80
müalicəsini bilə və dəfələrlə təcrübədən keçirmiĢ ola. Bunu heç vaxt o birisinə
bərabər tutmaq olmaz. Məsələn, biri çoxlu səfər edib dünyagörmüĢ ola, isti-soyuq
dada, baĢına müxtəlif hadisələr gələ, bir baĢqası heç evdən xaricə çıxmamıĢ ola,
bunu o birisinə bərabər tutmaq olmaz. Buna görə deyiblər: "Bütün məsləhətləri
alimlər və dünyagörmüĢ qocalarla etmək lazımdır".
BaĢqa bir misal. Biri tez baĢa düĢən, tez iĢ görən, baĢqa birisi küt, gec
baĢa düĢən, ağır iĢləyən ola, bunlar o birilərinə bərabər tutula bilməz. Ona görə
deyiblər: "Bir adamın məsləhəti-bir adamın gücü, on adamın məsləhəti-on adamın
gücü kimidir". Bütün dünya adamları bu fikrə Ģərikdirlər ki, peyğəmbər ə.s. daha
tədbirlisi yoxdur. O, sərvərin bütün biliyinə, hər Ģeyin axırını görə bilməsinə,
göylər, yerlər, behiĢt, cəhənnəm, lövhə və qələm, fələk və taxt, bu qəbildən olan
hər Ģeyin ona baĢ əyməsinə, Cəbrail ə.s. hər saat nazil olub xəbər gətirməsinə,
müjdə verməsinə, olmuĢlar və olmamıĢlar haqqında xəbər verməsinə, bu qədər
fəzilət və möcüzə göstərməsinə baxmayaraq allah-taala ona buyurur: ―ĠĢlərdə
məsləhətləĢin". "Ya Məhəmməd, qarĢına bir iĢ çıxanda əshabələrinlə
məsləhətləĢ". Ona məĢvərət etməyi buyurmuĢdur, çünki onun da məsləhət və
məĢvərətə ehtiyacı var imiĢ. Onu da bilmək lazımdır ki, ondan daha az
ehtiyacı olan heç kəs ola bilməz. Deməli, Ģah bir iĢ görmək istədikdə, ya qarĢısına
bir iĢ çıxdıqda qocalar və tərəfdarları ilə məsləhətləĢməli, məĢvərət etməlidir ki,
hər kəs o barədə düĢündüyünü desin, Ģah öz fikirləri ilə onların hər birini
müqayisə edər, onlar da bir-birlərinin fikirlərini eĢidib götür-qoy edərlər.
Nəticədə iĢin doğru yolu meydana çıxar. Ən düz tədbir və doğru yol o hesab edilə
bilər ki, hamının fikri bir olsun. ĠĢdə məĢvərət etməmək ağlın zəifliyinə dəlalət
edər və belə adamı özbaĢına adlandırarlar. Məqsəd olmadan heç bir iĢ görmək
mümkün ola bilmədiyi kimi məĢvərət etmədən də heç bir tədbiri yaxĢı həyata
keçirmək olmaz.
Allaha Ģükür, dünyanın hökmdarı həm möhkəm iradəli, həm ağıllıdır, həm
də tədbirli, iĢgüzar adamları vardır. Buradakı yalnız kitabın tələbinə görə
deyilmiĢdir.
Dostları ilə paylaş: