Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə36/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   32   33   34   35   36   37   38   39   ...   100
Siyasetname

On doqquzuncu fəsil 
MÜFRĠDLƏR, ONLARIN YARAQLANDIRLMASI
VƏ ĠġLƏRĠNĠN NĠZAMA SALINMASI HAQQINDA 
HəmiĢə dərgahda iki yüz adam saxlanmalıdır ki, bunlara da müfrid deyilir. 
Bunlar xüsusi seçilməli, həm qəĢənglik, həm qədd-qamət, həm mərdlik, həm də 
qoçaqlıqda kamil olmalıdırlar; yüzü xorasanlı, yüzü deyləmli. 
Bunlar istər səfərdə, istərsə düĢərgədə həmiĢə xidmətdə olub dərgahı tərk 
etməməlidirlər. Onların paltarları gözəl, silahları mükəmməl, qaydasında
olmalıdır. Bunlar ehtiyac olduqda verilməli, vaxtı çatdıqda yenə geri alınmalıdır. 


81 
Bu silahların iyirmisinin həmayil və süpəri qızıldan, yüz həĢtadının həmayil və 
süpəri (qalxanı) isə gümüĢdən, nizələri Xətdən
121
, minikləri hazır, paltarları 
sahman olmalıdır. Hər əlli adanıa biri baĢçı olmalıdır ki, onların qayğısına qalıb 
təmin olunmaları haqqında göstəriĢ versin. Hamısı atlı və yaraqlı olmalıdır ki, bir 
hadisə baĢ verdikdə, bir iĢ qarĢıya çıxdıqda öz vəzifələrini yerinə yetirə bilsinlər. 
Bunlarla yanaĢı hər zümrədən olan dörd min piyada olmalıdır və onların siyahısı 
divanda saxlanmalıdır. Bunlardan min nəfər seçilmiĢi Ģahın, üç mini də əmirlərin 
ixtiyarında olmalıdır ki, ehtiyac olduqda onlardan istifadə etsinlər. 
İyirminci fəsil 
DƏRGAHDA BƏZƏK- DÜZƏKLĠ, DAġ-QAġLI SĠLAHLARIN 
SAXLANMASI HAQQINDA 
HəmiĢə xəzinədə daĢ-qaĢa tutulmuĢ, bəzək-düzəkli iyirmi dəst hazır silah 
saxlanmalıdır ki, baĢqa ölkələrdən elçi (səfir) gəldikdə fəxri libaslar geyinmiĢ 
iyirmi qulam haman silahları götürüb taxtın ətrafında dursunlar. Hərçənd bizim 
hökmdar, allaha Ģükür elə dərəcəyə çatmıĢdır ki, belə təĢrifata ehtiyacı yoxdur, 
lakin ölkənin zinəti, Ģahlığın Ģövkəti hökmdarın əzəmətinə müvafıq olmalıdır. 
Bu gün dünyada hökmdarımızdan, allah onun mülkünü əbədi etsin, daha 
böyük Ģah yoxdur, heç kəsin ölkəsi onunkundan böyük deyildir, lakin yaxĢı olar ki, 
baĢqa Ģahlarda bir dənə olandan hökmdarımızda on dənə olsun, baĢqa Ģahlarda on 
dənə olandan hökmdarımızda yüz dənə olsun; silah, qoĢun, ədalət, əzəmət, iradə, 
qüdrət və sairəyə gəldikdə isə onların hamısı hökmdarımızda vardır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin