Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə39/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   35   36   37   38   39   40   41   42   ...   100
Siyasetname

İyirmi dördüncü fəsil 
HƏR NÖVDƏN QOġUN SAXLAMAQ HAQQINDA 
Bütün ordu bir növdən olsa, onda təhlükə törəyər, ciddi səy göstərməz
pozğunluq yaradarlar. Hər tayfadan qoĢun saxlanmalıdır. Belə ki, iki min deyləmli 
və xorasanlı sarayda olmalıdır. Çatmasalar əlavə etmək olar, bəziləri gürcü, ya pars 
Ģəbankarları da ola bilər, çünki bunlar yaxĢı adam olurlar. 
Hekayət. Sultan Mahmudun adəti belə imiĢ ki, hər tayfadan qoĢun 
saxlarmıĢ. Məsələn, türk, xorasanlı, ərəb, hind, deyləmi, quri, səfərə çıxdıqda, 
yürüĢ etdikdə hər gecə hər tayfadan keĢikçi təyin edərdi. Hər tayfanın düĢərgəsi də 
göz qabağında olardı. Səhərə qədər heç bir tayfa o birisinin qorxusundan 
tərpənməyə belə cəsarət etməzdi. Müharibə günü olsa idi hər tayfa öz heysiyyətini 
qorumaq üçün ürəklə vuruĢardı, istəməzdi desinlər ki:"filan tayfa döyüĢdə süstlük 
göstərdi". Hamı çalıĢardı ki, bir-birindən üstün olsun‖. 
DöyüĢçülər arasında belə bir ənənə yarandıqda hamısı qəhrəmanlıq 
göstərib Ģöhrət qazanmağa çalıĢırlar, silaha əl atdılarmı, düĢmən ordusunu 
darmadağın etməyincə addım geri qoymazlar. Elə ki, ordu bir dəfə, iki dəfə qələbə 
çalıb düĢmənə üstün gəldi, ondan sonra belə ordunun yüz atlısı düĢmənin min 
atlısını vecinə almaz, heç nə bu müzəffər orduya müqavimət göstərə bilməz
ətrafda olan qoĢunların hamısı bu Ģahın qoĢunlanndan qorxub itaət edər. 
İyirmi beşinci fəsil 
HƏR TAYFADAN SARAYDA GĠROV QOġUN SAXLAMAQ 
HAQQINDA 
Ərəb, kürd, deyləm, rum əmirləri və itaətdə olan bütün Ģəxslərə demək 
lazımdır ki, hərəsi oğlundan, qardaĢından birini saraya göndərsin, bunların ümumi 
sayı heç bir vaxt beĢ yüzdən az olmamalıdır. Bir il tamam olduqda onların əvəzinə 
baĢqaları gəlməli, bunlar isə öz yerlərinə qayıtmalıdırlar. Əvvəl gəlməyincə bu 
adamları buraxmaq olmaz. Beləliklə, girovun qorxusundan heç kəs Ģaha qarĢı 
üsyan edə bilməz. Deyləmlilər, dağlılar, təbəristanlılar, Ģəbankarələr və bu kimi 
tayfaların iqtaları, bir parça çörəkləri vardır, ona görə onlardan beĢ yüz adam 
sarayda saxlanılmalıdır ki, ehtiyac olduqda saray döyüĢçüsüz qalmasın. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin