Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə47/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   43   44   45   46   47   48   49   50   ...   100
Siyasetname

 
Otuz altıncı fəsil 
 
LAYĠQLĠ XĠDMƏTÇĠLƏR VƏ QULAMLARIN QƏDĠR-
QĠYMƏTĠNĠ BĠLMƏK HAQQINDA 
Xidmətçilərdən kim yaxĢı bir iĢ gördüsə, dərhal onu tərifləmək və 
mükafatlandırmaq, kim səbəbsiz olaraq səhv etsə, nöqsan buraxsa, qulaqburması 
vermək lazımdır ki, qulların iĢə həvəsləri artsın, günahkarın canına qorxu düĢsün, 
iĢlər düz getsin. 
Hekayət. Bir HaĢimi
140
oğlu bir dəstə adamı söyüb təhqir etmiĢdi. 
Atasının yanına gedib ondan Ģikayət etdilər. Atası cəzalandırmaq istədikdə oğul 
dedi: "Ey ata mən səhv etmiĢəm ağlım baĢımda olmayıb, gəl, sən mənə cəza 
vermə, sənin ki, ağlın baĢındadır". 
Bu söz atasının xoĢuna gəldi və onu bağıĢladı.
Hekayət. Xordadbeh belə nağıl edir: "Pərviz
148
Ģahın yaxın adamlarından 
birinə acığı tutdu, onu zindana saldırdı. Mütrib Bazeyddən
149 
baĢqa heç kəs onun 
yanına getməyə cəsarət etmirdi. Bazeyd hər gün ona yemək və içmək aparırdı. 
Pərvizə xəbər verdilər, Bazeydi çağırtdırıb dedi: "Mənim həbs etdirdiyim adama 
sən necə cəsarət edib qayğı göstərirsən? Bilmirsənmi, bizim qəzəbləndiyimiz və 
zindana atdığımız adama qayğı göstərmək olmaz?!" 
Bazeyd dedi: "ġahim, sənin ona bağıĢladığın mənim ona verdiyimdən 
çoxdur". ġah dedi: "Mən ona nəyi bağıĢlamıĢam?" Dedi: "Həyatını, həyat isə 
mənim ona göndərdiyimdən çox-çox bahadır". 
ġah dedi: "Afərin! Gözəl dedin. Onu sənə bağıĢladım". 
Hekayət. Samani
150 
xanədanında belə bir adət var imiĢ: kim onların 
qarĢısında xoĢagələn bir söz dedikdə, ya hünər göstərdikdə onların ağzından afərin 
sözü çıxsaymıĢ xəzinəçi dərhal min dirhəm o adamın qabağına qoyarmıĢ. Kəsra
151
Ģahları ədalət, səxavət və insafla baĢqa Ģahlardan daha irəlidə olmuĢlar, ƏnuĢirəvan 
adil xüsusilə fərqlənmiĢdir.. 
Hekayət. Deyirlər bir gün NuĢirəvan ata minib yaxın adamları ilə ova 
gedirmiĢ. Bir kəndin kənarından keçəndə doxsan yaĢlı bir kiĢinin qoz ağacı 
əkdiyini görüb, təəccüb etdi, çünki qoz
ağacı yalnız iyirmi ildən sonra bar gətirir. 
Dedi: "A qoca qoz əkirsən?" Dedi: "Bəli, ağam". SoruĢdu: "Nə qədər yaĢamaq 
fikrindəsən ki, barını da yeyəsən?!" Qoca dedi: "Əkiblər yemiĢik, əkirik yesinlər!" 
NuĢirəvanın xoĢu gəldi, dedi:"Afərin!" 


103 
Dərhal xəzinəçiyə əmr etdi, qocaya min dirhəm versin. 
Qoca dedi: "Ey ağam, heç kəs sənin nökərindən qabaq bu qozu yemədi". 
SoruĢdu: "Bu necə olur?" Qoca dedi: "Mən bu qoz ağacını əkməsəydim, ağam 
burdan keçməsəydi, mənə çatan mənə çatmasaydı, bu qulunuz o cavabı 
verməsəydi, bu min dinarı haradan tapardım?!" 
NuĢirəvan dedi: "Afərin! Afərin!" Xəzinəçi dərhal iki min dirhəm də 
qocaya verdi, çünki NuĢirəvanın ağzından iki "afərin‖ çıxmıĢdı. 
Hekayət. Məmun bir gün Ģikayətlərə baxırdı. Nəyi isə xahiĢ etmək 
haqqında ona bir ərizə verdilər. O da ərizəni Fəzl Səhlə uzadıb dedi: "Bunun 
xahiĢini yerinə yetir, bu çərxi-fələk ona görə belə iti dövran edir ki, heç bir adama 
həmiĢə cəfa etməsin, bu dünya ona görə belə sürətlə fırlanır ki, heç kəs bir dosta 
həmiĢə vəfa etməsin. Bu gün yaxĢılıq etməyə imkanımız vardır, sabah elə gün gələ 
bilər ki, birinə yaxĢılıq elmək istəsək də, acizlikdən bacara bilməyək. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin