Əbu Əli Həsən ibn Əli Xacə


Mahmud  -  Qəznəvilər sülaləsinin ən qüdrətli hökmdarı  olmuĢdur.(998-1030).  78. Məhəmməd Ərəbi



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə82/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   78   79   80   81   82   83   84   85   ...   100
Siyasetname

Mahmud 

Qəznəvilər sülaləsinin ən qüdrətli hökmdarı 
olmuĢdur.(998-1030). 
78. Məhəmməd Ərəbi - Qəznəvənlər sarayında kürd və ərəb qoĢunlarının 
sərkərdəsi olmuĢdur. 
79. Qəzneyn - Əfqanıstanda Ģəhər adı. Qəznəvilərin paytaxtı olmuĢdur. Qəznəvilər 
öz adlarını da bu Ģəhərdən götürmüĢlər. 
80. Sultan Ġbrahim - Qəznəvi sultanlarındandır, bəzi məxəzlər 1059 (60-1088)-
89-cu, bəziləri isə 1059-1099-cu illərdə hakimiyyət baĢında olduğunu yazır, ləqəbi 
Zəhir əd-dövlədir. 
81. Əbu əl-Dəqqaq - dövrünün sufılərindəndir, 1015-ci ildə vəfat etmiĢdir. 
82. Ğazi- burada Sultan Mahmudun ləqəbi kimi iĢlədilmiĢdir. Sultan Mahmudun 
bir neçə ləqəbi olmuĢdur. 
83. Füzeyl bin Ġyaz - dövrünün məĢhur sufilərindən olmuĢdur. 803-cü ildə vəfat 
etmiĢdir. 
84. Əlmötəsim, əl-Mötəsim - Abbasi xəlifəsi, 833-842-ci illərdə hakimiyyət 
baĢında olmuĢdur. Əl-Mötəsimin dövründə türk qullarından təĢkil edilən xüsusi 
hərbi qvardiya dəstələri ordunun ən güclü hissələrindən biri hesab olunurdu. 
85. Bəni-Abbasi - Abbasi xəlifələri nəzərdə tutulur- Əbbasi övladları deməkdir. 
Bax:37 
86. Müamilə - alver, ticarət, borcla ticarət saziĢinə gəlmək, borc verib borc almaq 
və s. 
87. Ey Ģeyx - Burada Ģeyx-müraciət, xitab məqsədi ilə iĢlədilmiĢdir. ġərq 
ölkələrində belə xitab məqsədilə iĢlədilən sözlər çox olmuĢdur. Məsələn, ağa, 
əfəndi, bəy, mirzə, sərkar, əxi, bəradər və s. bu qəbildəndir. ġeyx sözünün bu 
mənada iĢlədilməsinə nadir hallarda təsadüf edilir. 
88. Arpa - pul vahididir. Qızıl və gümüĢ pullarda iĢlədilərdi. Təqribən, 48-50 mq-
a bərabər idi. Burada ən kiçik pul vahidi mənasında iĢlədilmiĢdir. 
89. Konstəntəniyyə - Ġstambul, Ġstambul Ģəhərinin orta əsrlərdəki adı. 
90. Beytülmal-bax:45 
91. Sufi an Sauri - Əbu Əbdüllah Sufiyan əs-Sauri ənənələrindən. 723-cü ildə 
vəfat etmiĢdir. 
92. Həsən Bəsri - Əbu Səid Bəsri 723-cü iidə vəfat etmiĢdir. Dövrünün görkəmli 
üləmalarından hesab edilmiĢdir. 
93. Ömər bin Əbdüləziz - Əməvilər xəlifələrindən olubdur. 717-719-cu illərdə 
hakimiyyət baĢında olmuĢdur. 
94. ĠĢraf - müĢrifliyin yerinə yetirilməsi, sarayda xüsusi vəzifə; bax:15 
95. Sahib-bərid - rabitə iĢçiləri rəisi.- Ölkədə baĢ verən hadisələr haqqında 
açıqdan-açığa məlumat toplayıb Ģaha xəbər çatdıran məmurlar rəisi. Sahibxəbərlər 
gizli iĢlədikləri halda sahibbəridlər açıq iĢləyirdilər. 
96. Cahiliyyət - islamdan əvvəlki dövrə deyilir. 


173 
97. Deir Keçin - coğrafi yer adıdır. Bəzi məxəzlərdə Deir Kezin Deyr-Ciss 
formalarında təsadüf edilir. 
98.  Qəzəvat - dini Ģüarlar, din pərdəsi altında aparılan müharibə, Qəznəvilər 
dövründə, xüsusilə Sultan Mahmudun hakimiyyəti dövründə çox yayılmıĢdı. Ona 
görə Sultan Mahmuda ğazi (yəni qəzəvat edən) adı verilmiĢdir. 
99. Deyləmilər - dcyləmi ya albuyelər hicri 320-440-cı illərdə (932-1048/49 
miladi), Ġranda hakimiyyət baĢında durmuĢ sülalənin adıdır. 
100. Səbat, yollarda səbat düzəldir - yəni pusqu qurur, yolları kəsir, yollarda 
toplaĢırlar və s. mənada iĢlədilir. 
101. Zaniyə - burada əxlaqsız, zina ilə məĢğul olan qadın mənasında 
iĢlədilir. 
102. Zındıq - Mazi tərəfindən təĢkil edilmiĢ təriqətçilərə verilən ad. Burada 
"kafir","yolunu azmıĢ" mənasında iĢlədilmiĢdir. Tarixdə təriqəti - Zənadiqə adı 
altında məĢhurdur. 
103. Batinilər-bax: 38 
104. Hənəfi - sünnilər əsasən dörd qoldan ibarət idilər ki, onlardan biri də 
Hənəfilər idi. Hənəfilərə bəzən əzəmilər də deyilir. Bu məzhəbin banisi 
Məhəmmədin əmisi Hənifə hesab edilir. Hənəfilər öz adlarını da ondan
götürmüĢlər. Yerdə qalan üç qol: Maleki, ġafei və Hənbəlidir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin