İyirmi ikinci fəsil MƏNZĠL BAġINDA YEMĠN EHTĠYAT EDĠLMƏSĠ HAQQINDA ġahın ali məiyyəti (mühafızə dəstəsi) yola düĢdükdə, hər mənzilə
çatdıqda, orada yem hazırlanmıĢ olmasa, gündə nə qədər lazımsa zorla əldə
edilməli, ya xalqdan bölgü ilə alınmalıdır. Bu isə insafdan deyildir. Ona görə
keçilməsi nəzərdə tutulan bütün yollarda, düĢünüləsi ehtimal edilən bütün
kəndlərlə, onun ətrafında, istər iqta olsun, istərsə xas torpaqlar, (yemin) hamısını
almaq lazımdır.
Ribat və kənd olmayan yerlərdə, yaxınlığında olan kənddən yenə də
(yemi) almaq lazımdır. Məhsulu yığıb saxlamalı, ehtiyac olsa, iĢlənməli olmasa,
taxıl satılıb pulu baĢqa mallar kimi xəzinəyə verilməlidir. Beləliklə, hənm rəiyyət
əziyyətdən qurtarar, həm yem azlıq etməz, həm Ģahın qərara aldığı vacib iĢ təxirə
salınmaz.
İyirmi üçüncü fəsil BÜTÜN QOġUN MALININ MÜƏYYƏN EDĠLMƏSĠ HAQQINDA QoĢunun malını müəyyən etmək lazımdır. Ġqta sahiblərinin malları mütləq
və qəti Ģəkildə onların əlində olmalıdır, iqtası olmayan qulamların isə malları
müəyyən edilməlidir. Elə ki, aydın edildi, qoĢunun sayı, onlara çatacaq malın
miqdarı müəyyənləĢdi, bunu vaxtında onlara çatdırmaq lazımdır. Elə etmək
lazımdır ki, o xəzinəyə təhvil verilsin və ya onlar Ģahı görmədən gedib oradan
alsınlar. Ona görə daha yaxĢısı budur ki, Ģah öz əli ilə pulu onun ətəyinə töksün.
Bu, onların qəlbində ġaha qarĢı məhəbbət və sədaqət yaradar, xidmət və döyüĢdə
yaxĢı çalıĢıb, möhkəm iradəli olarlar. Qədim Ģahlarda qayda belə idi: onlar iqta
verməz, xəzinədən ildə dörd dəfə hər kəsin özünə müvafiq nağd maaĢ verərdilər,
onlar həmiĢə pullu-paralı olardılar; buna bistqani
125
deyərdilər. Bu qayda
Mahmudun
126
xanədanında hələ indi də qalmaqdadır.
Ġqtaçılara tapĢırmaq lazımdır ki, istər ölüm, istərsə baĢqa səbəbə görə
dəstədən kim əskik olarsa, gizlətməyib dərhal xəbər versinlər. Dəstə baĢçısına
tapĢırmalıdır ki, öz maaĢlarını aldıqdan sonra hər iĢ olsa, hamısı onu yerinə
yetirməyə hazır olmalıdır. Əgər birisinin üzürlü səbəbi olsa, dərhal xəbər
verilməlidir ki, onun azad olunması haqqında əmr sadir olsun. Əks halda, onlara
cəza verilib malların cəriməsi alınmalıdır.