Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə51/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   47   48   49   50   51   52   53   54   ...   100
Siyasetname

Qırxıncı fəsil 
 
ġAHIN ALLAH BƏNDƏLƏRĠNƏ BƏXġĠġ VERMƏSĠ, HƏR Ġġ VƏ 
ADƏTĠ QAYDAYA SALMASI HAQQINDA 
Hər dəfə göydən bəla yağdıqda, dövlətə bədnəzər baxdıqda hökumət 
dəyiĢər, hakimiyyət əldən-ələ keçər, fitnə qalxar, qarmaqarıĢıqlıq düĢər, bədxah 
qılınclar qınından çıxarılar. Bu qarmaqarıĢıqlıqda adlı-sanlı adamlar sıxıĢdırılar, 
müfsidlər iĢ baĢına keçib qudurar, istədiklərini edərlər. Düz adamların iĢi 
çətinləĢər, vəziyyətləri ağırlaĢar. Alçaq adamlar əmirliyə yüksələrlər, nəciblər 
məhrum qalarlar. Heç bir alçaq öz üzərinə vəzir, Ģah adını götürməkdən boyun 
qaçırmaz. Türklər özünə "xacə" ləqəbi götürər, xacələr isə türklərə xas olan 
ləqəbləri özlərinə bağlarlar. ġahın adından fərman verərlər. ġəriət zəifləyər, ordu 
əliuzunluğa, rəiyyət dikbaĢlığa baĢlar, əyri, düzlüyü təyin etmək olmaz, heç kəs iĢi 
düzəltməyə can atmaz. Bir türk on tacikə ağalıq edə bilər, bir tacik on türkə ağalıq 
edə bilər. Ölkədə hərc-mərclik yaranar. ĠğtiĢaĢ, müharibələrin çoxluğundan Ģah 


108 
belə iĢlərlə məĢğul olmağa, onlar haqqında fikirləĢməyə belə vaxt tapmaz. 
Elə ki, xoĢagəlməz günlər keçdi, əmin-amanlıq dövrü gəldi, asayiĢ bərpa 
oldu, haqq-taala ağıllı bir padĢah meydana çıxardar, ona bilik verər ki, hər Ģeyi 
aydınlaĢdırmağa baĢlasın, hamıdan keçmiĢ Ģahların necə dolandıqlarını soruĢsun, 
Ģahlıq qayda-qanunlarını öyrənsin. Sonra qüdrət, dövlət verər ki, düĢmənlərini 
məhv etsin. Sonra o, kitabları oxuyub, Ģahlara məxsus bütün qayda-qanunlarını 
ortaya çıxarar, özlərinə layiq vəzifə tapĢırar. DüĢmənlərin kökünü kəsər, dinsevən 
olub, allah-taalanın izni ilə küfrü aradan qaldırar. Bu barədə çox danıĢsaq, daha 
çox aydın olar ki, nələr, hansı adət-ənənələr ortalıqdan getmiĢdir. ġah da bunları 
nəzərə alıb onlar haqqında ayrı-ayrılıqda ölçü götürər fərman verər. 
ġahların riayət etdikləri qaydalardan biri də köhnə sülalələrə hörmət 
etmək, onların övladlarını əzizləmək və hakimiyyətləri dövründə onların 
ehtiyaclarını rəf etmək, ailələrini dolandırmaq üçün lazımi qədər Ģərait 
yaratmaqdan ibarətdir. 
O biriləri: xidməti olanları, alimləri, seyidləri, sərhəd qoruyanları, Quran 
oxuyanları dövlət malından məhrum etməməkdir, onların xeyir-duası, naz-niyazı 
hökmdara bəsdir. Vəssəlam. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin