Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə22/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   18   19   20   21   22   23   24   25   ...   100
Siyasetname

 
Yeddinci fəsil 
 
AMĠL, QAZĠ, ġƏHNƏ, RƏĠSLƏRĠN
ĠġLƏRĠNƏ NƏZARƏT VƏ CƏZA
QAYDASI HAQQINDA 
 
Hər Ģəhərə baxmalı, orada mömin, allahından qorxan, qərəzsiz kimdirsə, 
onu tapıb deməlidirlər: "Bu Ģəhəri, qəsəbəni əmanət olaraq sənin boynuna qoyuruq, 
allah bizdən nə soruĢacaqsa, biz də səndən onu soruĢacayıq. Burada amil, qazi, 
möhtəsib, rəiyyət, böyük, kiçik kim varsa, hamısının vəziyyətini kiçikdən-böyüyə 
öyrənib həqiqəti bizə bildirməlisən, gizli, açıq nə varsa hamısını göstərməlisən ki, 
biz lazımi ölçülər üçün əmr verək". Belə bir keyfiyyətə malik adam imtina edib 
razılıq verməsə, onu məcbur etmək, zorla boynuna qoymaq lazımdır. 
Hekayət. Deyirlər Əmir Abdullah ibn Tahir adil bir əmir imiĢ. Məqbərəsi 
NiĢapurda ziyarətgahdır, kim hansı hacət üçün onun qəbrinə gəlsə, o da müstəcəb 
olar. O, vəzifəni həmiĢə əməli saleh və mömin adamlara tapĢırar, qərəzli iĢlərlə 
məĢğul olmazdı. Elə edərdi ki, yalnız qanuni vergilər toplansın və xalq əziyyət 
çəkməsin. 
Hekayət. Bir gün Əbu Əli Əldəqqaq
81
Xorasanın valisi, sərkərdə, Əmir 
əbu Əli Ġlyasın yanına gedib, iki dizi üstə onun qarĢısında oturdu. Əbu Əli Ġlyas 
dedi: "Mənə öyüd ver". Dedi: "Ya əmir səndən bir məsəl soruĢacağam, düzünü 
deyərsənmi?" Dedi: "Mənə de görüm, sən qızılı daha çox sevirsən ya düĢməni?" 
Dedi: "Qızılı". Dedi: "Bəs necə oldu ki, sən daha çox sevdiyin Ģeyi bu dünyada 
qoyub, sevmədiyin düĢməni isə özünlə o biri dünyaya aparırsan?" 
Əbu Əli Ġlyasın gözü yaĢla doldu və dedi: "Gözəl öyüd verdin, mən bu 
sözdə hər iki dünyanın xeyri və hikmətini dərk etdim, məni qəflət yuxusundan 
ayıltdın". 
Bu mənada hekayət. Belə deyirlər ki, Sultan Mahmud Qazinin
82
üzü 
gözəl deyilmiĢ, rəngi sarı imiĢ. Atası Səbüktəkin öldükdən, özü taxta oturduqdan 
və Hindistanı tabe etdikdən sonra bir gün Ģəxsi hücrəsində, canamaz üstə oturub 
namaz qılırmıĢ, onun qabağına güzgü, ayna qoymuĢ iki Ģəxsi qulu isə qarĢısında 
ayaq üstə durmuĢdu. Bu vaxt vəziri ġəms-əl-Kufət Əhməd Həsən hücrənin 
qapısından girib təzim etdi. Mahmud baĢı ilə oturmasına iĢarə etdi. Mahmud dua 


53 
oxuyub qutardıqdan sonra qəba geyindi, papağı baĢına qoydu, üzünü güzgüdə 
gördükdə təbəssüm edib Əhməd Həsənə dedi: "Bilirsənmi, bu saat mənim 
ürəyimdən nə keçir?" Dedi: "ġah yaxĢı bilir". Dedi: "Qorxuram xalq məni 
sevməsin, çünki mənim üzüm gözəl deyil, xalq isə adətən, gözəlüzlü Ģahları dah 
çox sevir". Əhməd Həsən dedi: "Hökmdarım, elə bir iĢ gör ki, xalq səni arvad-
uĢağından, öz canından da artıq sevsin, sənin əmrinlə özlərini oda, suya vursun". 
Dedi: "Nə edim?" Dedi: "Qızılı özünə düĢmən bil, xalq da səni özünə dost bilsin". 
Söz Mahmuda xoĢ gəldi, dedi: "Bu sözün altında min məna və fayda 
gizlənmiĢdir". 
Sonra Mahmud səxavət əlini açıb ehsan və xeyrat verməyi baĢladı. Xalq 
da onu sevib dua-səna etdi, iĢləri yaxĢı getdi, böyük qələbələr əldə etdi, Sumnata 
gedib aldı, Səmərqəndi, Ġraqı tutdu. Bir gün Əhməd Həsənə dedi: "Mən qızıldan əl 
çəkən kimi hər iki dünya mənim əlimə keçdi". 
Ondan əvvəl sultan adı yox idi. Ġslam zamanında özünü sultan adlandıran 
ilk Ģəxs Mahmud olmuĢdur, ondan sonra dəb düĢmüĢdür. Mahmud adil, elmi 
sevən, alicənab, sayıq, mömin və ğazi (din yolunda vuruĢan) idi. 
Zəmanə o zaman yaxĢı olar ki, Ģah ədalətli olsun! 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin