Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə26/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   22   23   24   25   26   27   28   29   ...   100
Siyasetname

Hekayət. Filosof Loğman demiĢdir: "Dünyada insan üçün elmdən daha 
yaxĢı dost yoxdur. Elm dövlətdən də yaxĢıdır, çünki dövləti sən saxlamalısan, elm 
isə səni saxlayır". Həsən Bəsri 
92
(Allah ona rəhmət eləsin) deyir: "Alim o deyildir 
ki. ərəbcə çox bilib, qəliz ərəb ifadələrini və sözlərini çox əzbərləmiĢ olsun, alim 
odur ki, bütün elmlərdən baĢı çıxsın, hansı dili bilsə, məqbul sayılar". 
Əgər bir adam Ģəriətin bütün qanunlarını, Quranın təfsirini türk, fars və 
rum dilində bilir, ərəb dilini bilmirsə, alim sayılar. Lakin ərəbcə də bilsə, daha 
yaxĢı olar. 
Allah-taala Quranı ərəb dilində göndərmiĢdir, Məhəmməd Mustafa ə.s. də 
ərəbdilli olmuĢdur, lakin əgər Ģahın allah vergisi, dövləti, elmi olsa, hər iki 
dünyanın səadəti ona nəsib olar, çünki heç bir iĢi elmsiz görməz, cəhalətə yol 
verməz. Bax gör, alim padĢahların adı dünyada nə qədər böyükdür, onlar elə böyük 
iĢlər görmüĢlər ki, qiyamətdə adları yaxĢılıqla çəkiləcəkdir, məsələn, Firidun, 
Ġsgəndər, ƏrdəĢir, NuĢirəvan adil, Əmirəlmöminin Ömər (allah ondan razı olsun), 
Ömər ibn Əbdüləziz (allah onun qəbrini nurla iĢıqlandırsın), Harun, Məmun 
Mötəsim, Ġsmail ibn Əhməd Samani və Sultan Mahmudun (allah onların hamısına 
rəhmət eləsin) gördükləri iĢlər və rəftarları məĢhurdur, onların haqqında tarixlər və 
kitablar yazılıbdır; oxuyur, onlara dua oxuyurlar. 
Rəvayət. Deyirlər ki, Ömər ibn Əbdüləzizin
93
(allah ona rəhmət eləsin) 
hökmranlığı dövründə qıtlıq düĢdü, xalq çətinlik çəkdi. Ərəb qəbilələrindən biri 
onun yanına gəlib sızlayıb dedi: "Ya əmirəlmöminin, biz öz ətimizi, qanımızı 
qəhətlikdə yedik, yəni yemək tapmadığımız üçün özümüz arıqladıq, rəngimiz 
saraldı. Ġndi bizim sizin beytülmala ehtiyacımız vardır. 
Bu mal da sənindir, ya allahındır, ya allah bəndələrinin. Əgər allah
bəndələrinindirsə, bizimdir, allahındırsa, allahın ona ehtiyacı yoxdur, 
sənindirsə bir sədəqə et ki, bu çətinlikdən qurtaraq, dərimiz bədənimizdə quruyub, 
allah-taala da yaxĢı iĢ görənlərə mükafat verəcəkdir. 
Ömər ibn Ələzizin ürəyi yandı, gözü yaĢla doldu, dedi: "Siz dediyiniz 
kimi edəcəyəm
. Dərhal əmr etdi, onların iĢini düzəldib, arzularını yerinə yetirdilər. 
Durub getmək istədikdə Ömər ibn Ələziz (allah ona rəhmət eləsin) dedi: "Ay 
camaat hara gedirsiniz, adamların sözünü mənə çatdırdığınız kimi mənim də 
sözlərimi allah-taalaya çatdırın, yəni mənə dua edin". 


61 
Ərəblər üzlərini göyə çevirib dedilər: "Ġlahi, səni and veririk öz izzətinə, 
Ömər ibn Əziz sənin bəndələrinə nə edibsə, sən də ona elə et!". Duanı tamam edən 
kimi bulud gəldi, gurĢad dolu yağdı, biri Ömərin sarayının kərpiclərindən birinə 
dəyib onu sındırdı, içərisindən bir kağız çıxdı. Orada yazılmıĢdı: "Bu cəhənnəm 
odundan qurtarmaq üçün böyük allahın Ömər Əbdüləzizə göndərdiyi bəraətdir". 
Bu mənada hekayət çoxdur, bu qədər deyildi, o da kifayətdir. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin