98
Otuz birinci fəsil
ORDU VƏ XĠDMƏTÇĠLƏRĠN
EHTĠYAC VƏ XAHĠġLƏRĠ HAQQINDA
Ordunun nə ehtiyacı olsa, sərkərdələr, dəstəbaĢıların
dili ilə bildirilməli,
əgər qəbul edilərsə, onların əli ilə ödənilməlidir. Bu üsul ilə onların hörməti artar.
QoĢun əhlinin ehtiyacı bilavasitə dinlənilib,
bilavasitə ödənilsə, onda
dəstəbaĢıların hörməti qalmaz.
Dəstədən biri öz baĢçısına diliuzunluq etsə,
ya hörmətini saxlamasa,
həddini aĢsa, cəza vermək lazımdır ki, böyük-kiçik məlum olsun.
Otuz ikinci fəsil
MÜHARĠRƏ VƏ YÜRÜġ LƏVAZĠMATINI, SĠLAHINI VƏ DƏM-
DƏSTGAHINI HAZIRLAMAQ HAQQINDA
Bahalı paltar geyən adlı-sanlı adamlara tapĢırmaq lazımdır ki. təmtəraqlı
yaraqlar, müharibə üçün keytiyyəlli silahlar hazırlasınlar, qulamlar alsınlar.
Onların gözəllik, yaraĢıq, Ģan-Ģövkəti evlərinin bəzək-düzəyində, dəm-dəstgahında
deyil, məhz bunlarda olar. Kimin bu cəhətdən imkanı çox olsa, Ģah yanında daha
çox bəyənilər, tay-tuĢları içərisində, ordu içərisində, ordu arasında
hörmətli, daha
Ģövkətli sayılar.
Dostları ilə paylaş: