Hekayət. Sultan Mahmud Əraqi zəbt eldikdə elə olur ki, Deir Keçin
97
karvansarasında bir qadının malını oğrular götürüb aparırlar. Bu oğrular Küc və
Bülucdan idilər, bu vilayət isə Kirmanın yaxınlığında idi. Bu qadın Sultan
Mahmudun yanına gedib Ģikayət etdi, dedi: "Oğrular Deir Keçində mənim malımı
oğurlayıblar, ya malımı geri qaytar, ya pulunu ver". Sultan Mahmud dedi: "Deir
Keçin haradır?" Qadın dedi: "O qədər yer tut ki, biləsən nəyin vardır, hesabını
aparıb, onu saxlaya biləsən". Dedi: "Doğru deyirsən, lakin oğruların kim və
haradan olduqlarını bilirsənmi?" Dedi: "Kirmanın yaxınlığındakı Kuc və Bülucdan
idilər".
Dedi: "O yerlər uzaqdadırlar, mən oturduğum vilayətə daxil deyildir,
onlara heç bir Ģey edə bilmərəm". Qadın dedi: "Sən necə dünyanın hökmdarısan ki,
öz ölkəni də dolandıra bilmirsən, necə çobansan ki, qoyunu qurddan qoruya
bilmirsən?! Mən zəif və köməksizlə, sən qüvvətli və ordu sahibi arasında nə
fərq?!"
Mahmudun gözləri yaĢardı, dedi: "Sən doğru deyirsən, elə edərəm sənin
malını qaytararlar, bu iĢi də imkanım daxilində qaydasına salaram". Sonra əmr etdi
xəzinədən qadına qızıl verdilər. Kirmanın əmiri olan Bu-Əli Ġlyasa isə belə bir
məktub yazdı: "Mənim Əraqa gəlməkdə əsas məqsədim Əraq deyildir, mən
Hindistanda həmiĢə qəzavatla
98
məĢğul idim, lakin fəsiləsiz olaraq məktub gəlirdi
ki, deyləmilər
99
Əraqda fitnə-fəsad törədir, açıq-açığa günah iĢlərlə məĢğul olurlar,
yollarda səbatlar
100
düzəldirlər, allah bəndələrini, arvad-uĢaqlarını zorla tutub
saraya aparır, onların baĢına rüsvayçılıq gətirirlər, istədikləri qədər saxlayır,
istədikləri vaxt buraxırlar; AiĢəni ( allah ondan razı olsun) zaniyə
101
adlandırır,
peyğəmbər ə.s. bütün əshabələrinə lənət yağdırırlar. Ġqtidarlar ildə xalqdan iki-üç
dəfə vergi toplayır, olmazın zülmlər edirlər. Məcdüdövlə adlanan Ģah isə razılıq
vermiĢdir ki, ona ĢahənĢah desinlər, kəbinli doqquz arvadı vardır. Xalq hər yerdə,
Ģəhərlərdə və qəsəbələrdə zındıq
102
və batini məzhəbini təbliğ edir, allah və
peyğəmbərə nalayiq sözlər deyir, yaradanı açıqdan açığa danırlar, namaz qılmır,
oruc tutmur, həcci zəkatı yerinə yetirmirlər, nə iqtidarlar onlara cəza verir, nə deyə
63
bilirlər ki,"nə üçün peyğəmbər ə s. əshabələrini təhqir edir, onlara əzab və iĢgəncə
verirsiniz". Hər iki dəstə əlbir olubdur. Bu xəbərin doğruluğu mən? çatdıqda, mən
daha mühüm hesab etdim, hind qəxavatını buraxıb, Ərağa üz çevirdim, müsəlman,
mömin və hənəfi
104
olan türk qoĢunlarına tapĢırdım ki, deyləmi, zındıq və
batinilərin kökünü kəsdilər, bəziləri qılıncdan keçirildi, bəziləri əsir alınıb, zəncir
və zindana giriftar oldular, bəziləri qaçıb dünyadan didərgin düĢdülər. Bütün
vəzifələri hənəfi və Ģafei olan, pakizə mənsəb xorasanlılara verdim, bunların hər
ikisi xəvaricilərin
105
və batinilərin düĢmənidir; razı olmadım ki, Ġraq katibi qələmi
kağıza tərəf uzatsın. Ġraq katiblərinin əksəriyyətinin onlardan olduğunu və türklərə
pis münasibət bəslədiklərini bilirdim. Az müddət ərzində böyük allahın köməyi ilə
Ġraq torpağını bədməzhəblərdən təmizlədim. Allah-taala məni ona görə xəlq edib
və xalqın üzərində qoyub ki, müfsidləri yer üzündən təmizləyim, düz adamları
mühafizə edim, ədalət və səxavət əsasında dünyanın abadlığına çalıĢdım. Ġndi
mənə xəbər veriblər ki, Kuc-Büluc dəbduzlarından bir qəbilə burada Deir Keçin
rabatına basqın edərək mal oğurlamıĢdır. Ġndi tələb edirəm ki, onları tutasan,
malları alasan, özlərini dara çəkəsən və ya əli-qolu bağlı haman mal ilə birlikdə
Reyə göndərəsən. Qoy onlar Kirmandan bir də mənim vilayətimə gəlməyə cəsarət
etməsinlər. dediyimi yerinə yetirməsən, Kirman Somnatdan
106
uzaq deyildir, qoĢun
çəkib onların toxumunu Kirmandan kəsərəm".
Qasid
107
Mahmudun məktubunu Bu-Əli Ġlyasa çaldırdıqda çox qorxdu,
qasidə böyük hörmət göstərdi, sultana ləl-cəvahir, kəniz, daĢ-qaĢ, qızıl-gümüĢ
kisələri göndərdi və dedi: "Mən qulam və fərmanı yerinə yetirməyə hazıram, lakin
görünür, sultan mənim və Kirmanın vəziyyətindən yaxĢı xəbərdar deyildir. Mən
heç bir fəsada yol vermirəm, Kirmanın adamları isə sünni, mömin, dini pak düz
adamlardır, Kuc və Büluc dağları isə Kirmandan ayrılmıĢdır, dənizlər dağlar
keçilməz, yollar çətindir. Onların əlindən təngə gəlmiĢəm, canımı boğazıma
yığıblar, əksəriyyəti oğru, yolkəsəndir, iki yüz fərsəngdən çox bir yolda quldurluq
edirlər, oğurluğa gedirlər, adamları çoxdur, mən onlarla bacara bilmirəm.
Dünyanın sultanı daha güclüdür hər yerdə onların öhdəsindən yalnız o gələ bilər,
mənə nə buyursa, onu da etməyə hazıram.
Məktubun cavabı və Bu-Əlinin hədiyyələri sultana çatdıqda bildi ki, düz
danıĢır. Onun elçisinə xələt verilməsini əmr etdi, geri göndərdi və tapĢırdı Bu-
Əliyə desin, qoĢununu toplayıb Kirman vilayətini gəzə-gəzə filan ayın baĢında
gəlib Kuc-Bülucların olduqları yerin sərhəddinə çatarsan, orada dayanıb qasidimizi
gözlərsən. Elə ki, filan əlamətlə qasid gəldi, dərhal qalxıb onların vilayətinə
keçərsən, nə qədər cavan tapdın, aman verməyib öldürərsən, onların qocalarından
və qadınlarından malı alıb, bura göndərərsən ki, onlar tərəfındən malları
oğurlanmıĢ müddəilərə paylayım. Onlarla əhd-peyman bağlayıb geri qayıt".
Qasidi yola salandan sonra car çəkdirdi: "Yəzd və Kirmana getmək
arzusunda olan sovdəgərlər varsa hazırlaĢsınlar, yüklərini bağlasınlar, mən onlara
müĢayiət edən dəstələr verəcəyəm. Kuc və Büluc oğruları kimin malını oğurlayıb
64
talan etsə, xəzinədən nağd pul ilə qiymətini ödəcəyəm".
Bu xəbər ətrafa yayıldıqda Rey Ģəhərinə o qədər sövdəgər gəldi ki, saysız-
hesabsız...
Sonra Mahmud sövdəgərləri vaxtında 150 süvari ilə yola saldı, ürək-dirək
verərək dedi:
"Siz arxayın olun, dalınızca qoĢun da göndərəcəyəm". Sonra müĢayiətçi
dəstənin baĢçısı əmiri tək yanına çağırıb bir ĢüĢə öldürücü zəhər verdi və
dedi:"Ġsfahana çatandan sonra on gün orda qal, qoy orada sövdəgərlər də hazırlaĢıb
söhbət üçün sənin yanına gəlsinlər. Bu müddət ərzində sən on xarvar
108
Ġsfahan
alması alıb, on dəvəyə yüklərsən, yola düĢəndə haman dəvələri sövdəgər
dəvələrinin arasına qatarsan. Elə ki, gedib oğruların sabah çata biləcəkləri mənzil
baĢına yetiĢdiniz, o gecə almaları çadıra gətirib hər almanı çuvalduzla deĢərsən.
sonra iynədən də nazik taxtadan çubuq yonub onun vasitəsilə bu zəhərdən hər
almaya yeridərsən, beləliklə bütün almaları zəhərlərsən, sonra da yenə əvvəlki kimi
pambığa büküb səliqə ilə qəfəslərə doldurarsan, dəvələrə yükləyib o biri dəvələrə
qatarsan, sonra yola düzəlib gedərsən. Elə ki, oğrular qalxıb hücum etdilər, sən
onlarla davaya giriĢmə, çünki onlar çox, siz azsınız. Sonra silahlı adamlarını
toplayıb yarım fərsəng məsafədən onların dalınca gedin. Bir saata gədər səbr edin,
sonra oğruların üstünə hücuma keçin. ġübhə etməyə bilərsən ki, çoxu alma
yeməkdən ölmüĢ olacaqlar. Qılınc çəkib bacardıqca qırın. Onların iĢini bitirdikdən
sonra on nəfər, iki atlı süvarini mənim üzüyümlə Əbu Əlinin yanına göndərib
xəbər ver ki, oğruların baĢına nə oyun gətirmiĢik. Ona de: "Öz qoĢunun ilə filan
vilayətə hücum et, ora artıq silah gəzdirə bilən cavan, qaçaqçı, yolkəsən
quldurlardan təmizlənmiĢdir".
Ġndi sənə nə demiĢəmsə, onu da et. Karvanı sağ-salamat Kirman sərhədinə
apar. Orada Bu Əliyə rast gəlsən ona qoĢula bilərsən".
Əmir dedi: "Belə də edərəm, ürəyim deyir ki, Ģahın dövlətindən bu iĢ baĢ
tutacaq və o yol qiyamətə qədər müsəlmanların üzünə açılacaqdır".
Mahmudun yanından çıxdı, karvanı götürüb Ġsfahana gəldi. On dəvəni
alma ilə yüklədi, sonra Kirmana tərəf yollandı.
Oğrular Ġsfahana casus göngərib xəbər tutmuĢdular ki, bir neçə min atlı-
dəvəli karvan gəlir, o qədər dovlətləri var ki, həddini allah bilir, bu min il ərzində
heç kəs belə bir karvan görməyibdir, yalnız yüz əlli türk süvarisi onu müĢayiət
edir. Sən dərəcə sevindilər. Harada Kuc-Bülucda cavan, silahı ola bilən quldur,
yolkəsən var idi, hamısına xəbər verdilər, bir yerə topladılar, dörd min baĢdan-
ayağa silahlanmıĢ atlı ilə gəlib yolu kəsdilər və karvanı gözləməyə baĢladılar. Əmir
karvanla gəlib birmənzilliyə çatdıqda yerli əhali xəbər verdi ki, bir neçə min oğru
yolunuzu kəsib, bir neçə gündür ki, sizi gözləyirlər. QoĢunun əmiri soruĢdu:
"Buradan onların durduğu yerə neçə fərsəng olar?" Dedilər: "BeĢ fərsəng!"
Karvanda olanlar bunu eĢitdikdə çox qəmgin oldular, oradaca köç saldılar.
Əsr namazı vaxtı haman əmir sarban və karvan baĢçılarını yanına çağırıb
65
onlara ürək-dirək verdi və soruĢdu: "Mənə deyin görüm, can Ģirindir, yoxsa mal?!
Hamı dedi: ―Mal nəyə lazımdır, can Ģirindir". Əmir dedi: "Sizin malınız vardır, biz
canımızı sizə qurban verəcəyik, heç qəmlənmirik, siz nə üçün əvəzi veriləcək mal
üçün belə kədərlənirsiniz? Axı Mahmud mənə iĢ tapĢırmıĢdır. Onun sizinlə və
mənimlə düĢmənçiliyi yox idi ki, bizi ölümə göndərsin. Məqsədi budur ki, o
arvadın Deir-Keçində oğurlanmıĢ malımı geri alsın, siz necə düĢünürsünüz, o sizin
malınızı onlara vermək istəyərmi? Arxayın olun, Mahmud sizin də qayğınıza
qalıbdır. O mənə bir iĢ tapĢırıbdır, səhər açıldıqda bəzi adamlar bizə qoĢulacaqdır,
allah qoysa, hər Ģey biz istəyən kimi olacaqdır, lakin mən nə desəm, siz də onu
yerinə yetirməlisiniz, çünki sizin məsləhətiniz ondadır". Adamlar bu sözü eĢitdikdə
sevinib ürəkləndilər və dedilər: "Hər nə buyursanız, onu da edəcəyik". Dedi:
"Kimin sizlərdən silahı var, vuruĢmağı bacarır, mənim yanıma gəlsin". Onun
yanına gəldilər, saydı, öz atlılan ilə birlikdə süvarili, piyadalı üç yüz yetmiĢ nəfər
oldular. Dedi: ―Bu gecə yola düĢdükdə atlılar mənimlə birlikdə karvanın
qabağında, piyadalar isə arxasında getməlidirlər. Bu oğruların adəti belədir ki, malı
talayar, lakin müqavimət göstərilməsə adam öldürməzlər, adam yalnız
vuruĢmada ölə bilər. Sabah gün doğanda biz onlara çatacağıq. Onlar karvana
hücum etdikdə mən geri qaçmağa baĢlayacam. Mənim qaçdığımı gördükdə siz də
dönüb geri qaçarsınız. Mən onların baĢını qarıĢdıraram, elə ki, siz yarım fərsəngə
qədər uzaqlaĢdınız, atı çapıb sizə qoĢularam. Bir saat gözləyəndən sonra hamımız
birlikdə qayıdıb onlara hücum edərik, siz onda qəribə Ģeylər görərsiniz. Mənə belə
əmr edilmiĢdir, burada bir sirr vardır, mən bilirəm, siz yox. Lakin sabah öz
gözlərinizlə görəcəksiniz ki, mən düz demiĢəm. Mahmudun da fəziləti sizə məlum
olar".
Hamı dedi: ―Belə edərik". Sonra hərə öz yerinə qayıtdı. AxĢam olcaq əmir
alma yüklərinin ağzını açıb zəhərlədi, sonra yenə də qəfəslərə yığdı. Alma
yüklənmiĢ on dəvəni on nəfərə tapĢırdı və dedi: "'Mən qaçdıqda, oğrular daraĢıb
karvanı soyduqda və yükləri açdıqda siz də alma yüklərinin iplərini kəsin,
qəfəslərin ağzını açıb almaları yerə dağıdın və baĢ götürüb qaçın". Gecə yarısı
çatdıqda yola çıxmalarını əmr etdi. Haman qayda ilə yol getdilər, səhər açıldı,
günəĢ yüksəldi, oğrular üç tərəfdən qalxtb, siyirməqılınc karvana hücuma keçdilər.
Əmir iki-üç dəfə əks hücum etdi, üç-dörd ox atdı, sonra üz çevirib geri qaçdı.
Piyadalar quldurları gördükdə onlar da əmirin dalınca götürüldülər. Əmir
piyadaları bir neçə yarım fərsənglikdə tapıb bir yerə toplaya bildi.
Quldurlar mühafizə dəstəsinin az olub qaçdığını, karvan əhlinin baĢ
götürüb hərə bir tərəfə üz qoyduğunu gördükdə kefləri kökəldi, ağına-bozuna
baxmadan yükləri yırtıb malları dağıtmağa, talayıb-çapmağa baĢladılar; alma
tayalarına çatdıqda daraĢıb hamısını qarət etdilər, hərislik və acgözlüklə
qamarlayıb. apardılar, tıx deyincə yedilər, əllərinə alma keçməyənlərə də verdilər.
Az adam var idi ki, alma yeməmiĢ olsun.
Bir saat keçməmiĢdi ki, bir-bir yerə dəyib ölməyə baĢlayırdılar. Gündən
66
iki saat keçdikdə əmir tək bir təpənin üstünə qalxdı, karvana baxdı və bütün səhranı
sərələnmiĢ adamlarla dolu gördü, sanki yatmıĢdılar. Təpədən aĢağı enib dedi: "Ay
camaat, muĢtuluğumu verin, sultanın köməyi çatıb, quldurları öldürmüĢlər, diri
qalanları o qədər də çox deyildir, ey igid oğlanlar, tez qalxın ki, qalanlarını da biz
öldürək".
Öz dəstəsini götürüb karvan tərəfə hücuma keçdi, piyadalar da onun
dalınca qalxdılar. Karvana çatdıqda bütün adamların səhrada öldüyünü, qalxan,
qılınc, ox, kaman və zubinlərinin
100
bir yana düĢdüyünü gördülər. Diri qalanlar
qaçmağa baĢladılar. Əmir dəstəsi, karvan adamları onların ardınca düĢüb hamısını
öldürdülər və geri döndülər. Bir adam da onlardan canını qurtara bilmədi ki,
vilayətlərinə gedib baĢlarına nə gəldiyini xəbər verə bilsin.
Əmir quldurların silahlarının toplanmasını əmr etdi. Sonra oradan qalxıb
karvanı lazım olan yerə apardı, heç kəsə ziyan dəyməmiĢdi, sevinclərindən
dərilərinə sığmayırdılar.
Oradan Bu-Əli Ġlyasın olduğu yerə qədər on fərsəng olardı. Əmir on
qulamla sultanın üzüyünü təcili olaraq ona göndərdi və əhvalatdan xəbərdar etdi.
Üzük ona çatcaq dincəlmiĢ və yorğunluğunu almıĢ ordunu götürüb dərhal Kuc-
Büluc vilayətinə hücuma keçdi. Əmir də ona qoĢuldu. On mindən çox adam
öldürdülər, bir neçə min dinar nağd pul aldılar, o qədər dövlət, nemət, silah, mal-
qara, at-dəvə ələ keçirdilər, sayı-hesabı yox idi. Bu-Əli onların hamısını haman
əmirlə sultana göndərdi. Mahmud car çəkdirdi: "Mən Ġraqa gələnə qədər Kuc-
Büluc oğruları kimdən nə oğurlayıblarsa, gəlib əvəzini məndən alsınlar‖.
Müddəilər hey gəlib Ģad qayıdırdılar.
O əlli ildə kuclulardan heç bir fuzulluq baĢ vermədi. Bundan sonra sahib-
xəbərlər və xəfiyyəçilər təyin etdi. Elə bir vəziyyət yaratdı ki, əgər biri nahaqdan
baĢqasından bir toyuq alsa, ya birinə bir yumruq vursa idi dərhal onun vilayətinə
xəbər çatar və o əvəzini alardı. Qədimdən bəri səlcuqilərə qədər Ģahlar bu qaydaya
riayət edərdilər, səlcuqilər buna əhəmiyyət vermir və bu barədə az tədbir
görürdülər.
Dostları ilə paylaş: |