79
mərhəba deməlidir, müəllimlik edib göstəriĢ verməməlidir: "Bunu elə, onu
eləmə,onu nə üçün etdin, bunu etmək lazım deyildir...,, Bu Ģaha ağır gələr, nəhayət,
nifrətə səbəb olar. YaxĢı olar nədimlər Ģərab məclisi, eyĢ-iĢrət, əyləncə,
məhrəmanə məclis,ov, çövkan oyunu buna oxĢar nə varsa hazırlasınlar, çünki
nədimlər elə bunu üçündürlər. Ölkə dolandırmaq, yürüĢ, rəyasət, siyasət,
ehtiyat
toplamaq, vergi yığmaq, səfərə çıxmaq, məskən salmaq, ordu və xalqa aid nə varsa
vəzir, əyan-əĢraf və dünyagörmüĢ qocaların məsləhəti ilə görülsə daha yaxĢı olar,
iĢlər öz qaydasında gedər. ġahların bəziləri təbibi və münəccimləri nədim etmiĢlər
ki, hərəsinin nə məsləhət görəcəklərini öyrənsinlər, nə edəcəklərini, səhhətlərini
necə qoruyacaqlarını bilsinlər. Münəccim isə vaxtı və saatı təyin etməli, görüləcək
iĢ üçün uğurlu gün seçməli, nəticəni əvvəlcədən xəbər verməli idi.
Bəzi Ģahlar bunların hər ikisinin əleyhinədirlər.
Onlar deyirlər ki, təbib
bizi dadlı xörəklərdən və xoĢ ləzzətlərdən məhrum edir, xəstə olmadığımız halda
nahaq yerə dava-dərman verib bizi incidir. Münəccim də iĢlərimizə
mane olur,
tədbirlərimizi həyata keçirməyə qoymur, kefımizi pozur, qanımızı qaraldır.YaxĢısı
budur ki, bunlar ehtiyac olduqda çağırsınlar.
Lakin nədim səfərə çıxmıĢ, dünyagörmüĢ təcrübə qazanmıĢ, böyüklərə
xidmət etmiĢ olsa, daha yaxĢıdır. Adamlar Ģahın adətini, xasiyyətini bilmək
istədikdə onu nədimi ilə müqayisə edirlər. Nədimləri xoĢxasiyyət, xoĢtəbiət, alim,
təvazökar, səbirli olduqda sahın da bədxasiyyət, bədbin,
və bədtəbiət adam
olmadığı bilinər.
Bundan əlavə, hər nədimin öz yeri, öz mövqeyi vardır: bəziləri oturmalı,
bəziləri ayaq üstə durmalıdır, məsələn qədimdən bəri Ģahlar, xəlifələr
məclisində belə bir qayda olmuĢ, indi də bu adət qədim xəlifə xanədanında
qalmıĢdır; hər xəlifənin nədiminin sayı əcdadlarının nədimlərinin sayına bərabər
olur. Qəzneyn Sultanın həmiĢə iyirmi nədimi olarmıĢ, onu oturar, onu da ayaq üstə
durarmıĢ. Bu adət saminlərdən qalmadır. ġah nədimləri tam mənada təmin
edilməli, əyan-əĢraf arasında onlara böyük hörmət yaradılmalıdır.
Onlar təmkinli,
sədaqətli və Ģahsevən olmalıdırlar.
Dostları ilə paylaş: