüb getdikdən sonra onlarm adamları da gedərlər, 
orada yalnız Ģahın yaxın adamları qalar. ĠĢə lazım olan qulamlar, məsələn: 
silahsaxlayanlar, supaylayanlar, xörəkdaĢıynlar mütləq qabaqcadan hazır 
olmalıdırlar. 
Bir neçə dəfə belə edildikdən sonra adətə keçər, çətinlik aradan qalxar, 
pərdə endirməyə, qapı bağlamağa ehtiyac qalmaz. 
BaĢqa cür etsələr razı qalmazlar. 
İyirmi doqquzuncu fəsil 
 
ġƏRAB MƏCLĠSĠ DÜZƏLTMƏK QAYDALARI VƏ ONUN 
ġƏRTLƏRĠ HAQQINDA 
 
ġadlıq və kef həftəsi çatdıqda bir və ya iki gün ümumi qəbul düzəltmək 
lazımdır, adətə görə, kim istəyir gəlsin, heç kəsin qarĢısı alınmamalı, əksinə, xəbər 
edilməlidir ki, hamının gələn günüdür. Əyan-əĢraf üçün ayrılan günlərdə baĢqaları 
bilər ki, onların günü deyil, özləri gəlməzlər, daha birini buraxıb, o birini 
buraxmamağa ehtiyac qalmaz. 
Xüsusi məclisə layiq görülmüĢ adamların kimlər olduğunu əvvəlcədən 
bilmək lazımdır, bu üzürlü sayılar. Hər gələn özü ilə yalnız bir qulam gətirə bilər, 
hər kəsin sürahi və saqi gətirməsi yaxĢı deyil. Heç vaxt belə bir adət olmayıb və bu 
çox eyib sayılar. Yemək, Ģirniyyat, Ģərab həmiĢə Ģahların sarayından evlərə 


97 
aparılmalıdır, evlərdən saray məclislərinə gətirilməməlidir, çünki sultan dünyanın 
ağası, dünya adamları isə onun ailəsi və qulu hesab edilər. 
YaxĢı olmaz ki, evindən çörək yeyib Ģərab içdiyin bir evə çörək və Ģərab 
aparasan. 
Saray Ģərabdarı mənə yaxĢı Ģərab vermir, -deyə öz Ģərabını gətirirsə, 
Ģərabdara qulaqburması vermək lazımdır, ona demək lazımdır: "YaxĢı, pis 
Ģərabların hamısı sənin ixtiyarindadır, nə üçün pisini verirsən?" Onda bu bəhanə 
ortalıqdan qalxar. 
ġah layiqli nədimləri olmadan keçinə bilməz, o vaxtının çoxunu qullarla 
keçirsə, Ģövkətinə xələl gətirər, hörməti aĢağı düĢər, onlar xırdaçı olduqlarından 
xidmətə yaramazlar. 
Böyüklər, sərkərdələr, valilər, adlı-sanlı adamlar da çox gəl-get etsələr, 
Ģahın əzəmətinə ziyanı olar, buyruqlarının icrasında dikbaĢlıq edərlər, pərdə aradan 
qalxar. 
Vəzirlə ölkənin mühüm iĢləri, ordu, vergi, tikinti, düĢmənlərin qarĢısını 
almaq və bu kimi məsələlər haqqında danıĢmaq lazım gələr. Bunların isə hamısı 
narahatlıq, fikir, iztirab və təĢviĢ artıran məsələlərdir. Ona görə iĢin mahiyyəti özü 
imkan vermir ki, Ģah belə adamlarla əylənib kefini aça bilsin. 
Nədimdən baĢqa heç kəs Ģahın könlünü açıb onu əyləndirə bilməz. ġah 
daha sərbəst yaĢamaq istəyirsə, zarafatı doğruya qata bilər, nədimə hər cürə nağıl, 
rəvayət, lətifə danıĢa bilər. Nədimlə Ģahın əzəmətinə, Ģan-Ģövkətinə zərər vurmaz, 
çünki onları yalnız bu məqsəd üçün saxlarlar. Əvvəllər də bu barədə bir fəsil 
yazmıĢıq. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin