Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə27/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   23   24   25   26   27   28   29   30   ...   100
Siyasetname

Doqquzuncu fəsil 
 
MÜġRĠFLƏR VƏ ONLARIN TƏMĠN EDĠLMƏSĠ 
ĠĢraf
94
vəzifəsinə ən etibarlı adam təyin edilməlidir, çünki sarayda nə baĢ 
verirsə, bu adam hamısını bilməli, istədiyi, ya ehtiyac olduğu vaxt xəbər 
verməlidir. Bu adam Ģəxsən hər Ģəhərə və qəsəbəyə doğru danıĢan, əlidüz 
nümayəndələr göndərməlidir ki, onlar da burada baĢ verən xırda-böyük nə varsa, 
hamısını öyrənib ona xəbər versinlər. Lakin elə etmək lazım deyildir ki, onları 
təmin etmək, maaĢ və hüquqları rəiyyətin üzərinə düĢsün, yükləri ağırlaĢsın, yeni 
əziyyətə düĢsünlər. Onlara nə qədər lazımsa, beytülmaldan verilməlidir, müzayiqə 
edilməməlidir ki, xəyanət edib rüĢvət almağa məcbur olsunlar. Onların düz 
iĢləmələrindən gələn xeyir, vaxtında onlara verilmiĢ maldan on dəfə və yüz dəfə 
çox olar. 
 
Onuncu fəsil 
 
SAHĠBXƏBƏR VƏ ÖLKƏ DOLANDIRMAQ 
TƏDBĠRLƏRĠ HAQQINDA 
ġah rəiyyət və qoĢunun halından xəbər tutmalı, yaxın, uzaq, kiçik, böyük 
nə varsa hamısını bilməlidir. Belə etməsə, eyib sayılar, onu laqeydlik, ya da 
ədalətsizlik hesab edərlər və deyərlər: "Ölkədə baĢ verən zülm və qanunsuzluqları 
Ģah bilir, ya da bilmir. Bilib onları aradan qaldırmaq və qarĢısını almaq üçün tədbir 
görmürsə, demək o özü zalımdır, ona görə də zülmə yol verir; bilmirsə, deməli, 
baĢısoyuq və ölkədən xəbəri olmayan adamdır". 
Bunların hər ikisi də pisdir. Ona görə labüd olaraq sahib-bəridə
95
ehtiyac 
doğur. Ġstər cahiliyyət
96
, istərsə islam dövründə bütün Ģahlar sahib-bəridlər 
vasitəsilə ölkədə baĢ verən xeyir-Ģər haqqında təzə xəbərlər almıĢlar, belə ki, beĢ 
yüz fərsəng uzaq bir yerdə əgər biri-birindən haqsız olaraq bir torba ələf, ya bir 
toyuq alsa idi, Ģah bundan dərhal xəbər tutar, ona qulaqburması verərdi ki, 
baĢqaları Ģahın yatmadığını, hər yerdə onun xəbər verənləri olduğunu bilsinlər. Bu 
zaman zalimlər zülm əllərini qısa edər, camaat əmin-amanlıqda, Ģahın ədaləti 
sayəsində güzəranlarını təmin etmək üçün bir sənət və abadlıq iĢləri ilə məĢğul 


62 
olarlar. Lakin bu incə və çox məsuliyyətli məsələdir. Bu iĢ elə adamlara 
tapĢırılmalı, bu iĢi elə adamlar yerinə yetirməli, elə adamların əli, dili və qələmində 
olmalıdır ki, onlar haqqında heç kəs pis bir Ģey deyə bilməsin, onlar özləri qərəzli 
iĢlərlə məĢğul olmasınlar, çünki ölkənin müqəddəratı, səlahi və fəsadı onlardan 
asılıdır. Onlar baĢqaları tərəfindən deyil, Ģəxsən Ģahın özü tərəfindən təyin 
edilməlidir. Onların maaĢları, əmək haqqları vaxtında, xəzinədən verilməlidir, 
onlar rahat, arxayın və ürəkdən iĢləməlidirlər ki, Ģah da təzə baĢ verən hər 
hadisəni bilib hər kəsin özünə layiq mükafat, cəza və ya qulaqburması versin. 
PadĢah belə etdikdə camaat həmiĢə itaətdə olub, Ģahın qəzəbindən qorxar, 
heç kəs Ģaha qarĢı qiyam etməyə və ya pis fikirləĢməyə cəsarət etməz. Sahib-xəbər 
və xəfiyyələrin təyin edilməsi, Ģahın ölkə dolandırmaqda ədalətli, sayıq, qayğıkeĢ 
və iradəli olduğunu göstərir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin