109
nə oldu?" Dedi: "Mən yuxuda belə və belə gördüm və qorxdum". Harun dedi:
"Mən də elə görmüĢəm".
Hər ikisi Ģükr etdi. Sabahısı gün xəzinənin qapısını açdılar, car çəkdilər ki,
kim müstəhəqdirsə gəlsin payını verək.
Hər tərəfdən camaat axıĢıb gəlməyə baĢladı, gələnlərin sayı-hesabı yox
idi. Əmr etdi, yemək-içmək və dolanmaq üçün camaata üç dəfə min dinar verdilər.
Sonra Zübeydə dedi: "Xəzinə, dövlət malı sənin əlindədır, onun cavabını
da qiyamətdə səndən soruĢacaqlar. Sən məndən qabağa düĢüb, allahın köməyi ilə
bəzilərinin könlünü ələ ala bildin. Lakin verdiklərinin hamısı xalqın malı idi. Mən
isə nə etsəm, allah-taala xatirinə qiyamət günü nicat tapmaq üçün öz malımdan
edəcəyəm."
Sonra Zübeydə öz malından bir neçə dəfə min-min dinar payladı, əmr etdi
Kufə qapısından, Məkkə yolunda hər mənzilbaĢı bir quyu qazdılar. Bu quyuların
hamısı daĢ, kəc və biĢmiĢ kərpicdən idi. Heç kəs belələrini qazdırmamıĢdı.
Bunların hamısını ehsan tikdirirdi. Hələ indi də bunlardan çoxu durur.
Sonra əmr etdi sərhədlərdə qala və istehkamlar tiksinlər, döyüĢçülər üçün
silah və al alsınlar, torpaqlarının çoxunu vəqfə versinlər. Qalan malından KaĢğər
sərhəddində möhkəm bir Ģəhər tikdirdi, adını BədəxĢan qoydu. O ətrafda bir neçə
karvansara tikdirdi. Xarəzm yolunda, Ġskəndəriyyə qapısında və baĢqa yerlərdə
hasar çəkdirdi, qala saldı, yenə də malından çox qaldı.
Əmr etdi Mədinə və
Beytülmüqəddəsdə xütdamlar arasında paylasınlar.
Dostları ilə paylaş: