Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə50/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   46   47   48   49   50   51   52   53   ...   100
Siyasetname

Otuz doqquzuncu fəsil 
 
MĠRQƏZƏB, ÇUBUQVURAN VƏ CƏZA ALƏTLƏRĠ HAQQINDA 
Mirqəzəblik bütün zamanlarda ən böyük vəzifələrdən biri olmuĢdur: 
böyük əmir hacib nəzərə alınmasa, sarayda mirqəzəbdən böyüyü olmamıĢdır; çünki 
onun vəzifəsi cəza verməklə əlaqədardır. ġahın birinə acığı tutduqda boynunu 


105 
vurmağı, əl-ayağını kəsməyi, dara çəkməyi, çubuq vurmağı, zindana aparmağı, 
quyuya salmağı əmr edər. Adamlar canlarının qorxusundan mal-dövlətlərini 
qurban verməyi əsirgəməzlər. 
Mirqəzəbin həmiĢə təbili, bayrağı, carçıları
154
olmuĢdur. Xalq padĢahdan 
çox ondan qorxmuĢdur. Ġndi bu vəzifə kiçildilmiĢ, onun rövnəqi qaçmıĢdır. 
Heç olmasa, həmiĢə sarayda ən azı əlli nəfər çubuqvuran olmalıdır, 
iyirmisi qızıl çubuqlu, iyirmisi gümüĢ, onu çomaqlı. Mirqəzəbin silahı, yarağı, 
təmtərağı sən dərəcə yaxĢı, nüfuzu sən dərəcə yüksək olmalıdır. Belə etmək 
mümkün deyilsə, onu baĢqa adamla əvəz etmək lazımdır. 
Hekayət. Xəlifə Məmun bir gün öz nədimlərinə dedi: "Mənim iki 
mirqəzəbim var. Hər ikisinin iĢi səhərdən axĢama qədər boyun vurmaq, əl-ayaq 
kəsmək, adam döymək və həbs etməkdən ibarətdir. Adamlar həmiĢə birini 
tərifləyir, ondan razılıq edir, o birini pisləyir, adını eĢitdikdə lənət oxuyur, həmiĢə 
ondan gileylənirlər. Bilmirəm səbəbi nədir? Bir adam öyrənib mənə deməlidir ki, 
görüm nə səbəbə bunların hər ikisinin vəzifəsi eyni olduğu halda, xalq birindən 
razılıq, o birindən narazılıq edir". 
Nədimlərdən biri dedi: "Mənə üç gün möhlət versən bunu səbəbini 
öyrənib ağama deyərəm". Dedi: "Verdim". 
Bu nədim evinə gedib bacarıqlı nökərlərindən birinə dedi: "Gərək sən 
mənə bir iĢ görəsən. Ġndi Bağdad Ģəhərində iki mirqəzəb vardır. Biri qoca, biri 
ahıldır. Sabah səhər tezdən durub qocanın evinə getməlisən. Bu kiĢi öz
hücrəsindən çıxandan sonra gör nə edir, necə oturur, necə iĢləyir, nə danıĢır. Xalq 
onun yanına gəldikdə, günahkarları onun yanına gətirdikdə nələr olur, əmrləri necə 
verir. Hamısına diqqət yetir, yadında saxla, gəlib mənə de. Sabah yox o birisi gün 
ahılın evinə get, hər nə görsən-oturuĢundan, duruĢundan, danıĢığından, rəftarından 
əvvəldən axıra qədər hamısını yadında saxla, mənə de". 
Sabahısı gün nökər səhər sübhdən yerindən durub qoca mirqəzəbin evinə 
getdi. Bir az keçdikdən sonra bir fərraĢ gəldi, Ģamı taxçaya qoydu, canamazı saldı, 
canamazın baĢına bir neçə cüzv Quran və dua qoydu. Sonra qoca evdən çıxıb bir 
neçə rükət namaz qıldı. Adamlar gəldilər, salam verdilər. GünəĢ çıxdı. Bu vaxt 
soruĢdu: "Heç günahkar gətiriblərmi?,, Dedilər: "Bir cavan oğlan gətiriblər, adam 
öldürmüĢdür
,,
. Dedi: "Bunu görən olubmu?" Dedilər: "Yox, özü etiraf edir". Dedi: 
"La hövlə vəla qüvvətən illah billah əliyyül əzim (yəni: böyük allahın qüdrətindən 
daha güclü ola bilməz). Cavanı gətirin görüm". 
Cavanı gətirdilər. 
Onu görcək dedi: "Budur?" Dedilər: "Bəli" Dedi: "Bu görünüĢündən 
caniyə oxĢamır, üz-gözündən müsəlmanlıq nuru yağır, inanmıram onun əlindən 
xata çıxa. Güman edirəm yalan deyirlər, mən heç kəsdən onun haqqında bir söz 
eĢitmək istəmirəm. Belə bir cavandan heç vaxt elə bir iĢ baĢ verə bilməz. 
Görürsünüzmü, onun qiyafəsi günahsız olduğuna Ģahidlik verir?!" 
Cavan da bu sözləri eĢidirdi. 


106 
Biri dedi:"Özü günahını boynuna alır". 
Qoca onun üstünə qıĢqırıb dedi: "Nahaq yerə bir müsəlmanın qanına bais 
olursan, bu cavan o qədər də ağılsız deyildir ki, özünün ölümünə səbəb ola biləcək 
sözlər desin". 
Qocanın belə deməkdə məqsədi o idi ki, cavan qatilliyini inkar etsin. 
Sonra üzünü cavana çevirib dedi: "Sən nə deyə bilərsən? " Oğlan dedi: 
"Allah-taalanın qəzasından belə bir xəta əlimdən çıxmıĢdır. Bu dünyadan baĢqa 
bir dünya da vardır. Mənim o dünyada allahın əzabına taqətim yoxdur. Allah nə 
buyurubsa, o cəzanı da mənə verin". 
Mirqəzəb özünü karlığa vurdu, üzünü ətrafdakılara çevirib dedi: "Mən 
onun nə dediyni eĢitmirəm, etiraf edir ya inkar?" Dedilər: "Bəli etiraf edir". Qoca 
dedi: "Ey oğul, sən heç qatilə oxĢamırsan, bəlkə düĢmənlərindən biri səni məhv 
etmək məqsədilə belə deməyə məcbur edir. Bir yaxĢı fikirləĢ". Cavan dedi: "Ey 
əmir, heç kəs məni bu iĢə məcbur etmir. Mən qatiləm, allahın əmri necədirsə, elə 
də rəftar et‖ . 
Mirqəzəb gördü ki, oğlan dediyindən dönmür, təlqin ona təsir etmir, 
ölməyi qərara almıĢdır. Cavana dedi: "Sən nə danıĢırsan?" Cavan dedi: "Belədir ki, 
var". 
Qoca dedi: "Belə isə, allah necə buyurubdursa elə də hökm çıxardaram". 
Sonra üzünü adamlara çevirib əlavə etdi: "Siz bunun kimi allahından qorxan bir 
cavan görübsünüz?! Mən görməmiĢəm. Onun üzündən xoĢbəxtlik, müsəlmanlıq və 
nəciblik nuru yağır. Ġzzət və calal sahibi allahın qorxusundan boynuna alır və 
ölmək lazım olduğunu bilir. O, cəlal və izzət sahibi olan allahın yanına Ģəhidlər 
kimi, təmiz və üzüağ getməyi daha üstün tutur. Onun huriyə və behiĢtin qəsrinə 
çatmağına bir addımlıq yol qalmıĢdır". 
Sonra üzünü oğlana çevirib dedi: "Get yaxĢıca yuyun, iki rükət namaz qıl, 
tövbə elə; mən də allah-taalanın hökmünü icra edim". 
Cavan elə də etdi. 
Mirqəzəb dedi: "Görürəm indi bu cavan behiĢtə gedəcəkdir". Qoca belə 
sözlər deməklə ölümü cavanın gözündə elə ĢirinləĢdirmiĢdi ki, o mümkün qədər tez 
öldürülməsini xahiĢ edirdi. 
Sonra əmr etdi onu soyundurdular, mehribanlıqla gözlərini bağladılar, 
qoca isə xoĢ sözlər deməkdə davam edirdi. Bu zaman əlində su damlası kimi parlaq 
qılınc olan cəllad xəbərsiz gəlib ehmalca cavanın baĢı üstə dayandı, cavan bunu 
heç hiss də eləmədi. Mirqəzəb gözü ilə iĢarə verdi, cəllad süfətlə qılıncı endirdi, 
cavanın baĢı bir zərbə ilə bədənindən ayrıldı. Sonra cinayət etmiĢ baĢqa bir neçə 
adamı zindana göndərdi ki, iĢin
doğruluğunu yoxlaya bilsin. Qalxıb hücrəsinə 
qayıtdı. 
Nökər nə görmüĢdüsə, gəlib hamısını olduğu kimi ağasına danıĢdı. 
Sabahısı günü qalxıb, o biri mirqəzəbin sarayına getdi. Adamlar və 
köməkçilər gəlməyə baĢladılar, saray doldu. GünəĢ yüksəldikdə mirqəzəb 


107 
sarayından çıxıb qəbula baĢladı, üzünü turĢutdu, qaĢını çatdı. Köməkçiləri onun 
qarĢısında hələ də ayaq üstə durmuĢdular. Xeyli zamandan sonra soruĢdu: "Heç 
adam-zad gətiriblərmi?" Dedilər: "Ġki-üç sərxoĢ cavan gətiriblər". Dedi: 
"Sürüyünüz bura!" Sürüdülər. Gözü onlara sataĢacaq dedi: "Çoxdandır ki, mən 
bunları axtarıram. Bu haramzadanın biridir, fitnə-fəsad törətməkdə Bağdadda tayı 
yoxdur. Bunun boynunu vurmaq lazımdır, camaatın uĢaqlarını yoldan çıxarmaqdan 
baĢqa əlindən heç bir iĢ gəlmir, heç elə gün olmur ki, bunun əlindən mənim yanıma 
Ģikayətə on adam gəlməsin. Çoxdandır ki, buna göz qoyuram". O qədər belə dedi 
ki, cavan canını onun sözlərindən qurtarmaq üçün baĢının vurulmasına razılıq 
versin. 
Sonra əmr etdi taziyanə gətirdilər. Dedi: "Üzü üstə yıxıb baĢının vo 
ayağının üstündə oturun, qırx taziyanə vurun!" 
Doyunca bu qədər döydürdükdən sonra zindana göndərmək istəyirdi ki
əllidən çox hörmətli ağsaqqal gəlib haman cavanın sakit, tərbiyəli uĢaq olduğuna 
Ģəhadət verdilər, vasitəçilik etdilər, bağıĢlanmasını xahiĢ etdilər, əvəzində xidmət 
göstərəcəklərini dedilər. Fayda vermədi, cavanı həbsxanaya göndərdi. Ağsaqqallar 
incik halda qayıtdılar, ona nifrət etdilər. Mirqəzəb qalxıb hücrəsinə getdi. Nədimin 
nökəri gəlib əhvalatı ağasına danıĢdı. Nədim üçüncü gün Məmunun xidmətinə 
getdi, hər iki mirqəzəbin xasiyyət və hərəkəti haqqında nə eĢitmiĢdisə, hamısını 
ona danıĢdı. Əmirəlmöminin Məmun təəccüb etdi, qocaya dua oxudu, o itə isə 
lənət yağdırdı və dedi: "Lənət olsun ona o, Ģərab içmiĢ bir azad adamla belə rəftar 
edirsə, gör qan tökmüĢə rast gəlsə nələr edər?" 
Sonra əmr etdi onu mirqəzəblikdən çıxartdılar. Cavanı zindandan 
buraxdılar, qoca mirqəzəbi isə öz vəzifəsində saxlayıb ona yeni xələt geyindirdilər. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin