49
Altıncı fəsil
QAZĠLƏR, XƏTĠBLƏR, MÖHTƏSĠBLƏR VƏ ONLARIN
ĠġLƏRĠNĠ YAXġILAġDIRMAQ HAQQINDA
Ölkənin qazilərini birbəbir tanımaq, hansı
daha zahid, daha çox nəfsini
saxlayandırsa, onları iĢdə saxlamaq, belə olmayanları isə iĢdən çıxarmaq, yerlərinə
daha layiqli olan baĢqalarını oturtmaq lazımdır. Xəyanət etməyə ehtiyacı olmasın
deyə, onların hərəsinə kifayət qədər yüksək maaĢ təyin etmək lazımdır, çünki bu
mühüm və incə məsələdir. Ona görə ki, müsəlmanların canı, malı onlardan asılıdır.
Nadanlıq, tamah, qərəz üzündən biri fitva verib hökm sadir edərsə, baĢqa alimlərə
bəd hökmü imzalamamalı, o barədə Ģaha məlumat verməlidirlər ki, o adam iĢdən
götürülüb cəzalandırılsın.
Valilər
qazilərə kömək etməli, onların hörmətini saxlamalıdırlar. Biri
hökmə tabe olmayıb dikbaĢlıq etsə və məhkəməyə gəlmək istəməsə, böyük adam
olsa belə, onu zor və məcburiyyətlə aparmaq lazımdır. Peyğəmbər ə.s. və
əshabələri dövründə qaziliyi baĢqalarına tapĢırmayıb özləri aparardılar ki, iĢləri
düzgün getsin, heç kəs ayağını hökmdən kənara qoya bilməsin. Adəm ə.s.
əyyamından tutmuĢ indiyə qədər bütün ölkələrdə, bütün millətlərdə ədliyyə olmuĢ,
məhkəmə aparılmıĢ, ədalətli hökmlər çıxarılmıĢdır ki. dünya indiyə qədər
qalmıĢdır. Həmin mənada bir hekayət. Belə deyirlər ki, Əcəm hökmdarlarının adəti
bu imiĢ ki, Mehrqan
68
və Novruz günlərində Ģah xalq üçün qəbul düzəldər və o gün
heç kəsi həbs etdirməzmiĢ.
Bir neçə gün əvvəl münadi
69
car çəkib deyərdi: "Filan günə hazırlaĢın!.
Hər kəs o günə öz hazırlığını görərdi. O gün çatdıqda Ģah münadisi bazarın
kənarında durub qıĢqırardı: "Bu gün ehtiyacını ödəməkdə kim-kimə mane olsa, Ģah
onun qanını axıtdıracaqdır". Sonra Ģah xalqın ərizələrini oxumağa baĢlardı, onları
bir-bir qabağına qoyub nəzərdən keçirərdi. Orada Ģahın özündən Ģikayət vardısa,
Ģah durub taxtdan düĢər, onların dilində qazilər
qazisi demək olan möbidinin
qarĢısında iki dizi üstə oturar və deyərmiĢ: "Hər Ģeydən əvvəl bu kiĢi ilə mənim
məsələmi ayırd elə, heç Ģeydən ehtiyat edib çəkinmə". Bu vaxt car çəkilərmiĢ:
"Kimin Ģahdan Ģikayəti varsa, hamısı bir tərəfə yığılsınlar ki, ilk növbədə onların
ərizəsinə baxılacaqdır". Sonra Ģah möbidə deyərmiĢ: "Allah-taala yanında Ģah
günahından daha böyük günah ola bilməz. Çünki allah-taalanın neməti sayəsində,
onların vəzifəsi rəiyyət saxlamaq, onların haqqını qorumaq, onlara qarĢı uzadılan
əli gödəltməkdən ibarətdir. ġah zalım olsa, qoĢunu da bütünlüklə zalım olar və
allahı unudar, nemətə qarĢı nankorluq edərlər; gec-tez onlar allahın qəzəbinə və
cəzasına
düçar olub zərər çəkər, çox keçməz ki, dünya viran olar. Onların Ģum
günahları üzündən hamı, öldürülən Ģahlıq o eldən köçürdülər. Ey allahını tanıyan
möbid, bax, mənə üzgördülük etmə. Allah məndən nə tələb etsə, mən də səndən
tələb edəcək və hamısını sənin boynuna yıxacağam".
50
Sonra möbid iĢlərə baxmağa baĢlar, kimin Ģaha qarĢı tələbi haqlı idisə,
onun xeyrinə hökm çıxarar. Kim Ģaha qarĢı əsassız iĢ qaldırıb
sübut gətirə
bilməzdisə, ona ən ağır cəza kəsərdi, bilsinlər ki, ölkəyə və ölkə hökmdarına
(yersiz) eyib tutmağa cəsarət etmiĢ adam mükafatı bu olacaqdır.
ġahın mühakiməsi qurtardıqdan sonra o yenə taxta oturar, tacı baĢına qoyar,
üzünü böyüklərə və yaxın adamlarına çevirib deyərmiĢ: "Mən ona görə özümdən
baĢladım ki, siz baĢqalarına zülm etmək tamahına düĢməyəsiniz, indi kimin sizdən
narazılığı varsa könlünü ələ alınız".
O gün ona yaxın adamlar-uzaq, güclü adamlar isə gücsüz olardı. ƏrdəĢir
70
dövründən Yəzdeord
71
vaxtına qədər belə idi. Yəzdeord əcdadlarının adətlərini
dəyiĢdirdi, dünyaya
zülm etmək ənənələrini gətirdi, pisliyi dəb saldı, camaat
incidildi, nifrin və qarğıĢ sədaları yüksəlməyə baĢladı. Birdən onun qərargahına bir
at gəldi, orada olanların hamısı atın qəĢəngliyinə heyran olaraq onu tutmağa
çalıĢdılar, ama bir Ģey çıxmadı. At gəlib Yəzdeordun qabağında sakit durdu.
Yəzdeord dedi: "Siz uzağa durun, bunu allah-taala mənə hədiyyə göndərmiĢdir".
Yerindən durub yavaĢ-yavaĢ ata yaxınlaĢdı, yalından tutdu, üzünü sığalladı, dalını
tumarladı. At sakitcə durub heç yerindən də tərpənmirdi. Yəzdeord yəhər və cilov
istədi, baĢına
cilov vurdu, belinə yəhər qoydu, örkəni çəkdi, dalına keçib quyruq
altını bərkitmək istəyirdi ki, at birdən iki dal ayağı ilə Ģıllaq atıb düz onun ürəyinin
baĢından vurdu, oradaca da öldürdü. Sonra baĢ götürüb qaçdı, axtardılar tapa
bilmədilər, heç kəs bilmədi ki, haradan gəlib haraya getdi.
Adamlar bu fikrə gəldilər ki, o, allah tərəfindən göndərilmiĢ məlaikə imiĢ,
bizi bu zülmdən qurtarmaq üçün gəlibmiĢ.
Dostları ilə paylaş: