68
uzatdırıb iyirmi çubuq vurmuĢdur.
Pərvizin acığı tutdu. Əmr etdi Bəhramı gətirsinlər. Bəhram gəldikdə əmr
etdi silahxanadan beĢ yüz qılınc gətirdilər.
Bəhrama dedi: "Ey Bəhram, bunların içərisindən ən yaxĢılarını seç".
Bəhram yüz əllisini seçdi. Pərviz dedi: "Bu seçdiklərindən on dənə ən nazik
tiyəsini ayır". Bəhram onunu ayırdı. Pərviz dedi: "Ġndi əmr et, bu iki tiyəni bir qına
yerləĢdirsinlər". Bəhram dedi: "ġahım, iki tiyə bir qına sığmaz". Pərviz Ģah dedi:
"Bəs iki sərkərdə bir Ģəhərə necə sığa bilər?" Bəhram bu sözü eĢitdikdə səhv
buraxdığını baĢa düĢüb dərhal təzim etdi. Pərviz dedi: "Xidmətlərinə görə
mənim
boynumda haqqın olmasa idi bu günahı sənə bağıĢlamazdım, bir də ki, öz
qaldırdığımı yerə vurmaq istəmirəm. Belə iĢlərlə qoy özümüz məĢğul olaq, çünki
allah-taala bizi yerə hakim təyin etmiĢdir, səni yox. Kimin haqqında hökm
lazımdırsa bizə deyilməlidir, biz də düzü necədirsə elə ölçü götürək. Əgər bundan
sonra nökər və qulamlarından bir xəta baĢ versə, əvvəlcə bizə xəbər verməlisən, biz
də nə tərbiyə lazımsa, onu da verək, heç kəs layiq olduğundan artıq cəza almasın.
Bu dəfə səni bağıĢladım".Bəhram Çubin sərkərdə olmasına
baxmayaraq, ona
belə xəbərdarlıq edilmiĢdi.
Dostları ilə paylaş: