Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə33/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   29   30   31   32   33   34   35   36   ...   100
Siyasetname

On dördüncü fəsil 
QASĠD VƏ GÖYƏRÇĠNLƏRĠN 
 ARDICIL GÖNDƏRĠLMƏSĠ HAQQINDA 
Bir neçə mühüm yollara daimi qasidlər təyin etmək, onlara müvafiq maaĢ 
və əmək haqqı vermək lazımdır. Belə olduqda bir gecə-gündüzdə əlli fərsəng 
məsafədə nə olsa, nə hadisə baĢ versə, gəlib çatar. KeçmiĢ adətə görə xüsusi 
nəqiblərin olmalıdır ki, qasidlərin qayğısına qalsınlar və onlar öz vəzifələrini 
vaxtında yerinə yetirsinlər. 
On beşinci fəsil 
SƏRXOġLUQDA VƏ AYIQLIQDA ƏMRLƏRĠN 
 VERĠLMƏSĠNDƏ EHTĠYATLI OLMAQ LAZIMDIR 
Divanxanaya və xəzinəyə göndərilən əmrlər, ölkənin mühüm məsələləri, 
iqta, vergilər haqqmda olar və onların bəzilərini dərhal yerinə yetirmək lazım gələr. 
Bu incə məsələdir və bu iĢdə çox ehtiyatlı olmaq lazımdır. Elə deyilə bilər ki, onda 
ziddiyyət olar, ya lazımi kimi baĢa düĢülməz. Elə etmək lazımdır ki, bu əmrlər bir 
adam tərəfindən verilsin və onun dili ilə də baĢqalarına çatdırılsın, vasitəçidən 
istifadə edilməsin. Onun da ġərti belədir: ―Əmr hazırlandıqda divan onun haqqında 
bir də rəyi öyrənməli, sonra imzaya göndərilməlidir; bundan sonra isə o, icra 
edilməlidir. Allahın istəyi ilə. 
 
 


78 
On altıncı fəsil 
XÜSUSĠ VƏKĠL VƏ ONUN ĠġĠNĠN ĠRƏLĠLƏMƏSĠ HAQQINDA 
Bizim zəmanədə vəkillik yaman hörmətdən düĢübdür. HəmiĢə bu vəzifə 
məhrəm və adlı-sanlı adamlara tapĢırılmıĢdır. Mətbəx iĢləri, Ģərabxana, 
mehtərxana, Ģah, Ģahzadə və əshabələr sarayı etibar edilən bu adam hər ay, bəlkə 
hər gün ali məclislərdə olub, Ģahla söhbət etməli, baĢ vermiĢ hadisələr haqqında 
xəbər çatdırmalı, fikir öyrənməli, alınıb satılan Ģeylər haqqında məlumat 
verməlidirlər. 
Ona böyük hörmət və nüfuz qazandırmaq lazımdır ki, iĢlərini yerinə yetirə 
bilsin, müvəffəqiyyət qazansın. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin