67
Lakin sahibxəbərin olması olmamasından yaxĢıdır, çünki sahibxəbər təyin
etmək ölkəni dolandırmaq qaydalarından biridir. Dediyimiz kimi, inam və etimad
olsa, narahat olmağına dəyməz.
On birinci fəsil
ƏLAHƏZRƏTĠN ƏMRLƏRĠ VƏ DƏRGAHDAN
GƏLƏN YAZILARIN HÖRMƏTĠNĠ
SAXLAMAQ HAQQINDA
Dərgahdan (Ģah sarayından - R.S.) yazılan məktubların sayı çox olur, çox
olan Ģeyin isə hörməti olmaz. Ona görə mühüm məsələ olmayınca ali məclisdən bir
Ģey yazılmamalıdır, yazıldımı, onun həĢəməti elə olmalıdır ki, heç kəs onu yerinə
yetirməməyə cəsarət edə bilməsin. Bir adamın ona alçaq nəzərilə baxdığı, ya onu
yerinə yetirməkdə tənbəllik, kahıllıq göstərdiyi meydana çıxdıqda, ən yaxın adam
olsa belə, ona ağır qulaqburması vermək lazımdır. ġah yazısı ilə baĢqa adam
yazısının fərqi bundadır.
Hekayət. Deyirlər bir qadın NiĢaburdan Qəzneynə, Mahmudun yanına
Ģikayətə gedib deyir: "NiĢaburun amili mənim torpağımı mənimsəmiĢdir".
Məktub
verdilər ki, amil torpağı geri qaytarsın. Demə bu amilin əlində haman
torpağın qəbzi varmıĢ. Deyir: "Bu
torpaq onunku deyil, məsələni mən Ģah
sarayında bildirərəm". Qadın ikinci dəfə Ģikayətə gedir. Qulam göndərib amili
NiĢaburdan Qəzneynə aparırlar. Sultanın qapısına çatdıqda
əmr edir saray
qapısında ona min çubuq vursunlar. Amil qəbzi göstərir. BeĢ yüz vasitəçi salır, o
min çubuğu min NiĢabur dinarına almaq istəyir, baĢ tutmur. Min çubuq yedikdən
sonra ona deyirlər: "Tutaq ki, bu torpaq doğrudan da sənindir, bəs nə üçün formanı
yerinə yetirib sonra məsələni aydınlaĢdırmadın ki, lazımi göstəriĢ verilsin?!
Ona görə belə etdilər ki, baĢqaları eĢitsin və heç kəsdə Ģahın fərmanından boyun
qaçırmağa, dikbaĢlıq etməyə, laqeydlik göstərməyə cəsarət olmasın".
PadĢah ixtiyarı çatdığı hər Ģeyi idarə edə bilir: döydürmək, baĢ
vurdurmaq,
əl-qol kəsdirmək, axta etdirmək və bu kimi iĢlər. ġahın fərmanı
olmadan baĢqası öz nökəri və ya qulu ilə belə rəftar etsə, güzəĢtə getməyib, onun
özünə belə cəza vermək lazımdır ki, baĢqaları öz yerlərini bilib ibrət dərsi alsınlar.
Dostları ilə paylaş: